Çolpon Aalıyevna Sultanbekova (; ) — Qırğızıstan siyasətçisi, beşinci və altıncı çağırış Cogorku Keneşin üzvü, Qırğızıstanın vitse baş naziri.
Həyatı Çolpon Sultanbekova 19 avqust 1969-cu ildə Bişkekdə anadan olmuşdur. 1991-ci ildə Miçurinski Dövlət Pedaqoji İnstitutunu bitirdi. 2006-cı ildə Qırğızıstan Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini bitirdi.. 2007-ci ildə K. Dikambaev adına Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının beynəlxalq münasibətlər ixtisasını bitirmişdir.
Sultanbekova Bayaman Erkinbayev ilə evli idi, lakin 21 sentyabr 2005-ci ildə onun evinin yanında güllələlədilər.
Karyerası Sultanbekova 1995-ci ildə Oş şəhərində "Palvan" MMC-nin baş direktoru olmamışdan əvvəl Cəlal-Abaddakı ZAQS-da işləmişdir. 2000-2001-ci illər arasında Qırğızıstan Qadınlar Konqresinin prezidenti olmuşdur, 2005-ci ildə isə "Qadınların Eko-Harmoniyası" QHT-ni təsis etdi.
Sultanbekova "Respublika" siyasi partiyasının üzvüdür. 2005-ci ildə ərinin öldürülməsindən sonra, 2006-cı ildə keçirilən əlavə seçkilərdə Kadamcay seçki dairəsini təmsil edərək parlamentdə yer üçün namizədliyini irəli sürdü, ancaq məğlub oldu. 2005-ci ildə "Aliş" Beynəxalq Kəmər Güləşi Federasiyasının prezidenti seçildi, onun ərinin bu təşkilatla əlaqələri var idi.
Sultanbekova 2010-cu il parlament seçkilərində Cogorku Keneşin üzvü seçildi. Təhsil, elm, mədəniyyət və idman komitəsinin üzvü oldu, 2012-ci ildə isə gənclər siyasəti komitəsinin sədri təyin edildi. 2013-cü ilin oktyabr ayında parlamentin vitse-spikeri seçildi. 25 yanvar 2015-ci ildən 22 yanvar 2017-ci ilədək Avropa Şurası Parlament Assambleyasının üzvü olmuşdur.
9 noyabr 2016-cı ildə parlament Sultanbekovanın baş nazir Sooronbay Jeenbekov yanında Sosial Məsələlər üzrə müavini vəzifəsinə namizədliyini təsdiqlədi, bu vəzifədə o, Gülmirə Kudayberdiyevanı əvəzlədi.
Mükafatları Qırğızıstan Respublikasının Fəxri Fərmanı, FILA ordeni
İstinadlar
Kateqoriya:Qırğızıstan nazirləri Kateqoriya:Avropa Şurası Parlament Assambleyasının üzvləri