Lalibela ( ) — Efiopiyada daşdan yonulmuş monolit kilsələri ilə məşhur olan şəhər. Lalibela, Efiopiyanın orta əsrlər və orta əsrlərdən sonrakı dövr sivilizasiyasının böyük bir keçmişidir. Şəhər Efiopiyanın Aksumdan sonra ikinci ən müqəddəs şəhəri və həcc mərkəzidir. Aksumdan fərqli olaraq, Lalibela əhalisi demək olar ki, tamamilə Efiopiya pravoslav xristianıdır.

Efiopiyalılar 4-cü əsrin birinci yarısında xristianlığı qəbul edən ilk xalqlardan biri idi və tarixi kökləri Həvarilərin dövrünə aiddir. Kilsələr isə 7 əsrdən 13 əsrlərə qədərki dövrlərə aiddir.

Xüsusilə yerli ruhanilər tərəfindən Lalibeladakı əsas binaların düzülüşü və adlarının Qüdsün simvolik bir nümayəndəliyi olduğu geniş qəbul edilir. Bu, bəzi ekspertlərin hazırkı kilsə binalarını 1187-ci ildə müsəlman lider Səlahəddinin Qüdsü ələ keçirməsindən sonrakı illərə aid etməsinə səbəb oldu.

Ərazidəki Qaya kilsələri 1978-ci ildə Ümumdünya irsi elan edilmişdir.

Həmçinin bax

Hindistandakı Ellura Kaylasanatxa məbədi Lalibela 3D

İstinadlar

Kateqoriya:Efiopiya şəhərləri Kateqoriya:Müqəddəs şəhərlər