Hüseyn Abbas oğlu Bayramov — dilçi, filologiya elmləri doktoru (1970), professor (1970)

Həyatı

Bayramov Hüseyn Abbas oğlu 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1935-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun indiki (APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir.

Ölümü 4 noyabr 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutununda baş elmi işçi, 1960-82-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Dillər Universiteti) Azərbaycan dilçiliyi kafedrasında dosent, professor və kafedra müdiri işləmişdir. Müasir Azərbaycan dilinin sintaksisinə və frazeologiyasına dair tədqiqatların müəllifidir.

Əsərləri

Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr, Bakı, 1960 Azərbaycan dili frazeologiyasının əsasları, Bakı, 1978

Mənbə

Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:1916-cı ildə doğulanlar Kateqoriya:Azərbaycan professorları