Reynhard Tristan Oyqen Heydrix (; ) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi (1939-1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941-1942). SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən).
“Yəhudi məsələsinin son həlli”nin təşəbbüskarlarından biri, və yəhudilərin soyqrımına təkan vermiş Vanze konfransının əsas təşkilatçısı və sonradan onun qərarlarının icraçısı olmuşdur. Heydrix Üçüncü Reyxin daxili düşmənləri ilə mübarizə üzrə fəaliyyət koordinatoru vəzifəsini yerinə yetirmişdir.
Bir çox tarixçilər onu Nasist rejiminin ən müəmmalı üzvlərindən biri hesab edirlər. Hətta Adolf Hitler onu "dəmir ürəkli adam" adlandırmışdı. Heydrix həbslər, deportasiyalar və qətllər yolu ilə Nasist Partiyasına qarşı müqaviməti axtaran və zərərsizləşdirməkdə ittiham olunan Təhlükəsizlik xidmətinin (SD) qurucusu və rəhbəri idi. O, 1938-ci il 9-10 noyabr tarixlərində Nasist Almaniyasında və Avstriyanın bir hissəsində "Büllur gecə" adı almış yəhudilərə qarşı hücum və talanların təşkilində bir başa əlaqəsi olan şəxs idi. Bu talanlar SA-nın hücum bölükləri və mülki şəxslər tərəfindən həyata keçirilmiş və Holokostun başlanğıcı sayılır. Bohemiya və Moraviya protektoru təyin olunduqdan sonra Praqaya gəldikdə isə Heydrix çex mədəniyyətini boğaraq, Çexiya müqavimətinin üzvlərini sürgün edib edam edərək nasist işğalına qarşı olan müxalifəti aradan qaldırmaqla məşğul oldu. Bunun üçün o ən qədar üsullardan belə çəkinməmişdir. O, Avropa ölkələrini bir-birinin ardınca istila edən alman ordularının arxasınca gedən və 1,3 milyon yəhudi də daxil olmaqla kütləvi qırğınlar törədən, iki milyondan çox insanın ölümünə səbəb olan xüsusi təyinatlı qüvvələr olan "Einsatzgruppe"nin yaradılmasında birbaşa məsuliyyət daşıyırdı.
Heydrix Böyük Britaniya xüsusi xidmət orqanı "Xüsusi Əməliyyatlar İdarəsi" və Çexoslovakiyanın Qurtuluş Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) tərəfindən hazırlanan və həyata keçirilən "Antropoid" diversiya əməliyyatı nəticəsində sui-qəsd cəhdindən sonra ölmüşdür. Sui-qəsdin birbaşa icraçıları agentlər Yozef Qabşik və Yan Kubiş idilər. Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Praqada kütləvi axtarışlara başlanıldı və 201 qadın da daxil olmaqla 1331 çex öldürüldü. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidiçe və Lezaki kəndləri təmamilə məhv edildi. Əhalisi güllələndi və konsentrasiya düşərgələrinə göndərildi. Sui-qəsdçiləri gizlətdiyi üçün Çex Pravoslav Kilsəsinin yepiskopu və bir çox ruhaniləri güllələndi. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi.
Həyatı
Erkən həyatı Reynhard Tristan Oyqen Heydrix 1904-cü il martın 7-də Halledə anadan olmuşdur. Reynhardın anası Elizabet, qızlıq soyadı Krans varlı ailəyə mənsub idi. Onun atası Oyqen Krans Drezdendəki Kral Konservatoriyasına rəhbərlik edirdi. Reynhardın atası Bruno Heydrix opera müğənnisi və bəstəkar idi. Bruno Heydrixin operaları Köln və Leypsiq teatrlarında səhnəyə qoyulmuşdu. Musiqi Heydrix ailəsinin gündəlik həyatının bir hissəsi idi. 1899-cu ildə Bruno Hallede orta təbəqə nümayəndələri uşaqları üçün musiqi məktəbi açdı, ancaq yenə də şəhərin yüksək cəmiyyətinə daxil ola bilmədi. Reynhardın anası burada fortepiano dərsi deyirdi. Reynhard gənc illərdən skripkada ifanı xüsusi ehtiras ilə edirdi. Yetkinlik yaşında olarkən Heyndrixin musiqi istedadı dinləyiciləri heyran qoyurdu.
Erkən yaşlarından Reynhard siyasətlə maraqlanırdı. Onun valideynləri irq nəzəriyyəçisi Hyuston Çemberlenin "irqlərin mübarizəsi" mövzusuna həsr olunmuş əsərini oxumuşdu. Birinci Dünya müharibəsi başlayanda Reynhardın 10 yaşı var idi. Müharibənin sonunda Reynhard Halledəki nümayişləri və küçə qarşıdurmalarını izləmək imkanı əldə etdi.
1919-cu ildə 15 yaşlı məktəbli olan Reynhard Heydrix siyasətlə məşğul olmağa başladı və "Georg Lüdvig Rudolf Merker" adlı hərbçi millətçi təşkilata qoşuldu. Heydrix özündə döyüş ruhunu inkişaf etdirərək idmanla fəal məşğul olmağa başlayır.
1918-1919-cu illərdə Halle şəhərində pan alman gənclər birliyi olan "Milli Alman Gənclər Birliyi" təçkilatına üzv olur. Bu təşkilat Reynharda çox mülayim göründüyündən, o 1920-ci ildə "Alman Xalq Müdafiə və Hücum Birliyinə" qoşulur (). Elə həmin il siyasi həyatda daha fəal iştirak etməyə can atan Heydrix "Lyuçius" diviziyasına qoşulur. Bu diviziyaya Haledə yerləşən gənclərin militarist vətənpərvər hərəkat ideyalarının yayıldığı könüllü qrupların bir hissəsi daxil idi. 1921-ci ildə o, yeni bir təşkilat yaratdı. Təşkilat "Alman milli gənclər dəstəsi" adlanırdı.
Hərbi donanmada xidmət Müharibədən sonrakı Almaniyanı bürüyən iqtisadi böhran Bruno Heydrixin musiqi məktəbini iflas vəziyyətinə gətirdi. Reynhard əla skripka ifa etsə də, musiqiçi karyerası indi heç bir yaxşı gələcək vəd etmirdi. Həmçinin Heydrixin xəyalını qurduğu kimyaçı karyerası da maddi cəhətdən perspektivsiz görünürdü.А. Подъяпольский, Н. Непомнящий. «Несостоявшиеся фюреры. Гесс и Гейдрих». М.: «Вече», 2004. С. 197.
1922-ci il martın 30-da Heydrix Kil şəhərindəki hərbi-dəniz məktəbinə daxil oldu. Donanma sərt şərəf kodeksi ilə gənc Heydrixə millətin elitası kimi görünürdü. 1926-cı ildə kolleci bitirdikdən və leytenant rütbəsi aldıqdan sonra, Heydrix donanma kəşfiyyatında xidmətə göndərildi. Gələcək Abver lideri və gələcək admiral Vilhelm Kanaris Berlin kruizerində yüksək rütbəli zabit olarkən onun karyera yüksəlişinə töhfə verməyə başladı. Kanaris ailəsi ilə Heydrix arasında münasibətlər çox yaxın idi. Məsələn, Heydrix tez-tez Kanarisin həyat yoldaşı ilə simli kvartetdə ifa edirdi.
Ancaq Heydrixin xidmət yoldaşları ilə münasibətləri o qədər də yaxşı deyildi. Bir vaxtlar atası kimi, ona da yəhudi əcdadları haqqında şayiələr mane olurdu. Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi müddətdə Heydrix daha çox idmanda, xüsusən də beşnövçülükdə fəal idi.
Heydrixin arvadbaz olması barədə şayiələr yayılmağa başlamışdı. 1930-cu ilin dekabrında rəqs gecələrinin birində Heydrix gələcək həyat yoldaşı, kənd müəlliməsi Lina von Ostenlə tanış oldu. Başqa bir daha romantik versiyaya görə, Reynhard və dostları qayıqda üzən zaman yaxınlıqda iki qızın olduğu bir qayığın çöndüyünü gördülər. Sözsüz ki, gənclər qəhrəmanlıq göstərərək köməyə tələsdilər. Xilas olunan qızlardan biri Lina von Oste idi.
Heydrix daha əvvəl başqa bir qadınla Kil şəhərindəki dəniz gəmiqayırma zavodunun sahibinin qızı ilə (başqa mənbələrə görə, ən böyük metallurgiya holdinqi "İG Fabernim"in sahibinin qızı) münasibət qurmuşdu. Heydrix Lina ilə nişanlandığı barədə qəzetdən kəsilmiş elanı ona yollayaraq bu əlaqəni kəsdi. Qızın atası Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Erix Rederə Heydrixə təzyiq etmək istəyi ilə müraciət etdi. Hərbi Dəniz Qüvvələrinin şərəf kodeksinə görə, Heydrix eyni vaxtda iki sevgi macərası yaşadığına görə ağır əxlaq pozuntusuna yol vermişdi. Gənc leytenantın davranışı Rederin özünün başçılıq etdiyi şərəf məhkəməsində baxıldı. Şərəf məhkəməsinin iclasında Rader "belə bir insanın" qızının "kəndli qızına" dəyişməyə layiq olmadığını bildirdi, Heydrix isə seçiminin şəxsi işi olduğunu və heç kimin qarışmamaq hüququ yoxdur deyə
SS-ə daxil olma 1931-ci ilin iyunun 1-də Reynhard Heydrix Hamburqda Nasional Sosialist Alman Fəhlə Partiyasına daxil olaraq 544 916 nömrəli partiyaya üzvlük vəsiqəsi aldı. Cəmisi altı həftə sonra iyulun 14-də o, SS-ə daxil oldu (bilet nömrəsi 10 120). SS hücum dəstəsinin yaraqlıları ilə birlikdə Heydrix sosialistlər və kommunistlərlə döyüşlərdə iştirak etdi.
Eyni zamanda Henrix Himmler SS-in fəaliyyətini tənzimləməyə başlayır. SS fəaliyyətinin daha yaxşı koordinasiyası, eləcə də siyasi rəqibləri izləmək və SS-in güc tədbirlərində iştirak etmək üçün təlim keçmiş kəşfiyyat xidməti tələb olunurdu. Dostu Karl fon Eberştayn vasitəsi ilə, Heydrix Himmlerlə görüşə nail oldu və ona SS kəşfiyyat xidməti yaratması üçün təkliflərini irəli sürdü. Himmler bu təklifləri bəyəndi və Heydrixə sonradan SD olaraq tanınan təhlükəsizlik xidməti yaratmağa başlamağı tapşırdı. Əvvəlcə SD-nin əsas vəzifəsi cəmiyyətdə nüfuzlu mövqe tutan insanlar barədə ittiham xarakterli materiallar toplamaq, həmçinin siyasi rəqibləri ləkələmək üçün məlumat kampaniyaları aparmaq idi.
Tezliklə Heydrix Nasist partiyası üçün vacib bir şəxsə çevrildi və karyerası sürətlə yüksəldi. 1931-ci ilin dekabrında SS oberşturmbannfüreri (mayor), 1932-ci ilin iyulunda isə SS ştandartenführeri rütbəsini aldı. Eyni zamanda, Heydrix öz adının yazılışını Reynhardtdan Reynharda dəyişdi.
1933-1934-cü illərdə siyasi mübarizə 250px|thumb|left|Reynhard Heydrix (1934-cü ildə) Adolf Hitlerin 1933-cü ildə Reyxskansler vəzifəsinə təyin edilməsi hücum dəstələrinin (SA) və SS-in hakimiyyətə gəlməsi və müxalifətə qarşı repressiyaların başlanğıcı demək idi. Veymar Respublikası dövründə vəzifələri tutan məmurlar tədricən hücum dəstələri və SS-dən olanlar əvəz etdi.
Bununla belə, Ernst Röm rəhbərliyindəki hücum dəstələri (SA) getdikcə Hitleri daha çox narahat etməyə başlayırdı. Hitlerin hakimiyyətə yüksəlməsində müstəsna rol oynayan SA zabitləri və əsgərlərinin fikrincə fürer onlara layiq olduqları qədər səlahiyyət verməmişdir. Vəziyyəti Nasional Sosialist Alman Fəhlə Partiyasının daxilində iki qanadın olması ağırlaşdırırdı. Bunlar milli siyasətə daha çox meylli (Adolf Hitler) və digəri partiyanın ilk növbədə sosialist proqramını (Gregor Strasser) həyata keçirməli olduğuna inananlar idi. Hücum dəstələrinin üzvləri arasında daha çox ikinci, həqiqətən sosialist inqilabına ehtiyac barədə danışılırdı. Bu arada, Heydrixin SD-si Röm və onun yaxın silahdaşları haqqında gizli material toplamaqla məşğul idi. Heydrix tərəfindən toplanan materiallar SA-nın dövlət çevrilişinə hazırlaşmasına işarə edirdi. "Uzun bıçaqlar gecəsi"ndə SA-nın SS qüvvələri tərəfindən darmadağın edildikdən və Römün özü öldürüldükdən sonra, 1934-cü il iyunun 30-da Heydrix SS gruppenfüreri rütbəsini aldı. Bu aksiyada 200 nəfərə qədər insan həlak oldu. Viktor Lutse SA-nın yeni rəhbəri təyin edildi və qrum idman və təlim təşkilatına çevrildi. 250px|thumb|right|Heydrix və digər SS zabitləri həyat yoldaşları ilə birlikdə, 1937-ci il
İki güc idarəsi - SS və Vermaxt arasındakı aparat daxili mübarizədə Heydrixin rəhbəri olduğu SD ciddi şəkildə iştirak edirdi. Bu mübarizənin də nəticəsi olaraq Quru Qoşunlarının baş komandanı general-polkovnik Verner fon Frits və Müdafiə naziri Verner fon Blomberqin vəzifələrindən kənarlaşdırıldı. Heydrix bu məsələdə xüsusi rol oynadı. Hər iki hərbçi haqqında xüsusi kompromat toplanmışdır. Fon Blombergin gənc arvadı əvvəllər fahişəliklə məşğul olmuşdu. Bu informasiya böyük qalmaqala səbəb oldu və Hitler onu istefaya göndərdi. Frits isə saxta dəlillərə homoseksual əlaqədə günahlandırılaraq vəzifəsindən uzaqlaşdırıldı. Eyni zamanda, onlarla yüksək rütbəli hərbi zabitlərdə işdən çıxarıldı və ya vəzifədən azad edildi..
Heydrixin SD-sı və onun keçmiş himayədarı Vilhelm Kanarisin rəhbərlik etdiyi hərbi kəşfiyyat xidməti Abver arasında da ciddi çəkişmələr də mövcud idi. İctimaiyyət arasında hər iki şəxs mehriban münasibət saxlayır və hətta hər gün səhər gəzintisində görüşürdülər. Ancaq gizlində hər biri digərini oyundan çıxartmağa çalışırdı: Heydrix Kanrisin tabeliyində olan təşkilatlarda gizli axtarışlar aparmaq əmrini verir, Abver rəhbəri isə Heydrixin yəhudi mənşəli olduğunu sübut edən dəllilər toplamaqda idi.
Daxili təhlükəsizlik orqanlarının rəhbərliyində 250px|thumb|left|Noyabrın 8-də Himmlerin qəbulunda Hitlerə qarşı edilən sui-qəsdin istintaqının nəticələrinin müzakirəsi. 1939-cu ilin noyabr ayı. Heydrix Himmlerin sağında əyləşib.