() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür.
Təsviri Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir.
Yayılması Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır. Azərbaycanda ancaq Böyük Qafqazda, daha çox şabalıd, gilas və cökə ilə qarışıq fıstıq-vələs meşələrində qeydə alınmışdır. Nisbətən stabil populyasiyası Zaqatala-Balakən bölgəsindədir.
Həyat tərzi Ağac koğuşlarında yaşayır. Ağaclara dırmaşarkən pəncələrini 180 dərəcə döndərə bilirlər. Əsas etibarilə, gecələr aktivdir. Qida rasionunun əsasını gəmiricilər (sincablar, süleysinlər, sicanlar və s), quşlar və cücülər təşkil edir. Yayda və payızda, həmçinin, bitki mənşəli yem ilə də (moruq, üzüm, zoğal, palıd qozaları, qoz və s.) qidalanır. Yemə görə yerdəyişmələr edir. Poliqam olub iyul ayında cütləşir. Boğazlıq müddəti 235 günədək çəkir. Doğum may ayında baş verir. Bir nəsildə iki ayadək südlə bəslənən orta hesabla 3-4 bala olur. Cavan balalar payızda sərbəst yaşamağa başlayırlar. 14 aydan sonra cinsi yetkinliyə çatırlar.
Azalma səbəbi Qiymətli xəzdərili heyvan olduğuna görə daima insan tərəfindən təqib olunması, meşəsizləşmə prosesinin mənfi təsiri, Qafqazın daha qədim sakini olan daşlıq dələsi tərəfindən rəqabət.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri Böyük Qafqazın cənub ətəklərindəki XMOTƏ-lərdə mühafizə olunur. Yayıldığı XMOTƏ-lərdə mühafizə rejimini gücləndirmək, meşələrin qırılmasının qarşısını almaq, qanunsuz ovlanmasının qarşısını alan tədbirlər həyata keçirmək lazımdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları