Əbülfət mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1881–1961) —şahzadə, əyalət valisi
Həyatı Əbülfət mirzə Müzəffərəddin şah oğlu 1881-ci ildə Təbriz anadan olmuşdu. Saray təhsili almışdı. Salarəddövlə ləqəbi almışdı. 1897-ci ildə Kirmanşahın valisi təyin edilmişdi. 1899-cu ildə Zəncana və 1900-cü ildə Ərəbistana (Əhvaz və ərəblərin yaşadığı bölgəyə) vali göndərilmişdi. 1904-cü ildə Tehran şəhərinə qayıtmışdı. 1905-ci ildə Kürdüstanı idarə etmişdi. Asi təbiətli olduğundan qardaşlarının, vələhd Məhəmmədəli mirzənin və Məlikmənsur mirzə Şüaüssəltənənin onunla arası yox idi. Bu ziddiyyət aşkar olunandan sonra, 1907-ci ildə Lorestanın əhalisindən özünə qoşun topladı. 8 iyunda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasında savaş baş verdi. Salarüddövlə bu savaşda yenildi. 18 iyunda Kirmanşah şəhərində Ingiltərənin konsulluğuna sığınıb, nicat istədi. Konsulun söz verməsinə baxmayaraq iyulun 15-də onu tutub, Tehrana göndərdilər. O, həbs olundu.
Əbülfət mirzə 1961-ci ildə vəfat edib.
Əbülfət mirzənin törəməsi Qacar-Müzəffəri soyadını daşıyırlar.
Mənbə
Həmçinin bax Qacarlar
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Kirmanşah hakimləri Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:İran siyasətçiləri