Taciklər (, ) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir.8,776 mln +7,234 mln
Məskunlaşma və sayları
Əfqanıstanda
5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyonMinority Rights Group International (MRG): Afghanistan: Minorities, Conflict and the Search for Peace nəfərini taciklər təşkil etmişdir.
MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.Central Intelligence Agency — CİA — The World Factbook: South Asia :: Afghanistan Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.Tajik (people) — Britannica Online Encyclopedia Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.Central Statistics Organization of Afghanistan (CSO) :Settled Population of Afghanistan by Civil Division, Urban, Rural and Sex 2012–13 MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.
Tacikistanda
21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Шумораи аҳолии Ҷумҳурии Тоҷикистон ба ҳолати 1 январи соли 2012 , 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Навигарӣ: Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон корҳои бозҳисокунии аҳолиро оид ба муайян намудани санаи таваллуди 8 миллионаи аҳолии Ҷумҳурии Тоҷикистон, ба анҷом расонид Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-cu il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşayır.
Özbəkistanda
"Açıq cəmiyyət" İnstitutu nun () maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.Uluslararası "TÜRKEL" Gazetesi: Численность постоянного населения составила 29,994 млн. человек ---yayınlanma tarihi: 22 şubat 2013Посольство Республики Узбекистан в Кыргызстане: Численность постоянного населения составила 29,994 млн. человек Источник: газета UzDaily: Численность постоянного населения составила 29,994 млн. человек Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.
İranda
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı () yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun () məlumatlarına əsasən 2006-cı il ümumiran əhali siyahıyaalınmasının yekunlarına görə İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşı qaçqınların ümumi sayı 1.211.171 nəfər olmuş, onların 39 %-ni etnik həzaralar, 22 %-ni etnik taciklər, 9 %-ni etnik puştunlar, 10 %-ni isə digər (əsasən türkmənlərə, özbəklərə və bəluclara) etnik qruplara mənsub insanlar təşkil etmişdir.Encyclopædia Iranica :AFGHANISTAN xiv. AFGHAN REFUGEES IN IRAN
Rusiyada 14–25 oktyabr 2010-cu il əhali siyahıyaalınmasına əsasən Rusiya FR-da 200.303 nəfər etnik tacik yaşamaqdadır.Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации
Qırğızıstanda
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qırğızıstannın 5.551.888 nəfər əhalisinin 48.033 nəfəri etnik taciklərdən ibarətdir.Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения
Almaniyada Almaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin () 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar Əfqanıstan və AFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (, qısa: ) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).Deutsche Gesellschaft für Technische Zusammenarbeit (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit ): Egyptian, Afghan, and Serbian diaspora communities in Germany: How do they contribute to their country of origin? Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.
Ukraynada 5–14 dekabr 2001-c il siyahıyaalınmasına əsasən Ukraynanın 48.240.902 nəfərlik əhalisinin 4.255 nəfərini etnik taciklər təşkil edir.Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001
İstinadlar
Kateqoriya:Taciklər Kateqoriya:Tacikistan Kateqoriya:İrandilli xalqlar Kateqoriya:Əfqanıstanda yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:İrandilli etnik qruplar Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar