Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) () — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.
Həyatı Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir.
Yaradıcılığı "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir.
Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir. Ş.Şənolun "Azərbaycan", "Ulduz" jurnallarında silsilə yazıları dərc olunmuşdur. "Qarabağın Aran ağzı — Arazbar" (1998) kitabını Ənvər Çingizoğlu ilə birlikdə qələmə almışdır.
Kitabları "Ağ qoç, qara qoç" (1988) "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989) "Son bahar rüzgarları" (1999) "...aramızdakı bir mələk" (2007) "... bu eşqin bır anlamı" (2007) "Yüz ildən bir sətir" (2009) "...aranızdakı bir mələk" (2012)
Tərcümələri İvan Bunin, Marina Svetayeva (Rusiya), Uilyam Folkner (ABŞ), Qrem Qrin (Böyük Britaniya) və Ueda Akinaridən (Yaponiya) tərcümələrin müəllifidir.
İstinadlar
Ədəbiyyat Bütöv Azərbaycan qəzeti, №14(146), 25-30 aprel 2012-ci il.
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Yevlaxda doğulanlar