Abbas ağa Təbrizi () — Məşrutə inqilabı (1905-1911) iştirakçısı.
Həyatı Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. O, 1907-ci ildə İranın baş naziri Mirzə Ələsgər xan Əminüssultanı öldürmüş, sonra da özü intihar etmişdi.
Mənbə ''' Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1885-ci ildə doğulanlar Kateqoriya:1907-ci ildə vəfat edənlər Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri