Şamaxı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Şamaxı şəhər inzibati ərazi dairəsində şəhər, Şamaxı rayonunun inzibati mərkəzi. Şəhər Şamaxı bələdiyyəsinə aiddir.

Şamaxı Qafqaz dağlarının cənub–şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal–qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı–Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.

Etimologiyası thumb|right|250px|Xınıslı yaşayış yerindən aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid gümüş sini (Azərbaycan Tarix Muzeyi) S. AşurbəyliS. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007 və Q. QeybullayevəQ. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994 görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə əlaqələndirir. Həmçinin, 1896-cı ildə S. P. Zelinskinin məlumatına əsasən, Şamaxı fars dilindəki "şamakə" sözündən götürülmüşdür və bu, qatran deməkdir. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır.Həmdullah Qəzvini, s.93 Buna baxmayaraq, e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində Abbasqulu ağa Bakıxanovun Şamaxı ilə eyniləşdirdiyi Kamexiya, yaxud Mamexiyanın adını çəkir.Птoлeмeй, кн. V, гл.ll, BДИ, 1948, т.2, c.253Бaкиxaнoв, c.2l Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m 2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış məskəni aşkara çıxarılmışdır. Bu məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılmış və yenidən bərpa olunmuşdur. Dağılmış yerdə qəbiristanlıq əmələ gəlmiş və o, yenidən abadlaşdırılmışdır. thumb|right|300px|Engelbert Kempferin 1630-cu ildə çəkdiyi Şamaxı qravürü thumb|right|300px|Nürnberqdən olan nəşriyyatçı İohan Bapist Xomanın (1663–1724 гг.) tərtib etdiyi xəritədə Şamaxının qravürası. Yaqutun verdiyi məlumata görə əl–Mənsuriyyə Şirvan vilayətində şəhər adıdır. Qədim zamanlarda o, Şamaxı kimi də tanınmışdı.Йaгyт, c.10–18 "Dərbəndnamə"də Ərməniyyənin ərəb canişini Yəzid ibn Usaydın saldırdığı göstərilir.Дepбeнд-нaмe. Изд. Kaзeм-бeka, c.572 Yəzid ibn Usaydın hakimiyyət illəri əl–Yəzidiyyədə kəsilmiş sikkələrin tarixinə uyğun gəlir.Пaxoмoв. Moнeты Aзepбaйджaнa, c.61 Y. A. PaxomovПaxoмoв. Ук. paб., c.60 və H. Ə. CiddininH. A. Ciddi. Gülüstan qalası. Bakı,1967, s.24 fərziyyəsinə görə, bu şəhər Gülüstan qalasının xarabalıqlarının həndəvərində, indiki Şamaxının 15 kilometrliyində olmuşdur.

XI əsrin son rübünün əvvəlində nəmalum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə şəhər Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən salınmış və onun şərəfinə Yezidiyyə adlandırılmışdır.S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006

Əl-Bəlazuri yazır ki, qocaların söylədiklərinə əsaslanan Bərdə sakini Məhəmməd ibn İsmayılın dediyinə görə, guya Şirvan vilayətindəki Şəmaxiyyə şəhərinin adı Ərminiyyə valisi Səid ibn Səlim (Səlma) əl–Bəhalinin (h.180 (796) yaxud h 182 (798)-ci il) vaxtında Şirvanın məliki olmuş əş–Şəmmax ibn Şücanın adından götürülmüşdür.Əl-Bəlazuri, s.20, ərəb mətni, s.210əl-Yəqubi, s.ll. ərəb mətni, s.518

V əsr müəllifi Favstos Buzand IV əsrin birinci yarısında baş vermiş hadisələrdən bəhs edərkən Maskut hökmdarının "müxtəlif köçəri tayfalardan" ibarət qoşunları arasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasiçilərinФaвcтoc Бyзaнд, кн. III, гл. VII, c.15. və başqalarının adını çəkir. Bu tayfalar Cənubi Dağıstanda və Şirvan ərazisində yaşayırdılar. Onlardan biri — ijmaxlar daha sonrakı digər bir müəllif tərəfindən xatırlanır. "VII əsr erməni coğrafiyası"nda (610-cu il) Şirvan ərazisində ijmaxlar — ijmachiApмянckaя гeoгpaфия. c.38; Гeoфaфия, изд. Cykpи, c.37., yəni şamaxlar etnotoponiminin adı çəkilir ki, bu da həmin adın qədimdən — Şəmmax ibn Şücanın Şirvanda hakimiyyətindən çox–çox qabaqlar, demək olar ki, beş yüz il əvvəl mövcud olduğunu göstərir. Yunan dilində fışıltılı "ş" səsi olmadığına görə Şamaxı Samexiya, yaxud Kamexiya (Ptolomey) şəklində tələffüz edilə bildiyi kimi, ermənicə də həmin sözdəki eyni "ş" səsi "ij" kimi səslənə bilərdi. IX əsrdə Bərdə əhalisi Şamaxının adını VIII əsrin lap sonlarında yaşamış Şəmmax ibn Şücanın tanış olan adı ilə bağlayırdılar.

Q. Qapançyan belə güman edir ki, Şamaxı adı erməni, gürcü və Akkad dillərində mövcud olmuş yerli "şam" (qamış) sözünə "ha" suffiksi artırılmaqla yaranmış düzəltmə sözdür, beləliklə, Şamaxı "Qamışlı" deməkdir. A. Q Həsənov Şamaxı adını dağ yaxınlığındakı Çayqırağı zolağın relyefi ilə əlaqələndirir. Şamaxının adı, ehtimal ki, Favstos Buzandın və "VII əsr erməni coğrafiyası"nın IV əsrdə adların çəkdikləri əvvəllərdən Cənubi Dağıstanda yaşayan ijmaxlar — şamaxlar tayfasına gedib çıxır.

"Tarix əl–Babl"da göstərilir ki, Yəzidiyyə şəhərini h.306 (918)-cı ildə Şirvanşah Əbu Tahir Yəzid saldırmışdır, lakin h. 140 (757/8), 149 (766/7) və 150 (767/8)-ci illərdə kəsilmiş "əl–Yəzidiyyə" möhürlü sikkələrMинopcкий, c.48Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып. I, с 60, 65, 66Г. Kaпaнцян. Xaйaca – koлыбeль apмян. Epeвaн, 1947, c.61–62A. Г. Гacaнoв. O тoпoнимe Дepeшaм. Учeныe. зaпиcки, Бaky, 1976, c.60–66. Ərminiyyənin ərəb valisi Yəzid ibn Üseydin hakimiyyət vaxtına aid olub, hələ o zaman ərəb əmirinin oturduğu Yəzidiyyə şəhərinin mövcudluğuna dəlalət edir. Ehtimal ki, qədim Şəmaxiyyə şəhəri Yəzidin hakimiyyəti dövründə onun adı ilə adlandırılmışdır; ola bilər ki, o, şəhərin tikintisini başa çatdırmışdır. "Tarix–i əl–Bab" xəbər verir ki, h.437 (1045)-cı ildə "Şirvanşah Qubad türk–quzların qorxusundan Yəzidiyyə şəhərinin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və qapısını dəmirdən düzəltdirdi", "Tarix–i əl–Bab"da Yəzidiyyənin adına Şirvanın paytaxtı kimi h.464 (1072)-ci ilə qədər rast gəlinir.Mинopcкий, c.48, 53–54, 56–60, 62.

300px|thumbnail|Şamaxı Cümə məscidi 1918-ci ildə daşnak ermənilər tərəfindən yandırıldıqdan sonra. left|thumb|374x374px|Kornelis de Bryunun Şamaxı qravürü, 1703 Y. A. Paxomovun ehtimalına görə, şəhər Gülüstan qalasının xarabalıqları yaxınlığında, müasir Şamaxının 1,5 kilometrliyində olmuşdur.Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып. I, c.60. Ancaq "Tarix–i əl–Bab"da deyilir ki, h.416 (1025)-cı ildə Şirvanşahın Yəzidiyyədə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasına qarşı baş tutmayan qiyamdan sonra sığınacaq üçün Gülüstan qalasına qaçmış, lakin vəzir onu təqib edərək ələ keçirmiş və atasına vermişdi. Bu məlumat ehtimal etməyə imkan verir ki, Yəzidiyyə Gülüstandan bir qədər aralı olmuşdur. Həmin mənbədə, həmçinin, 1067-ci ildə Şirvanşah Fəribürzün bibisi, Yəzidin qızı Şəmkuyyənin öldüyü xəbər verilir. O, Culistanda (Gülüstanda) ölmüş, cənazəsi isə Şəbərana aparılmışdı.M и н o p c к и й, c.53, 60. Göründüyü kimi, həmin vaxt Şirvanşahın ailəsi Gülüstan qalasında yaşayırdı. Bu mətn də göstərir ki, Yəzidiyyə Gülüstanın ərazisində deyil, ehtimal ki, indiki Şamaxının yerində olmuşdur. "Tarix–i əl–Bab"dan başqa bütün IX, X və XI əsr ərəb mənbələrində Şəmaxiyyə şəhərinin adı çəkilir. Göründüyü kimi, bu şəhər həm Yəzidiyyə, həm də qədim adı ilə Şəmaxiyyə adlanırdı. Bunu Yaqut da təsdiq edir.Йaryт, т. IV, c.10–18. Şəmaxiyyə adı XI əsrdən sonra Yəzidiyyə adını sıxışdırıb aradan çıxarmışdır. Sonralar bu ada rast gəlinmir. thumb|250px|right|Şəhərin 1843-cü il gerbi Numizmatik dəlillər göstərir ki, Şamaxı — Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud olmuşdur. Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara çıxarılmışdır. Onlardan alt təbəqə IX–X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də, qədim plan quruluşunu saxlamışdır. Məscid plan quruluşu etibarilə ölçüsü 38×12,8 m olan və üç kvadrata ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilmişdir.Г. Джидди. Из иcтopии Шeмaxинckoй Джyмa-мeчeти. "ДAH Aзepб. CCP", т. XXVII, N°6, 1971. Arxeoloji materiallar VIII–IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə zəlzələdən dağılmışdır.

Tarix

Şamaxı şəhərinin dəqiq mənşəyi etibarlı tarixi sənədlərin olmaması səbəbindən sənədsiz olaraq qalır. Buna baxmayaraq, erməni tarixçisi Gəncəli Kirakos şəhərin əsasını Xəzər padşahı Şat tərəfindən qoyulmasını nəzərdə tutan birmənalı olmayan istinad vermişdir. İlkin tarixi ilə bağlı qeyri–müəyyənliyə baxmayaraq, tarixi mənbələrdə bu ad altında açıq şəkildə qeyd edilməsə də, Şamaxı Cənubi Qafqazın qədim şəhərlərindən biri kimi tanınır.

Şamaxıda kəsilmiş ilk sikkə VIII əsrə aiddir. Bu, h. 140 (757/8)-ci ildə xəlifə əl–Mənsurun (754–755-ci illər) hakimiyyəti dövründə əl– Yəzidiyyədə zərb olunmuş ərəb mis sikkəsi fəlsdir. Sikkənin üzərindəki yazıda deyilir: "Bu fəls Allahın şərəfinə yüz qırxıncı ildə əl– Yəzidiyyədə vurulmuşdur".Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып. I, c.60 Əl–Yəzidiyyədə h.149 (766)-cu və h.150 (767)-ci illərdə zərb olunmuş fəlslər də vardır.Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып. I, c.65 – 66

Müasir Şamaxının ərazisindəki şəhristanda aparılan arxeoloji qazıntılar VIII–XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII–IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılmışdır.Г. Джидди. Packoпки cpeднeвekoвoй Шeмaxи. AO 1970 г., M., 1971, c.449 Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir.Mинopcкий, c.56. Onun ətrafında qrafik rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik qablar tapılmışdır. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur. Şirli keramika parçaları arasında IX–XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır.Г. Джидди. Packoпки cpeднeвekoвoй Шeмaxи, c.396–397. Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII–XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olmuşdur. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilmişdir.

Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntılar nəticəsində bürc və ona bitişik qala divarları ilə birlikdə şəhər içqalasının qalıqları aşkar edilmişdir. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş qala divarlarının qalınlığı 2,5 metrə çatır.Г. A. Джидди, K. M. Maмeдзaдe, Ф. A. Ибparимoв. Cpeднekoвый гopoд Шeмaxa. AO 1971 г., 1972 c.491 Şamaxı şəhəristanının mədəniyyət qahqları ilə ən zəngin təbəqəsi XII–XIII əsrlərə aiddir. Onun qalığı 2 metrdir. Burada yaşayış evlərinin qalıqları, otaq və həyət döşəmələrinin hissələri aşkar edilmiş, çoxlu miqdarda şirli və şirsiz saxsı və şüşə qab qırıqları tapılmışdır. Şirli keramikanın əksəriyyəti bir və çox rəngli, qrafik və həndəsi naxışlardır.Г. A. Джидди, Packoпки в Шaxpиcтaнe cpeднeвekoвoй Шeмaxи. AO 1973. M., 1974, c.449–450