Vıselkovski rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Vıselki kəndidir. Coğrafiyası Sahəsi 1740 km²-dir. Rayon Prikubanskaya düzənliyinin mərkəzi hissəsində, Krasnodar diyarının mərkəzində yerləşir.

Şimaldan Pavlovski, cənubdan Ust-Labinski, şərqdə Tbilisi və Tixoretski, qərbdə Bryuxovetski və Korenovski rayonları ilə həmsərhəddir. Hidroqrafik şəbəkə Juravka və Beysuq çayları ilə təmsil olunur. Tarixi Rayon 31 dekabr 1934-cü ildə Korenovski rayonunun Azov-Qara dəniz ərazisinin tərkibində parçalanması nəticəsində qurulmuşdur. Əvvəlcə rayon 8 kənd məclisindən ibarət idi: Anap, Beysuqski, Beysujekski, Berezanski, Buzinovski, Vıselkovski, Juravski, Kazaçe-Malevan.

13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.

22 avqust 1953-cü ildə ləğv edilmiş Qrajdanski rayonu Vıselkovski rayonunun tərkibinə daxil olur.

1 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Tixoretsk və Ust-Labinski rayonları arasında bölünür.

30 dekabr 1966-cı ildə Korenovski rayonuna birləşdirilən Juravski və Novoberezanski kənd məclisləri istisna olmaqla, Vıselkovski rayonu əvvəlki sərhədlərində bərpa edilir.

1993-cü ildə kənd Sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

2005-ci ildə rayonda 10 kənd yaşayış məntəqəsi formalaşdırılır. Əhali 1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 60 184 nəfər təşkil etmişdir. Bunlardan hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,5%, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 34678 (57,6 %) əmək qabiliyyətli insanlar, 24,1 %-i pensiyaçılardır. Milli tərkib Əsas milli qruplar: ruslar - 93%, ukraynalılar - 3%, ermənilər - 1,5%, digərləri - 3,5%. İnzibati-ətazi vahidləri Bryuxovetski rayonunda 10 kənd inzibati ərazi vahidliyinə 25 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat Ənənəvi istehsal sektorları - kənd təsərrüfatı və kənd təsərrüfatı emalı - üstünlük təşkil edir. Məişət xidmətləri, ticarət, iaşə və s. kiçik biznesin fəaliyyət sahəsidir. Rayon ərazisində 11 kənd təsərrüfatı müəssisəsi, 524 kəndli (fermer) təsərrüfatı, qida sənayesinin 2 müəssisəsi, 2 nəqliyyat müəssisəsi, 4 tikinti təşkilatı və s. vardır. Nəqliyyat Əsas nəqliyyat yolları: Krasnodar-Tixoretsk-Salsk dəmir yolu, Krasnodar-Pavlovskaya magistral yolu.

Məşhur şəxsləri Vıselkovski rayonunda Rusiya Federasiyasının Qəhrəmanı Mixail Sultanoviç Danqireyev anadan olmuşdur.

Mənbə Официальный сайт администрации муниципального образования Выселковский район Муниципальное образование Выселковский район Выселковский район на портале исполнительных органов власти края

Информационный сайт района Poçt indeksi:

Почтовые индексы | Краснодарский край | Выселковский район

Kateqoriya:Krasnodar diyarının rayonları