Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi.

Həyatı Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur.

Oyunçu karyerası 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.

1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.

1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir. Turnirdə 2 oyun keçirtdi və Yuqoslaviya millisinə qarşı oyunda 3 top buraxmışdır.

1936—1951-ci illərdə Türkiyə millisinin heyətində 13 matç keçirmiş 26 qol buraxmışdır.

Məşqçi karyerası 1948-ci ildə məşqçilik karyerasına başladı. Klub səviyyəsində Fənərbaxça (1948—1949), Beyoğlu (1954—1955), Beşiktaş (1955—1956), İstanbulspor (1956—1957, 1960—1961), Kasımpaşa (1957—1960), Yeşildirek (1962—1963), Eskişehirspor (1966—1967), Mersin İdman Yurdu (1967—1968) və Vefa (1968—1969) ilə işləmişdir.

1949, 1956, 1964 və 1970—1971-ci illərdə 4 dəfə Türkiyə milli yığmasının baş məşqçisi olmuşdur. 1949-cu ildə Dünya Çempionatının təsnifat mərhələsində türklər onun rəhbərliyi altında Suriya millisinə 7-0 hesabı ilə qalib gəlsələr də turnirdə iştirak etməkdən imtina etdilər.

14 may 1994-cü ildə İstanbulda vəfat etdi.

Nailiyyətləri

Oyunçu kimi Fənərbaxça

Türkiyə çempionu (1): 1944. İstanbul Liqasının çempionu (3): 1944, 1947, 1948. İstanbul Liqa Kubokunun qalibi (1): 1945.

İstinadlar

Xarici keçidlər Türkiyə Futbol Federasiyasının saytında Cihat Armanın profili

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə idman məşqçiləri Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları