Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru.
Həyatı Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib.
1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.
Ailəsi Tarzən Vamiq Məmmədəliyevin oğludur. Rejissor və prodüser İqbal Məmmədəliyevin qardaşıdır.
Filmoqrafiya Bir gecə (film, 2002) – rejissor, montajçı Sükutun səsi (film, 2003) – rejissor assistenti Əslində MƏN... (portretlər silsiləsi, 2006) Bir mahnının tarixçəsi (2006) Dalan (film, 2012) – ikinci rejissor Muğamla döyünən ürək (film, 2019) Hal hazırda "Yaxşı həkim" verilişinin quruluşçu rejissorudur.
İstinadlar
Xarici keçidlər Azərbaycanda prokat bazarı «ölüb» Qədim-yeni Naxçıvanın gözəllikləri insanı valeh edir
Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Bakıda doğulanlar