Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu.

Tarixi Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər.

Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür.

Mənbə Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı, 2014.

Həmçinin bax Yağləvənd oymağı Xələfli tirəsi

Kateqoriya:Cavanşirlər Kateqoriya:Tayfalar