Taurida vilayəti — Rusiya imperiyasının vilayəti.

Tarixi Taurida vilayəti 1783-cü ildə Krım xanlığı torpaqlarında qurulmuşdur. 1796-cı ildə Novorossiya qubernatorluğuna birləşdirilmişdir.

Vilayət rəsmi olaraq 13 fevral 1784-cü ildə II Yekaterina tərəfindən imzalanaraq Rusiya imperiyasının ərazisinə birləşdirilmişdir. Elə həmin il vilayətin idarə mərkəzi Simferopol şəhəri elan edildi. 1784-cü ilə kimi vilayətin idarə mərkəzi Qarasuvbazar şəhəri idi.

12 dekabr 1796-cı ildə vilayət ləğv edilərək ərazisi iki mahala Simferopol və Perekop mahallarında bölündü. Novorossiya qubernatorluğuna keçdi.

İnzibati quruluşu Vilayət 7 mahala bölünürdü.

Dnieper mahalı — inzibati mərkəzi Oleşki Levkopol mahalı — inzibati mərkəzi Feodosiya Melitopol mahalı — inzibati mərkəzi Melitopol (1791-ci ildən Böyük Tokmakda) Perekop mahalı — inzibati mərkəzi Or Qapı Tmutarakan mahalı — inzibati mərkəzi Phanaqoriya Simferopol mahalı — inzibati mərkəzi Simferopol Evpatoriya mahalı — inzibati mərkəzi Evpatoriya

1787-ci ildə Levkopol mahalının adı Feodosiya mahalı olaraq dəyişdirildi. 1791-ci ildə Melitopol mahalının inzibati mərkəzi Böyük Tokmaka köçürüldü.

İstinadlar

Kateqoriya:Rusiya imperiyasının vilayətləri