Telamon ( — sözün həqiqi mənasında "daşıyıcı", kökü sözünə bağlıdır) — qədim yunan mifologiyasındaМифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.497 Eak və Endeidanın oğlu (və ya Ferekidə əsasən, Aktey və Qlavkanın), Peleyin qardaşı və Böyük Ayaks, Tevkr Telamonid və Trambelin atası; həm də Miltiadin mifik əcdadı. Salamin adasının hökmdarı."İliada" və "Odissey" (XI 468) əsərlərində onun haqqında bir neçə dəfə bəhs olunur. Onun "Telamon" adı qala qalxanı üçün istifadə edilən toqqalı lentin adıdır, hansı ki həmçinin "dayaq, dəstək" mənasını verirdi.Клейн Л. С. Анатомия "Илиады". СПб, 1998. С.188

O, bir arqonavt idi, qardaşı ilə sol bortdaВалерий Флакк. Аргонавтика I 353 burun avarlarında oturmuşdurАполлоний Родосский. Аргонавтика I 85–86; Псевдо-Аполлодор. Мифологическая библиотека I 9, 16; Гигин. Мифы 14 (с.26, 35). Peliusa görə keçirilən cənazə oyunlarında disk atışında qələbə qazandı.Гигин. Мифы 273 Kalidon ovunun iştirakçısı olmuşdur.Павсаний. Описание Эллады VIII 45, 6; Овидий. Метаморфозы VIII 309; Гигин. Мифы 173 Anasının təhriki ilə Peleylə birlikdə qardaşı Foku öldürdü, bunun nəticəsində o, Salaminə Kixreyin yanına qaçmağa məcbur oldu, hansı ki onu cinayətdən təmizlədi və Salamin səltənətinin varisi etdi. Qardaşı Foku öldürdüyü üçün atası tərəfindən Eginadan qovuldu.Псевдо-Аполлодор. Мифологическая библиотека III 12, 6 Salamində məskunlaşdı və Alkafoyun qızı PeribeyaПавсаний. Описание Эллады I 42, 4 ilə evləndi və Eant adlı oğlu oldu. Fokun qətl ittihamlarına qarşı özünü dənizdə qum təpəsində müdafiə edirdi.Павсаний. Описание Эллады II 29, 10

Troyanın Herakl tərəfindən mühasirəsi zamanı, Telamon, atası Eak tərəfindən inşa edilən yerdən divara birinci qalxdı.Софокл. Эант 435–437; Еврипид. Троянки 799–819 Qəhrəmanlığına həsəd aparan Herakl, qılıncla Telamona tərəf qaçdı. Ancaq özünü müdafiə etməyən Telamon, Herakl üçün bir qurbangah tikdiyini izah edərək daş yığmağa başladı. Hərbi qənimətlərin bölünməsi ilə padşah qızı Hesionaya yiyə çıxdı və onların Tevkr adında uşaqları oldu.Псевдо-Аполлодор. Мифологическая библиотека II 6, 4

Heraklın amazonlarla müharibəsində iştirak etmişdir.Пиндар. Немейские песни III 37 Versiyaya görə, Heraklın Elidaya hücumu zamanı öldü və Araoniya (Arkadiya) çayının sahilində dəfn edilmişdir.Павсаний. Описание Эллады VIII 15, 6–7 Daha yayılmış versiyaya əsasən, o, Troya müharibəsindən sonra belə sağ idi.

Telamon və Ayaks Salaminin havadarları kimi tanınırlar. E.ə. 480-ci ildə baş verən Salamin döyüşü ərəfəsində yunanlar onları çağıraraq dua edirdilər.

İstinadlar

Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Kalidon ovunun iştirakçıları Kateqoriya:Troya müharibəsi iştirakçıları Kateqoriya:Arqonavtlar Kateqoriya:Attika mifologiyası Kateqoriya:Herakl mifləri Kateqoriya:Qardaş qatilləri Kateqoriya:Qədim yunan miflərinin padşahları