Ədalət Eyvaz oğlu Məmmədov () — Azərbaycan Respublikasının əməkdar memarı.
1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhər ağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.
Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib.
2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı ona "Ustad Memar" adını təqdim edib.
Bioqrafiyası
Uşaqlıq və gənclik illəri 1959-cu ildə Bərdə şəhərində dünyaya gəlib. 1966–1976-cı illərdə Bakı şəhəri, 4 nömrəli Fars təmayüllü məktəbdə orta təhsilini alıb. 1977-ci ildə ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakultəsinə daxil olub. 1983-cü ildə ali təhslini bitirib. Tələbəlik illərindən, 1980-ci ildən etibarən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Tarix və Mədəniyyət abidələrinin bərpası sahəsində çalışmağa başlayıb.
Fəaliyyəti 1980–89-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.
1986-cı ildə Ağdam Cümə məscidinin, 2010-cu ildə Hacı Zeynalabdin Tağıyevin sarayının, 2012-ci ildə Bərdə türbəsinin və Torpaqqalanın, 2014-cü ildə Tərtər çayı üzərində qədim körpü qalıqlarının bərpa–konservasiya layihəsinin müəllifidir.
2009-cu ildə Maştağadakı, Şamxal hamamının, 2016-cı ildə İmamzadə türbəsinin, 2019-cu ildə Hüseyniyyə məscidinin, 2017-ci il Uğurlu Xan karvansarayının və Şah Abbas karvansarayının bərpası və funksional istifadəsi layihəsinin müəllifidir.
2014-cü ildə Bibiheybət və Təzəpir məscidilərinin, 2015-ci ildə Əjdərbəy məscidinin, 2018-ci ildə Qarabağlar türbəsinin bərpa və yenidənqurma işlərinin müəllifidir.
1998–2000-ci illərdə İçərişəhər tarix-memarlıq qoruğunun, Qız qalası və Şirvanşahlar sarayı kompleksinin UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsi işində çalışan memarlar qrupuna rəhbərlik edib.
Memarı olduğu tikililər 2013–2014. Heydər məscidi 2018–2019. Hacı Cavad məscidi 2019–2020. Xanım Fatimeyi-Zəhra məscidi
Mükafatları 2002. UNESCO-nun çiy kərpicdən inşa edilmiş tikililərin mühafizəsi üzrə mütəxəssis sertifikatı 2012. ICOMOS-un Tarix və Memarlıq Abidələri Qoruğunun İdarə olunması üzrə sertifikat 2018. Azərbaycan Respublikasının əməkdar memarı 2019. Azərbaycan Memarlar İttifaqının "Ustad Memar"ı
İstinadlar
Kateqoriya:Azərbaycan memarları