Zeta banovinası () — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina).
Coğrafiyası Zeta banovinası krallığın cənub hissəsində yerləşirdi. Cənubda Adriatik dənizi, Albaniya və Vardar banovinası, qərbdə Morava banovinası, şimalda Drina banovinası və qərbdə Sahil banovinası ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Çetinye idi. Banovinaya Zeta çayının adı verildi, orta əsr Monteneqro Zeta knyazlığı da eyni cür adlandırılmışdır.
Tarixi 1939-cu ildə Dubrovnik şəhəri ilə banovinanın bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi italyanlar tərəfindən işğal edilmiş Monteneqro və Albaniya arasında bölündü, Kotor şəhəri ilə ərazinin bir hissəsi İtaliyanın tərkibinə daxil oldu, banovinanın şərq əraziləri almanların işğalı altında olan Serbiyanın, qərb əraziləri isə Xorvatiya Müstəqil Dövlətinin bir hissəsi oldu. 1945-ci ildə Banovina ərazisi YSFR-a birləşdirmiş və ərazisi Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və eləcə də Serbiya daxilində Kosovo Muxtar Sosialist Vilayəti arasında bölündü.
Əhalisi 1931-ci ildə əhalinin dini tərkibi:
pravoslavlar — 516 490 roma katolikləri — 92 165 evangelist xristianlar — 208 digər xristianlar — 337 müsəlmanlar — 315 667 digərləri — 639
Banlar
Krsto Smilyaniç (1929—1931) Uroş Krul (1931—1932) Aleksa Staniçiç (1932—1934) Muyo Soçitsa (1934—1936) Petar İvanişeviç (1936—1939) Bojidar Krstiç (1939—1941) Blajo Cukanoviç (1941)
İstinadlar
Xarici keçidlər
Xəritə Xəritə Yuqoslaviya Krallığının Konstitusiyası
Kateqoriya:Monteneqro tarixi Kateqoriya:Serbiya tarixi Kateqoriya:Xorvatiya tarixi Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Yuqoslaviya krallığının banovinaları Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:1929-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi