Elizabet Vudvil (; ) — İngiltərə kralı IV Eduardın xanımı, İngiltərə kraliçası.

Dünyaya gəldiyi əsnada Elizabetin ailəsi İngiltərə sosial iyerarxiyasında orta təbəqədə idi. Anası Lüksemburqlu Jakettanın ilk evliliyi İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutmuşdu. Ancaq 2 il davam edən bu evlilikdən övladı olmamış, daha sonra Elizabetin və digər 13 uşağının atası olan Riçard Vudvillə evlənmişdi. Elizabetin də ilk evliliyi Lankaster ailəsinin dəstəkçilərindən olan Con Qrey ilə baş tutdu. Ancaq 9 il davam edən bu evlilik Con Qreyin İkinci Alban döyüşündə həlak olması ilə sonlandı və Elizabet Vudvil 2 oğlu ilə birlikdə dul qaldı.

Onun IV Eduardla olan ikinci evliliyinə səbəb isə Elizabetin möhtəşəm gözəlliyi və ailəsinin böyük mülk sahibi olmaması idi. IV Eduard Normanların işğalından bu yana öz təbəəsindən biriylə evlənən ilk kral oldu.A Complete History of England with the Lives of all the Kings and Queens thereof; London, 1706. p486Kennett, White; Hughes, John; Strype, John; Adams, John; John Adams Library (Boston Public Library) BRL (16 June 2019). "A complete history of England: with the lives of all the kings and queens thereof; from the earliest account of time, to the death of His late Majesty King William III. Containing a faithful relation of all affairs of state, ecclesiastical and civil". London: Printed for Brab. Aylmer ... – via Internet Archive. Bu evlilik Elizabetin ailəsini bir anda zənginləşdirdi. Buna baxmayaraq onların saraydakı bu yüksəlişi kralın ən yaxın adamı olan Vorvik lordunun düşmənliyinə və onun getdikcə bölünən kral ailəsinin fərqli üzvləriylə çirkin ittifaqlar qurmasına səbəb olmuşdu. Bu düşmənlik IV Eduard və Vorvik lordu arasında açıq mübarizəyə çevrildi və Elizabetin atası Riçard Vudvilin 1469-cu ildə edam edilməsi, eləcə də Vorvik lordunun tərəf dəyişərək Lankasterləri dəstəkləməsi ilə nəticələndi.

1483-cü ildə əri IV Eduardın ölümünün ardından, Elizabet öz siyasi gücünü qorumağa davam etdi. Hətta oğlu V Eduardın bir neçə ay davam edən səltənəti və əmisi III Riçard tərəfindən devrilməsinin ardından belə saraydakı yerini qorumağı bacardı. Taxtdan devrilən Eduard və kiçik qardaşı Riçard isə əvvəlcə London qalasına həbs edildilər və qısa müddət sonra müəmmalı şəkildə yoxa çıxdılar. Bir çox mənbədə onların əmisi tərəfindən gizlicə öldürülərək qalanın zirzəmisinə dəfn olunduğu iddia edilir. Bu səbəblə III Riçarda düşmən olan Elizabet 1485-ci ildə VII Henrinin taxta çıxarılmasında mühüm rol oynadı. İttifaqın şərti kimi yeni kral onun qızlarından Yorklu Elizabetlə evləndi və nəticədə Al qızılgül-ağ qızılgül müharibələri başa çataraq Tüdor sülaləsi iqtidarı ələ aldı. Beləcə saraydakı nüfuzunu davam etdirən Elizabet Vudvil sarayda yalnız kralın anası Marqarita Byuforta əyilməyə məcbur oldu. Bundan sonrakı həyatı və saraydan nə vaxt ayrılması barədə isə heç bir məlumat yoxdur.Jewell, Helen M. (1996). Women in Medieval England . ISBN 9780719040177.Baldwin, David, Elizabeth Woodville: Mother of the Princes in the Tower

Həyatı

İlk illəri Elizabet Vudvil təxminən 1437-ci ildə (ehtimal ki oktyabrdaHicks, Michael (2004). "Elizabeth (c.1437–1492)" . Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/8634. Retrieved 25 September 2010.) Northempton şəhərinə bağlı Qrafton qəsəbəsində dünyaya gəlmişdir. O, sosial olaraq fərqli təbəqələrə mənsub olan Riçard Vudvil və Lüksemburqlu Jakettanın, kral-sarayını alt-üst edən nikahlarının ilk övladı idi. Vudvil ailəsi qədim və nüfuzlu bir ailə olsa da, sarayda güc sahibi deyildilər. Bu ailənin mənsubları daha çox torpaq sahibkarları kimi tanınırdı. Elizabetin anası isə əksinə, VI Henrinin əmisi olan Bedford hersoqu Conun dul xanımı idi.

1452-ci ildə Elizabet Vudvil Qrobi baronunun varisi olan Con Qreylə evləndirildi. Bu nikahdan onun 2 oğlu — Tomas Qrey və Riçard Qrey dünyaya gəldi. Ancaq ölkədə davam edən Al qızılgül-Ağ qızılgül mübarizəsində Lankasterləri dəstəklədi və nəticədə 1461-ci ildə baş tutan İkinci Alban döyüşündə həlak oldu. Təsadüfdür ki, məhz bu müharibə Elizabetin ikinci əri olan IV Eduarda taxt yolunu açmışdır.

Kraliça oluşu left|thumb|Elizabet Vudvil və IV Eduardın toy mərasimini təsvir edən miniatür, XV əsr IV Eduardın bir çox məşuqəsi vardı və heç də sədaqətli ər olaraq tanınmırdı. Bu məşuqələrindən ən məşhuru isə Ceyn Şour idi. Eduardın dul Elizabetlə olan nikahı isə ailənin Northemptondakı mülklərindən birində 1 may 1464Robert Fabian, The New Chronicles of England and France, ed. Henry Ellis (London: Rivington, 1811), 654; "Hearne’s Fragment of an Old Chronicle, from 1460–1470," The Chronicles of the White Rose of York. (London: James Bohn, 1845), 15–16.-cü ildə gizlicə bağlandı. Belə ki, nikah mərasimində sadəcə gəlinin anası və 2 xadimə şahid olaraq iştirak etdi. Rəsmi nikah isə Eduard VI Henrini devirərək taxta çıxdıqdan 3 il sonra baş tutdu. Tacqoyma mərasimi isə Məsihin göyə yüksəlişi günündən sonrakı ilk bazar günü — 26 may 1465-ci ildə keçirildi və o, bütün İngiltərənin kraliçası elan olundu.

IV Eduardın səltənətinin ilk illərində hakimiyyət Vorvik lordu olan dayısı oğlu Riçard Nevilin rəhbərlik etdiyi saray əyanlarının əlində idi. Belə ki, Eduard gizli nikah bağladığı ərəfədə Vorvik lordu da əzəli düşməni olan sabiq kralın xanımı Anjulu Marqaritə qarşı Fransa ilə diplomatik əlaqələr qurmağa çalışırdı. Plan isə yeni kralın hansısa Fransız şahzadəsi evlənməsi idi. Kralın Lankaster tərəfdarı sadə bir ailədən gələn Elizabet Vudvillə olan nikahı xalqa elan ediləndə isə Vorvik lordu pərt oldu və kralla olan münasibətləri heç vaxt düzəlmədi. Üstəlik bu cütlüyün nikahına Ali məclis də etiraz etmişdi.

Yeni kraliçanın saraya gəlişi ilə bütün ailəsi sarayda güc qazanmağa başladı.Ralph A. Griffiths, "The Court during the Wars of the Roses". In Princes Patronage and the Nobility: The Court at the Beginning of the Modern Age, cc. 1450–1650. Edited by Ronald G. Asch and Adolf M. Birke. New York: Oxford University Press, 1991. ISBN 0-19-920502-7. 59–61. Elizabetin saraya gələn 3 bacısı da qısa zamanda Kent, Esseks və Pembrukşir lordlarının oğulları ilə evləndirildi. Digər bacısı Ketrin Vudvil isə kraliçanın himayəsindəki 11 yaşlı Bukingem hersoqu Henri Staffordla evləndirildi. Buna baxmayaraq IV Eduardın ölümündən sonra Henri Stafford Vudvillərə qarşı III Riçardı dəstəklədi. Elizabetin 20 yaşlı qardaşı Con Vudvil isə Norfolk hersoqinası Ketrinlə evləndirildi. Hersoqina təqribən 60 yaşlarında idi və bundan öncə 3 dəfə dul qalmışdı. Bu səbəblə evlilik sarayda böyük əks-səda doğurdu.Kraliçanın ilk evliliyindən olan böyük oğlu Tomas Qrey isə Harrinqton şahzadəsi Sesilya Bonvillə evləndi.

Elizabet Vudvilin qohumlar, xüsusilə də qardaşı Antoni Vudvil Vorvik lorduna qarşı siyasi mübarizəyə başladığı vaxt, Vorvik lordu da eyni zamanda kürəkəni də olan kralın kiçik qardaşı Corcla birləşdi. Əvvəlcə kraliçanın anasını cadugərliklə ittiham edərək ölüm hökmü ilə həbs etsə də, 1 il sonra Lüksemburqlu Jaketta bəraət qazandı.Calendar of Patent Rolls, 1467–77, pg. 190. Ardından IV Eduarda qarşı 2 dəfə üsyan çıxaran Vorvik lordu və Corc Plantagenet Fransaya qaçdılar. Onlar Londonda həbs tutulan sabiq kral VI Henrinin xanımı Anjulu Marqaritlə birləşdilər və Lankaster ordusunu da alaraq İngiltərəyə hücum etdilər. Nəticədə 1470-ci ildə VI Henri həbsdən azad edildi və yenidən taxta çıxarıldı. Ancaq 1 il sonra IV Eduard sürgündən geri döndü və Barnet döyüşündə Vorvik lordunu, Qlosterşir döyüşündə isə Lankaster ordularını darmadağın etdi. Yenidən həbs olunan VI Henri çox keçmədən burada qətlə yetirildi.

Kralın iqtidardan uzaq qaldığı bir il ərzində Elizabet Vudvil Vestminster abbatlığına sığındı və ilk oğlu Eduardı (sonradan V Eduard) məhz burada dünyaya gətirdi.Sutton and Visser-Fuchs, "A 'Most Benevolent Queen;'"Laynesmith, pp. 111, 118–19. IV Eduardla olan nikahından 3 oğlan və 7 qız olmaqla, ümumilikdə 10 övladı dünyaya gəldi.

Dul kraliça IV Eduardın pnevmoniya səbəbilə ani ölümünün ardından (aprel 1483) Elizabet Vudvil dul kraliça elan edildi. 13 yaşlı oğlu Eduard isə əmisi Qloster hersoqu Riçardın naibliyi ilə kral elan edildi. Artıq illərdir sarayda möhkəmlənən Vudvil ailəsinin iqtidarı ələ almaq cəhdləri isə uğursuz nəticələndi. Belə ki, Riçard dərhal gənc kralı nəzarət altına aldı və dayısı Antoni Vudvillə ögey qardaşı Riçard Qreyi həbs etdi. Gənc kral isə tacqoyma mərasiminə qədər saxlanılması üçün London qalasına aparıldı. Elizabet Vudvil kiçik oğlu və qızları ilə birlikdə yenidən sığınacaq axtarmağa başladı. Mərhum kralın Londondakı ən güclü dəstəkçilərindən olan Vilyam Hastinqs Riçardın apardığı sərt siyasəti dəstəkləsə də, çox keçmədən dul kraliça ilə ittifaq qurma və kral naibinə sui-qəsd ittihamları ilə ələ keçirilərək edam olundu. Ancaq bu iddia heç vaxt sübut oluna bilmədi.C. T. Wood, "Richard III, William, Lord Hastings and Friday the Thirteenth", in R. A. Griffiths and J. Sherborne (eds.), Kings and Nobles in the Later Middle Ages, New York, 1986, 156–61.Charles Ross, Richard III, University of California Press, 1981 p81.

25 iyun 1483-cü ildə kral naibi Riçard dul kraliçanın həb tutulan oğlunu və qardaşını Pontefrakt qalasında edam etdirdi. Parlament qərarı ilə, IV Eduardın daha öncə Elyanor Butler adlı bir zadəganla gizli nikahının olduğu və bu səbəblə Elizabet Vudvillə olan nikahının keçərsiz sayıldığı və cütlüyün dünyaya gələn 10 uşağının da qeyri-məşru olduğu elan edildi. Dövrün burqundiyalı tarixçisi Filip de Komnesin yazdığına görə, Somerset rahiblərindən Robert Stillinqton mərhum kralla leydi Elyanorun nişan mərasimini keçirmişdi.Philipe de Commines, The memoirs of Philip de Commines, lord of Argenton, Volume 1, H.G. Bohn, 1855, pp.396–7. Bundan başqa bu qərarda dəlil göstərilməsə də, Elizabet Vudvil haqqında cadugərlik ittihamları da irəli sürüldü. Nəticədə Qloster hersoqu və kral naibi olan Riçard taxta namizəd göstərildi və III Riçard adı ilə taxta çıxdı. Cəmi bir neçə ay taxtda qalan V Eduard isə kiçik qardaşı ilə birlikdə London qalasına həbs olundu. Məhz bu tarixdən sonra bu 2 uşaq müəmmalı şəkildə yoxa çıxdı.

III Riçard dönəmi Artıq ilk ərinin soyadı ilə anılan Elizabet Qrey özünə yeni müttəfiqlər axtarmağa başladı. Bu müttəfiqləri isə III Riçardın yaxın adamlarından olan Bukingem hersoqu Henri Stafford və Marqarit Stanley oldu. Belə ki Marqaritin atası İngiltərə krallarından III Eduardın nəticəsi idiGenealogical Tables in Morgan, (1988), p. 709. və həyatdakı yeganə oğlu olan Henri Tüdor Lankaster qanı daşıyan yeganə oğlan uşağı idi. Bu səbəblə onun taxtdakı iddiasını gücləndirmək üçün, Elizabet qardaşları öldüyü üçün ailənin mirasını daşıyan böyük qızı Yorklu Elizabetlə yeni kral namizədini evləndirməyə qərar verdi. Beləcə, York və Lankaster ailəsi birləşəcək və illərdir davam edən taxt mübarizəsi başa çatacaqdı. Bukingem hersoqunun Henri Tüdor naminə çıxardığı üsyanın yatırılmasınıın ardından 1483-cü ilin dekabrında cütlüyün Ren şəhərindəki kafedralda qiyabi nişan mərasimi keçirildi.