() — aləminin tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir.
Ümumi məlumat Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi. Belə ki, Linneyə görə bu taksona Arthropoda (buğumayaqlılar) uyğun gəlir. J. B. Lamark İnsecta sinfinə yalnız qanadlı həşəratları (hətta hamısını deyil) daxil edirdi. Müasir dövrdə "İnsecta" termininin altıayaqlılar mənasında istifadəsi daha ənənəvi hesab olunur. Həşəratda bədən bir-birindən aydın seçilən 3 hissədən ibarətdir: baş (caput), döş (thorax) və qarın (abdomen). Baş hissə buğumların (5 ədəd) möhkəm birləşməsindən əmələ gələn kəllə qutusundan ibarət olub, ağız orqanlarına və bığcıqlara, bir cüt mürəkkəb və ya fasetli gözə və gözcüklərə malikdir. Döş bədənin ikinci hissəsi olub, 3 buğumdan ibarətdir. Hər bir buğumunda bir cüt ayaq vardır. Qanadlı həşəratda isə orta və dal döşün hər biri cüt qanada malikdir. Heyvanlar aləmində "uçma" ilk dəfə bu qrupda ortaya çıxmışdır, ancaq həşəratların qanadları, quşların qanadlarından fərqli quruluşdadır. Qarın bədənin üçüncü hissəsi olub, buğumludur və yetkin formada ayaqlardan məhrumdur. Qarın hissənin döşlə birləşməsi müxtəlifdir. Bu müxtəliflikdən asılı olaraq onlarda oturan, saplaqlı və asılqan qarın formaları vardır. Dəri örtüyü 3 qatdan -kutikula, hipoderma və bazal pərdədən ibarətdir. Əzələ sistemi mürəkkəb quruluşlu olub, əsasən eninəzolaqlı əzələlərdən ibarətdir. Həşəratın ali formalarında əzələ sistemi olduqca maraqlıdır və qanadlar saniyədə 300–1000 vurmaq qabiliyyətinə malikdir. Belə əzələlər iti əzələlər adlanır. Tənəffüs sistemi çoxlu miqdarda hava aparan borulardan, traxeya və traxeollardan ibarətdir. Qan-damar sistemi açıqdır. Qanı (hemolimfa) maye plazmadan və hemositlər adlanan qan cisimciklərindən ibarətdir. Plazma adətən sarımtıl və ya yaşılımtıl rəngli, bəzən də rəngsiz olur. İfrazat funksiyasını malpigi boruları yerinə yetirir. Cazibədar və ya itələyici qoxu, şam, zəhər, ipək, yağ, tüpürcək, antikoagülan maddə kimi bir çox maddəni ifraz etmək üzrə xüsusiləşmiş çox sayda vəzi vardır. Duyğu orqanları və sinir sistemi yaxşı inkişaf etmişdir. Bir çox qrupda, xüsusi vəzifələri olan duyğu orqanlarına rast gəlinir. Ovlanmaq və ya ovçularından qorunmaq üçün son dərəcə müvəffəqiyyətli uyğunlaşmalar qazanmışlar. Rənglənmələri böyük müxtəliflik göstərir. Bəzilərində gecələr işıq saçma xüsusiyyəti var. Həşəratlar bir qayda olaraq yumurta qoymaqla çoxalarırlar və əksəriyyətinin inkişafında bir metamorfoz olur. Bəzi qruplarda koloniya halında ictimai həyat nümunələri görünür. Həyat və qidalanma şəkillərinə görə, ağız, bığcıq və ayaq strukturları fərqlidirAğayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.408–441
Həşəratlar sinfinin Azərbaycan faunası Hazırda Azərbaycanda 29 dəstəyə aid 13 mindən çox həşərat növü müəyyən edilmişdir. Bu növlərdən 370-i elm üçün, 800-ü keçmiş SSRİ faunası üçün, 1700 – dən çoxu Cənubi Qafqaz və Qafqaz faunası üçün yeni növ olmuşdur. Azərbaycan faunası üçün göstərilən yeni həşərat növlərinin 60 % — dən çoxu ilk dəfə institutumuzun entomoloji laboratoriyalarının əməkdaşları tərəfindən qeyd edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, respublika faunasında 600 — ə qədər endemik və relikt həşərat növü mövcuddur. Ümumilikdə Azərbaycanda 71 növ həşərat Azərbaycanın "Qırmızı Kitabı"nın II nəşrinə daxil edilmişdir.
Həşəratlar sinfinin filogeniyası Həşəratlar sinfinin təkamülü məsələsi bir çox çətinliklərlə üzləşir. Əsas problem həşəratların filogenetik münasibətini müəyyənləşdirməyə imkan verə biləcək daşlaşmış qalıqların olmamasıdır. Həşəratların ən yaxın qohumu morfoloji müqayisələr əsasında (xüsusilə də traxeya tənəffüs sistemi) ənənəvi olaraq çoxayaqlılar hesab olunur. Bu nöqteyi nəzərə uyğun olaraq hər iki qrupu qeyri-tam bığlılar (Atelocerata) taksonunda birləşdirirdilər. Lakin genlərin ardıcıllğı əsasında filogeniyanın qurulması və son zamanlarda aparılmış morfoloji tədqiqatlar sübut edir ki, həşəratlar xərçəngkimilərə daha yaxındır. Bu filogenetik fərziyyənin tərəfdarları həşəratları və xərçəngkimiləri vahid bir taksonda (Pancrustacea) birləşdirdilər. Lakin xərçəngkimilər erkən kembri dövrünün (511 milyon il) qalıqlarından məlum olduqları halda Həşəratlar paleontoloji salnamədə erkən Devondan (410 milyon ilə yaxın) rast gəlinməyə başlayırlar. Beləliklə, xərçəngkimilərin və Həşəratların ümumi bir əcdaddan əmələ gəlməsi barədə fərziyyədə 100 milyon illik birara yaranır. Bu müddət ərzində Həşəratların qalıqlarının paleontoloji salnamədə olmamasını adətən bu qalıqların saxlanmaması ilə izah edirlər. Ən yeni morfoloji müqayisələr və genom ardıcıllığı əsasında filogenetik rekonstruksiyalar göstərir ki, həşəratlar xərçəngkimilərin nəslindəndir. Bu fikir paleontoloji məlumatlara tam uyğun gəlir. Lakin xərçəngkimilər içərisində həşəratların ən yaxın qohumlarının aşkar edilməsi zamanı morfoloji və moleklulyar məlumatlar üst-üstə düşmür. Beləki, morfoloji məlumatlar həşəratların ali xərçəngkimilərlə əlaqəsinin olduğunu göstərir, molekulyar məlumatlar isə onların ya qəlsəməayaqlılar, ya remipediyalar, ya da ola bilsin ki, sefalokaridlərlə qohum olduğunu sübut edir. Son fərziyyəyə əsasən həşəratların təkamül budağı xərçəngkimilərdən Silur dövrünün sonu Devonun əvvəlində ayrılmışdır. Həşəratların primitiv əcdadları 350 milyon il əvvəl Devon dövründə, və ya ola bilsin ki, ondan da əvvəl mövcud olmuşdur. Ən qədim həşəratlar Devon dövründən məlum olan Rhyniognatha hirsti (410 milyon il) və Strudiella devonica (385–360 milyon il) növləridir. Qədim həşəratlara həmçinin karbon qalıqlarında (300 milyon ildən artıq) tapılmış və tamamilə ölüb getmiş dəstələr Archodonata və Protodonata, Palaeodictyoptera, Diaphanopterodea, Hypoperlida, Megasecoptera, Miomoptera və geraridlərə aiddir. Həşəratların təkamül tarixi başqa heyvanların və bitkilərin tarixi ilə, onların quru mühitini zəbt etmələri və yeni biosenozlarda əmələ gələn yeni ekoloji layların istifadəsi ilə bağlıdır. Öz təkamül inkişafları müddətində həşəratlar yeni formalar əmələ gətirmişlər. Bu formaların bir çoxu uzun müddətli mövcudiyyətdən sonra ölüb getmişdir. Ölüb getmiş formaların bəziləri nəhəng ölçüləri ilə fərqlənmişlər. Məsələn, Mazothairos (Palaeodictyoptera) qanadları açıq halda 55 см-ə çatırdı. Protodonata dəstəsinə Yer tarixinin ən iri həşəratları daxil olmuşdur. Meganeura monyi Fransada tapılmışdır, ölçüsü qanadları açıq halda 75 sm olmuşdur. Daş kömür dövründən olan Megatypus və Perm dövründən olan Meganeuropsis permiana (США) qanadları açıq halda 71 sm-dək olmuşlar. Bunövlərin əksəriyyətinin yalnız qanad fraqmentləri, bir neçəsinin isə bədəninin başqa hissələrinin izləri (iri çənəli və iri gözlu baş, döş və həmçinin uzun qarıncıq) tapılmışdır. Paleodiktiopteroidlər-sancıcı-sorucu ağız aparatına malik iri Həşəratlar (50 sm-dək) olub, 320–220 milyon il bundan əvvəl geniş yayaılmış qrupudur. Protorthoptera dəstəsinin nümayəndələri Perm dövrünədək adi növlər olmuşlar. Bunlar yeniqanadlı həşəratların qazıntı halında tapılmış ən qədim növləridir. Onlar üçün dərivari ön qanadlar, arxa qanadların iri anal sahəsi və yaxşı inkişaf etmiş gəmirici ağız aparatı səciyyəvidir. Karbon dövrünün sonundan Yura dövrünün əvvəlinədək Miomoptera dəstəsi (bulaqçılara bənzər uzun qanadlı xırda həşəratlar) mövcud olmuşdur. Bunlar tam çevrilmə ilə inkişaf edən Həşəratlar qrupunun ən primitiv və ən qədim dəstəsidir.
Xarici quruluşu Həşəratların bədəni 3 hissəyə ayrılır: baş, döş və qarıncıq. Hər buğum 4 hissəyə ayrılır — üst yarımhalqa (tergit), alt yarımhalqa (sternit), yan divarlar (pleyritlər). Bədənin üstü dorsal hissə, altı ventral hissə adlanır. Həşəratları başqa heyvanlardan fərqləndirən əsas xüsusiyyət bədən və ətrafların xarici örtüyü olan xitin ekzoskeletin olmasıdır. Bədəni örtən kutikula möhkəm xarici skelet əmələ gətirdiyi halda yumşaq və nazikdir. Möhkəm xarici skelet bədəni mexaniki təsirlərdən, qurumaqdan qoruyur və deformasiya müqavimətini artırır. Lakin onun bəzi çatışmazlıqları da vardır (məsələn, qabıqdəyişmə ilə əlaqədar yüksək enerji sərfi). Bədən örtüyünün üstündə adətən müxtəlif çıxıntılar, büküşlər, tikanlar, pulcuqlar, qıllar, xırda tükcüklər-xetoidlər olur. Kutikulaya həmçinin hərəkətli dəri tükcükləri – xetalar da aiddir. Həşəratların növ müxtəlifliyinin zənginliyinin bir neçə səbəbi vardır. Hər şeydən əvvəl bunlar tipik quru orqanizmləri olub, quru həyat tərzinə çox gözəl uyğunlaşmışlar. Həşəratların bütün quruluşu onları qurumaqdan qorumaq və rütubətə qənaətlə əlaqədardır. Epikutikula, bədən örtüyü üzərindəki nazik mumabənzər qat, suyun buxarlanmasının qarşısını alır. Traxeya tənəffüsü rütubətə qənaət baxımından ağ ciyərlərə nisbətən daha səmərəlidir. Belə ki, nəfəs dəlikləri ölçülərinə görə çox kiçikdir və qapanmaq qabiliyyətinə malikdirlər. İfrazat sistemi malpigi boruları ilə təmsil olunmuşdur və sidik turşusu kristalları əmələ gətirirlər. Arxa bağırsaqda ekskrementlərdən suyu sorub yenidən bədən boşluğuna qaytaran xüsusi rektal vəzlər vardır. Bir çox həşəratlarin yumurtaları da həmçinin rütubət itkisinə qarşı yaxşı qorunur. Beləliklə, həşəratlar quruda yaşamanın ən başlıca problemi olan su itkisinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. thumb|left|250 px|Dəvə milçək (Raphidioptera) Həşəratların bədən rəngi çox müxtəlif, struktur və piqment rəngləri fərqli olur. Struktur rəngi kutikulanın səthi strukturunun işiğın interferensiyası, difraksiya və dispersiyası nəticəsində metallik parlaqlıq yaradanbir sıra spesifik xüsusiyyətləri ilə (mikroskopik qabırğalar, lövhələr, pulcuqlar və s.) əlaqədardır. Piqment rənglər isə çox zaman kutikulada, bəzən isə hipoderma və ya piy cisminin hüceyrələrində olan piqmentlərlə əlaqədardır. Əksər həşəratlarda hər iki tip rəngin birləşməsi müşahidə edilir. Həşəratların çoxunda bədənin müxtəlif hissələrində parlaq naxışlar olur. Əsas etibarilə gündüz həyat tərzi keçirən və bitki substratı ilə əlaqəli olan həşəratların rəngi parlaq olur. Torpaq üzərində hərəkət edən və ya gecə həyat tərzi keçirən çox növlər üçün eynitonlu və əsasən tünd rəng səciyyəvidir. Bədən rəngi ya bir rəngdən, ya da bir neçə (2–3, nadir hallarda daha çox) rəngin qarişiğindan ibarət ola bilər. Ümumi fonda ləkələr, zolaqlar və ya hər hansı başqa naxış ola bilər.
Ölçüləri İnsecta sinfinin nümayəndələrinin ölçüləri çox müxtəlifdir. Müasir dövrdə yaşayan ən iri Phobaeticus chani göstərməsidir. Onun Kalimantandan olan ən iri fərdinin uzunluğu 357 мм, ətrafları açılmış vəziyyətdə isə 567 мм-dir. Bəzi qazıntı halında olan taksonlar, məsələn meqanevralar 50 sm, qanadları açıq halda isə 70 sm ölçüdə olmuşlar.