Apanasenkovski rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Divnoye kəndidir.

Coğrafiyası Rayon Stavropol diyarının şimalında yerləşir. Kalmıkiya Respublikası ilə sərhədi Manıç çayı boyunca uzanır. Relyefi düzənlikdir, hündürlüyü təxminən 100 metrdir. Buradakı yüksəkliklər Kuma-Manıç çökəkliyi boyunda yerləşir. Manıç gölü unikal quşların yaşadığı ərtazidir.

Apanasenkovski rayonu riskli əkinçilik deyilən bölgə olan Stavropol diyarının ən quraq bölgələrindən biridir. İqlimi kəskin kontinentaldır. Yaz aylarında, iyulun ikinci yarısı və avqustun ilk yarısı arasında temperatur +25 ilə +40 dərəcə arasında dəyişir. Qışda mənfi 3–5 dərəcəyə qədər enir. Şiddətli şaxta çox nadirdir, 10–15 dərəcəni aşmır. Şabalıdı və açıq şabalıdı torpaqlar üstünlük təşkil edir.

Tarixi Rayon 1924-cü ildə Stavropol quberniyasının Blaqodarnenski qəzasının volost və kəndlərindən qurulmuşdur. İnzibati mərkəz rayona orijinal ad verən Divnoye kəndi idi.

1930-cu ildə (digər mənbələrə görə — 1931-ci ildə) Divenski rayonu ləğv edilir və 1935-ci ilin yanvarında Mitrofanovskoye kəndi regional mərkəzə çevrildiyi üçün Mitrofanovski rayonu olaraq bərpa edildir. Elə həmin il Mitrofanovskoye kəndi Vətən müharibəsinin qəhrəmanı İosif Rodionoviç Apanasenkonun şərəfinə Apanasenkovskoye, rayon isə Apanasenkovski adlandırıldı.

17 yanvar 1943-cü ildə Apanasenkovski rayonu alman faşist işğalçılarından azad edilir.

1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexandrovski, Qeorqievski, İobilnenski, İpatovsky, Koçubeevskiy, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovski, Prikumski və Şpakovski.

12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərar verir:

16 mart 2020-ci il tarixindən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 3-kz qanununa əsasən, Apanasenkovski rayonunun bütün bələdiyyələri, onları vahid bələdiyyə forması Apanasenkovski bələdiyyə dairəsinə birləşdirməklə dəyişdirildi.

Ərazi vahidi öz statusunu qorumuşdur.

Əhali Cins tərkibi

2010-cu il Ümum-Rusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 15 743 kişi (47.60%) və 17.331 qadın (52.40%) yaşayırdı.

Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı: Millət Say % Ruslar 28 665 86,67 Darginlər 2024 6,12 Belaruslar 351 1,06 Digərləriabazinlər (18), avarlar (28), aqullar (8), azərbaycanlılar (264), ermənilər (277), yunanlar (5), gürcülər (56), kabardinlər (5), kazaklar (61), qazaxlar (12), kalmıklar (7), qaraçaylar (7), qırğızlar (6), korayalılar (19), qumuqlar (7), laklar (22), ləzgilər (55), marilər (11), moldovanlar (127), mordavalılar (8), almanlar (35), osetinlər (132), polyaklar (8), rumınlar (5), tabasaranlılar (26), tatarlar (42), türkmənlər (9), uklraynalılar (252), saxurlar (10), qaraçılar (37), çeçenlər (34), çuvaşlar (8), digər milliyyətin dümayəndələri (53), milliyyətini bildirməyənlər (441) 2034 6,15 Ümumi 33 074 100,00

Rayonla əlaqəli insanlar Pavel Kaşuba Sovet İttifaqı Qəhrəmanı adına Kiyevka kəndində layiq görülüb.

Sosialist Əməyi Qəhrəmanı fəxri adı almış rayon sakinləri: Pavel Baştovoy, Vasiliy Moroz, İ. Krasnikov, V. Fisenko, Y. Şevçenko.

İstinadlar

Mənbə

Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər