Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Naoero Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövlətdir. Ada-dövlətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşall Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də Vatikan və Tuvaludan sonra ən az əhaliyə malik dövlətdir.

Nauru ilk olaraq ən az 3000 il əvvəl Mikroneziya və Polineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfat və kalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.

Tarixi Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə mövcuddur və bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Coğrafiyası Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir. Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir. Ada mərcan rifi ilə əhatə olunub, hansı ki, adada bir dəniz limanının yaradılmasına imkan vermir. Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür. Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

İnzibati ərazi bölgüsü Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər). +NBölgəƏrazi, haƏhali (2011)Sıxlıq Nəfər/haYaşayış məntəq

ələrinin

sayı1Ayvo11,22011.182Anabar14523.0153Anetan15875.9124Anibar3102260.7175Baitsi1205134.3156Boe5085117.047Buada2607392.8148Denigomodu1181,80415.3179Eva1204463.71210Iyuv1101781.61311Meneng3101,3804.51812Nibok1604843.01113Uaboe803183.0614Yaren1507474.07Nauru2,12010,0844.8169

Mədəniyyəti

İdmanı

İqtisadiyyatı

Əhalisi Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Din Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Şəkillər thumb|261x261px|Nauru Anibar körfəzi thumb|260x260px|Nauru Parlament binası

Mənbə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Ada dövlətlər Kateqoriya:Unitar dövlətlər Kateqoriya:31 yanvarda yarananlar Kateqoriya:1968-ci ildə yarananlar Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Britaniyanın keçmiş müstəmləkələri Kateqoriya:Unitar respublikalar