Əli Nuri Zangir () — Oman təmsilçilərindən olan Samail SC klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı və İranlıدعوت 29 بازیکن به اردوی تیم ملی نوجوانان futbolçu.

Həyatı Əli Nuri Zangir 2 yanvar 1996-cı il tarixində İranın Əlburz ostanının paytaxtı olan, Tehranın 20 km qərbində yerləşən - Kərəc şəhərində anadan olub. 7 yaşında futbol oynamağa başlayıb. 11 yaşına kimi "Poora Tehran" komandasının aşağı yaş qruplarında çıxış edib. İlk məşqçisi Fərhad Dadaşi olub.

Vətəndaşlığı 2014-cü ildə ailəsi ilə birlikdə Azəbaycana köçüb. İran vətəndaşlığında qalmaqla, Azərbaycan vətəndaşlığını da qəbul edib.

Klub karyerası

İran

"Fulad FK" 2008-ci ildə, 12 yaşından etibarən, İranın Xuzistan ostanının Əhvaz şəhərini təmsil edən "Fulad FK" komandasında çıxış etməyə başlayıb. 2014-cü ilə qədər bu komandanın U-15, U-16, U-17 və U-18 yaş qruplarının şərəfini qoruyub.شکست جوانان فولاد خوزستان مقابل صنعت نفت 2012/2013-cü illər mövsümündə, U-18 komandasının heyətində İran çempionatının qalibi olub.

Azərbaycan

"Neftçi PFK" 2014-cü ildə Azərbaycana köçdükdən sonra, "Neftçi" PFK-nın 19 yaşlılardan ibarət komandasına cəlb olunub və bir müddət burda çıxış edib. Yalnız son klubu olan "Fulad" komandasından transfer vərəqəsini ala bilmədiyi üçün, iki il müddətində klubsuz qalıb və fərdi məşqlərlə kifayətlənməli olub.

"Kəpəz PFK" 2017-ci ilin əvvəlində, fevral ayında, Premyer Liqa təmsilçisi olan "Kəpəz PFK" ilə bir illik müqavilə imzalayır və bütün mövsümü Gəncə təmsilçisinin heyətində keçirir. Azərbaycan Premyer Liqasında debütu 9 fevral 2017-ci il tarixində, XVII tur çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirilmiş görüşdə baş tutub. Oyunun ilk 24 dəqiqəsini meydanda olub.

"Sabah FK" 2017-2018-ci illər mövsümünü Birinci Divizionda mübarizə aparan "Sabah FK" komandasının heyətində keçirir. 26 oyunda meydana çıxan Əli, 3 qola da imza atır. Yeni komandasının heyətində Azərbaycan Kubokunun oyunlarında da iştirak edib.

Oman

"Əl-Təliyyə" 2019-cu ildə Omana gələn futbolçu, sentyabr ayında bu ölkənin Birinci Divizionunda çıxış edən "Əl-Təliyyə" klubu ilə müqavilə imzalayır. 2020-ci ilin 30 yanvar tarixində klubdan ayrılan Nouri Zangir, klubda olduğu üç ay yarım müddətində, 12 oyun keçirib və 2 qola imza atıb.

"Samail SC" "Əl-Təliyyə"dən ayrıldıqdan sonra Əli Nouri Zangir Birinci Divizionun digər təmsilçisi "Samail SC" komandası ilə bir illik müqavilə imzalayır. Birinci Divizionun "B" qrupunda mübarizə aparan komanda, turnirin nəticəsinə əsasən qrupda ikinci yeri tutur. Əli komandanın heyətində 7 oyun keçirir.ناصر القاسمي لـ توووفه: أندية الظل تفتقد دعم الاتحاد .. وهذه حظوظ سمائل للتأهلمنذ أسبوعين إلغاء تجربة سمائل في معسكر قطر

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolNeftçi PFK2014U-19 çempionatı0000000000Kəpəz PFK2017Premyer Liqa4000000040Sabah FK2017–2019Birinci Divizion263100000273Əl-Təliyyə FK2019–20Birinci Divizion122000000122Samail FC2020-Birinci Divizion7000000070Ümumi karyera495000000505 1UEFA Avropa Liqası görüşləri daxildir.2Azərbaycan Superkuboku görüşləri daxildir.

Milli karyerası

İran U-17 İranın U-17 milli komandasının heyətində, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Cəmi 3 oyun keçirib.شکست تیم فوتبال نوجوانان ایران مقابل ایتالیا در جام جهانی کوچک/ مصاف با اسلوونی برای هفتمی

Azərbaycan

U-19 2014-cü ildə Bakıya gələrək, Azərbaycan vətəndaşlığını qəbul edən Nuri Zangir, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seçmələrində iştirak edərək, komandaya qəbul edilib və bir sıra yoldaşlıq görüşlərində öz qüvvəsini sınayıb.

U-21 2017-ci ildə 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət alan Nouri Zangir, komandanın heyətində 2018-ci ildə Antalya şəhərində keçirilmiş 2 beynəlxalq turnirdə iştirak edib.'Kəpəz' İrandan gələn futbolçu ilə müqavilə imzalayacaq 4 oyunda meydana çıxan Əli, bir qola imza atıb.

Uğurları

Klub "Fulad" Fulad FK U-18 çempionatı Qızıl (1): 2012–2013تبریک به خوزستانی ها؛ برای نخستین بار در لیگ برتر جوانان فوتبال کشور فولاد خوزستان قهرمان شد

"Samail" Samail Oman Birinci Divizionu Gümüş (1): 2020

İstinadlar

Xarici keçidlər Ali Nuri profile on Footballdatabase Futbolçunun Transfermarkt saytında profili Ə.Nuri profili Soccerway saytında

Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Fulad FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları