Eşqin Elmidar oğlu Quliyev (11 dekabr 1990), Qardabani, Gürcüstan SSR, SSRİ) - Azərbaycan futbolçusu, "Azal" klubunun yarımmüdafiəçisi.
Tərçümeyi halı E.Quliyev peşəkar futbol karyerasına 2005-ci ildə Gürcüstanda Tbilisinin "Olimpik" komandasının heyətində çıxışı ilə başlamışdır. Sonralar o, Azərbaycana köçmüşdür. 2007-ci ildən Bakının " Neftçi" komandasının şərəfini qorumağa başlamışdır. 2007-2008-ci illərdə gənclərdən ibarət "Neftçi-2"komandasının heyətində çıxış etmiş, vaxtaşırı olaraq "Neftçi" komandasının əsas heyətinə cəlb olunmuşdur. 2009-cu ilin aprelindən əsas heyətin əvəzolunmaz oyunçularından biri olmuşdur.18 летний Эшгин Кулиев отныне будет выступать в премьер-лиге.
E.Quliyev 2007-ci ilin iyul ayında "Neftçi" (Bakı) komandası ilə Avstriyanın "Rid" futbol komandası arasında keçirilən UEFA Kuboku uğrunda matça çəlb olunmuşdur."Neftçi" iştirak ərizəsini UEFA-ya göndərib. Avropa kuboklarında E.Quliyevin debut matçı 26 iyul 2008-ci ildə baş tutmuşdur.Кубок Интертото 2008—2009.
2011-2012-ci illər mövsümündə "Sumqayıt" futbol Komandasının əsas heyətində çıxış edən E.Quliyev yenidən "Neftçi" komandasına qayıtmışdır. E.Quliyev 2013-2014-cü illər mövsümündə "Araz" - Naxçıvan futbol komandasında, 2014-2017-ci illərdə Lökbatanın "Qaradağ" futbol komandasının heyətində çıxış etmişdir. O, 2017-ci ildən "Azal" futbol komandasının yarımmüdafiəçisidir.
Milli yığmada thumb|Eşqin Quliyev gənclərdən ibarət Azərbaycan müilli yığmasının tərkibində (21 yaşa qədər) 10 №li oyunçu
E.Quliyev 17 yaşa qədər yeniyetmələrdənEşqin Quliyev: "Rəqabətə hazıram" və 19 yaşa qədər gənclərdənSan Marino 0 — 5 Azerbaijan ) ibarət Azərbaycan milli yığmalarının oyunlarında iştirak etmişdir.
2008-ci ilin noyabr ayında Eşqin Quliyev, Azərbaycan - Albaniya yığma komandaları arasında keçirilən yoldaşlıq görüşündə əsas heyətə dəvət edilmiş, lakin xəstəliyi ilə əlaqədar bu oyunda iştirak etməmişdir..
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:11 dekabrda doğulanlar Kateqoriya:1990-cı ildə doğulanlar Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri