Uspenski rayonu () — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Uspenskoe kəndidir. Coğrafiyası Uspenski rayonu Krasnodar diyarının cənub-şərq hissəsində yerləşir. Şərqdə Stavropol diyarının Koçubeevski rayonu ilə, cənubdan Otradnenski rayonu ilə, qərbdən Novokubanski rayonu və Armavir şəhər dairəsi ilə həmsərhəddir. Rayonun sahəsi 1129.98 km²-dir.
Rayonun əsas çayları Kuban, Urup və Beçuqdur. İqlimi rütubətlidir. İsti yaza və sərin qışa malikdir. Tarixi Uspenski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsi tərkibində qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Armavir bölməsi ərazisinin bir hissəsi daxil idi.
Əvvəlcə rayonun tərkibinə 24 kənd sovetliyi daxil idi: Bratsko-Opoçinovski, Vrevski, Qalitsinski, Qusarovski, Zapadnı, Eqorlıkski, Karamurzinski, Konokovsk, Konokovski, Kurqokovski, Livonski, Malaminski, Maryenski, Maryinski, Eqorlıkski, Karamurzinski, Konokovski, Novokavkazski, Oveçkovski, Panteleimonovski, Piskunovski, Tryoxselski, Ubejenski, Urupski və Uspenski. 16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz dairəsinin bir hissəsi idi. 6 noyabr 1929-cu ildə rayon ləğv edilir və ərazisi Armavir, Otradnenski və Nevinnomysski rayonları arasında bölünür. 31 dekabr 1934-cü ildə rayon yenidən qurulur. 13 sentyabr 1937-ci ildən Uspenski rayonu Krasnodar diyarının bir hissəsi olur. 28 aprel 1962-ci ildən 21 fevral 1975-ci ilədək Uspenski rayonu ləğv edilir və ərazisi Novokubanski rayonuna daxil edilir. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 10 bələdiyyə qurulur. Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: Milliyyət % Sayruslar 31 805 77,06 %adıqlar (çərkəzlər) 3 389 8,21 %ermənilər 2 014 4,88 %ukraynalılar 605 1,47 %yunanlar 557 1,35 %qaraçılar 413 1,00 %digərləri 1 378 3,34 %milliyyətini bildirməyənlər 1 112 2,69 %ümumi 41 273 100,0 % Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 3 782 3 572 7 354 17,82 % 15 — 59 yaş 12 760 13 620 26 380 63,91 % 60 yaşdan yuxarı 2 660 4 879 7 539 18,27 % Ümumi 19 202 22 071 41 273 100,0 %
Kişilər — 19 202 nəf. (46,5 %). Qadınlar — 22 071 nəf. (53,5 %).
Əhalinin orta yaşı — 38,1 yaş. Kişilərin orta yaşı — 35,6 yaş. Qadınların orta yaşı — 40,3 yaş.
İnzibati-ərazi vahidləri Uspenski rayonunda 10 kənd inzibati vahidliyinə 32 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat Uspenski rayonunun iqtisadiyyatı kənd təsərrüfatı - 46%, sənaye - 41%, ticarət - 11% və inşaat - 1% əsaslanır.
Ümumilikdə 2008-ci ildə rayonda istehsal fəaliyyəti ilə aşağıdakılar məşğul olmuşdur: 3 səhmdar cəmiyyət, 5 məhdud məsuliyyətli cəmiyyət və 172 kəndli təsərrüfatı. İstinadlar
Mənbə Официальный сайт администрации Успенского района Успенский район на портале исполнительных органов власти края
Kateqoriya:Krasnodar diyarının rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər