Maks Vasmer () — alman filoloq-slavyanşünası və balkanşünası, SSRİ Elmlər Akademiyasının əcnəbi müxbir üzvü.
1907–08-ci illərdə Yunanıstanda yunan dialektlərini və alban dilini araşdırmışdır. 1908–10-cu illərdə Krakov və Vyana universitetlərində təhsilini davam etdirmişdir. Bir sıra təhsil müəssisəsində dərs demiş, o cümlədən Ali qadın (Bestujev) kurslarının (1912), Saratov (1917–18), Tartu (1918–21), Leypsiq (1921–25), Berlin (1925–45), Stokholm (1947–49) universitetlərinin, Qərbi Berlində Azad universitetinin professoru olmuşdur.
Slavyanların digər xalqlarla dil əlaqələrinə, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şərqi Avropada məskunlaşması tarixinə, Şərqi Avropa antroponimiya və toponimiyasına, slavyan dillərinin alban dili və digər dillərə təsirinə dair əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Rusşünaslar Kateqoriya:Rusiya imperiyası dilçiləri Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Almaniya dilçiləri