Fateh Təkkə (d. 9 sentyabr 1977, Körpübaşı, Trabzon) — Fateh Sultan ləqəbi ilə də məşhur olan Türkiyəli məşqçi və keçmiş futbolçu. Hal-hazırda ölkəsində İstanbulspor klubunun baş məşqçisidir.
Klub karyerası
Türkiyə karyerası Fateh Trabzon əyalətindəki kiçik Körpübaşı şəhərində anadan olub. 1994-cü ildə bölgənin əsas komandası olan Trabzonspora qatıldı. İlk komandada meydana çıxmağa başlayanda hələ yeniyetmə idi. 1994-1997 illəri arasında oynadığı 45 matçda 6 qol vurdu. 1997-1998 mövsümünün əvvəlində 24 matçda 8 qol vurduğu İzmirin Altay klubuna icarəyə verildi. Qalatasaraya 4-5 hesabı ilə məğlub olduqları oyunda het-trik etdi. Ancaq bir neçə həftə sonra oynana matçda ayağı sınan Fateh altı ay yaşıl meydanlardan kənarda qaldı. Trabzonspora qayıtdıqdan sonra Təkkə 2000-ci ilin yayında Qaziantepspora transfer olunmadan əvvəl 38 oyun keçirdi və 6 qol vurdu. Elə bu dövrdə o, ilk dəfə Türkiyə milli futbol komandasının heyətinə çağırıldı.
2002-ci ildə Təkkə yenidən Trabzonspora qayıtdı və kapitanlıq sarğısı ona verildi. Bu karyerasının zirvəsinə çatdığı vaxtlar idi. 2004-05 mövsümündə o, 31 qolla liqanın ən çox qol vuran oyunçusundan 7 qol qabaqda və Qızıl Buts mükafatı uğrunda ikinci oldu. Trabzonsporla birgə ardıcıl iki mövsüm Türkiyə kubokunu qazandı.
Rusiya karyerası 2006-cı ilin iyul ayında Sankt-Peterburqun Zenit klubu ilə müqavilə bağladı. 6 Avqust 2006-cı ildə Şinnik Yaroslavlla oyunda debüt edən Təkkə klubdakı ilk oyununda komandası 1-0 hesabı ilə qalib gələrkən komandasının yeganə qolunu vurdu. UEFA Kubokunun qrup mərhələsində Larissa komandasını 3-2 hesabı ilə məğlub etdikləri oyunda da komandasının qələbə qolunu vurdu. 2008-ci ildə UEFA kubokunun finalında Qlazqo Reyncers üzərində qazanılan qələbədə ikinci qolun ötürməsini verdi. 21 oktyabr 2008-ci ildə Fateh UEFA Çempionlar Liqasında BATE Borisovla 1-1 hesablı heç-heçədə də fərqləndi. 3 Fevral 2010-cu ildə Təkkə Rubin Kazan ilə üç illik müqavilə imzaladı. Beşiktaşa keçərək Türkiyəyə qayıtmaq qərarına gəlməzdən əvvəl yalnız beş oyun keçirdi.
Türkiyəyə qayıdışı 1 sentyabr 2010-cu ildə Təkkə Beşiktaşla iki illik müqavilə imzaladı. Ancaq 2010-11 transfer pəncərəsində Ankaragücünə göndərilməmişdən əvvəl cəmi iki oyun oynaya bildi. Burda da çıxış etdiyi 5 qarşılaşmada üç qol vurdu. 2011-ci ilin yay transfer mövsümünün tanıtımında Orduspor Təkkəni Ankaragücüdən satın aldıqlarını açıqladı. Ona burda 23 nömrəli forma və kapitanlıq sarğısı verildi. Bu klubda da futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başladı.
Beynəlxalq karyerası Fateh müxtəlif vaxtlarda Türkiyə U-15, Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-21 yığmalarında, 1998-2007-ci illərdə isə əsas komandada - Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir. Türkiyə U-16 komandası ilə 1994-cü ildə keçirilən Futbol üzrə 17 yaşadək Avropa Çempionatında qalib olmuşdur. Əsas millidə isə 25 oyunda 9 dəfə fərqləndi.
Karyera statistikası
Türkiyə milli futbol komandasının heyətində vurduğu qollar # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 4 Sentyabr 2004 Hüseyn Avni Aker stadionu, Trabzon, Türkiyə Gürcüstan 1–0 1–1 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 2. 9 Oktyabr 2004 Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan 3–0 4–0 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 3. 9 Oktyabr 2004 Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan 4–0 4–0 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 4. 30 Mart 2005 Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan 1–2 2–5 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 5. 30 Mart 2005 Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan 1–3 2–5 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 6. 8 İyun 2005 Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan 0–1 0–6 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 7. 8 İyun 2005 Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan 0–4 0–10 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi 8. 17 Avqust 2005 Vasil Levski Milli stadionu, Sofiya, Bolqarıstan Bolqarıstan 0–1 3–1 Yoldaşlıq oyunu 9. 16 Avqust 2006 Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq Lüksemburq 0–1 0–1 Yoldaşlıq oyunu
Uğurları
Futbolçu olaraq Türkiyə U-16 milli futbol komandası Futbol üzrə 17 yaşadək Avropa Çempionatı: 1994 16px
Trabzonspor Türkiyə 1. Futbol Liqası: 1994-1995 16px, 1995-1996 16px, 2003-2004 16px, 2004-2005 16px, Futbol üzrə Türkiyə Kuboku: 1994-1995 16px, 1996-1997 16px, 2002-2003 16px, 2003-2004 16px Prezident Kuboku: 1995-1996 16px
Zenit Sankt-Peterburq Rusiya Premyer Liqası: 2007 16px Rusiya Super Kuboku: 2008 16px UEFA Kuboku: 2007-2008 16px UEFA Superkuboku: 2008 16px
Rubin Kazan Rusiya Super Kuboku: 2010 16px
İstinadlar
Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Bursaspor baş məşqçiləri Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Altay SK futbolçuları Kateqoriya:MKE Ankaragücü FK futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:Orduspor futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Dənizlispor baş məşqçiləri Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Türkiyə U-15 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-16 milli futbol komandası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular