2020/2021 UEFA Millətlər liqası () — UEFA bayrağı altında milli komandaların iştirakı ilə keçirilən turnirin ikinci mövsümü. Yarış 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına çıxmaq üçün əlavə imkan yaradır.
Format 24 sentyabr 2019-cu il tarixində UEFA yarışın ikinci mövsümündə yeni işlənmiş bir formatdan istifadə olunacağını bildirdi. 55 milli komanda dörd diviziona bölündü. Hər biri 16 komandadan ibarət A, B və C dibizionları dörd millidən ibarət dörd qrupa bölündü. D divizionunda isə biri dörd , digəri üç komandadan ibarət olmaqla iki qrupa bölünən 7 komanda mübarizə aparacaq.
B,C və D liqalarında qrup qalibləri daha üst liqaya yüksəlmə hüququ qazanacaqlar. A divizionunun dörd qrup qalibi UEFA Millətlər Liqasının çempionu olmaq uğrunda mübarizə aparacaqlar. Yarımfinal cütlükləri açıq püşkatma yolu ilə müəyyənləşəcəkdir. A,B və C liqalarında qrup sonuncuları saha aşağı liqaya düşəcəklər. D divizionunda 2 qrup olduğundan C divizionunun 4 ən uğursuz komandası arasında keçiriləcək qarşılaşmalarla düşəcək 2 milli müəyyən ediləcəkdir.
Qrup oyunları bitdikdən sonra əgĕr iki və ya daha çox komanda eyni xala malikdirsə tutudqları yerləri müəyyənləşdirmək üçün əlavə kriteriyalardan istifadə olunur. Bunlardan ən əsasları aşağıdakılardır:
Baxılan komandalar arasında keçirilmiş oyunların nəticəsi; Baxılan komandalarda vurulan və buraxılan qolların fərqi. Baxılan komandalar arasında keçirilmiş oyunlarda vurulan qollar arasındakı fərq. Baxılan komandalar arasında oynanan matçlarda səfərdə vurulan qol sayı;
Əgər yuxarıdakı kriteriyaların tətbiqindən sonra da bərabərlik pozulmursa digər göstəricilərin müqayisəsi aparılır.
2022-ci il Dünya çempionatının seçmə mərhələsində 10 qrup qalibi mundiala birbaşa çıxacaq. Qrup ikinciləri olan 10 milli və UEFA Millətlər liqasının qrup qaliblərindən ən yaxşı iki komanda DÇ 2022-ə vəsiqə qazanmaq uğrunda pley/off matçlarında iştirak edib Qətərə yollanacaq daha 3 komandanın adına aydınlıq gətirəcəklər.
Cədvəl Aşağıda 2020/21 UEFA Millətlər Liqasının təqvimi verilmişdir.
Mərhələ Raund Tarix Qrup mərhələsi I tur 3-5 sentyabr 2020 II tur 6-8 sentyabr 2020 III tur 8-10 oktyabr 2020 IV tur 11-13 oktyabr 2020 V tur 12-14 noyabr 2020 VI tur 15-17 noyabr 2020 Final mərhələsi Yarımfinal 2-6 iyun 2021 III yer uğrunda oyun Final
Komandalar thumb|375px|Milli komandaların çıxış edəcəyi liqalar.
|- style="vertical-align:top" | + A liqası Səbət Komanda Reytinq1 Portuqaliya 1 Niderland 2 İngiltərə 3 İsveçrə 42 Belçika 5 Fransa 6 İspaniya 7 İtaliya 83 Bosniya və Herseqovina 9 Ukrayna 10 Danimarka 11 İsveç 124 Xorvatiya 13 Polşa 14 Almaniya 15 İslandiya 16
+ B liqası Səbət Komanda Reytinq1 Rusiya17 Avstriya18 Uels19 Çexiya202 Şotlandiya21 Norveç22 Serbiya23 Finlandiya243 Slovakiya25 Türkiyə26 İrlandiya27 Şimali İrlandiya284 Bolqarıstan29 İstail30 Rumıniya31 Macarıstan32 | + C liqası Səbət Komanda Reytinq1 Yunanıstan33 Albaniya34 Monteneqro35 Gürcüstan362 Şimali Makedoniya37 Kosovo38 Belarus39 Kipr403 Estoniya41 Sloveniya42 Litva43 Lüksemburq444 Ermənistan45 Azərbaycan46 Qazaxıstan47 Moldova48
+ D liqası Səbət Komanda Reytinq1 Cəbəllütariq49 Farer adaları50 Latviya51 Lixtenşteyn521 Andorra53 Malta54 San-Marino55
A liqası
I qrup
II qrup
III qrup
IV qrup
B liqası C liqası D liqası
İstinadlar
Kateqoriya:UEFA Millətlər Liqası mövsümləri Kateqoriya:2020/2021 mövsümündə Avropada futbol