thumb|Qədim Misirlilərin əkinçilik işləri (məqbərənin divarında təsvir olunan mənzərə)
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi.
Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu, mərcimək, kürüşnə, qoyunnoxudu və adi zəyrək — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə. XI–IX minilliklər arasında qoyunlar əhliləşdirildi. 8500-cü il bundan əvvəl ibtidai öküz müasir Türkiyə və Pakistan ərazilərində əhliləşdirilmişdi. Şəkərqamışı və bəzi kök tərəvəzləri Yeni Qvineyada eramızdan əvvəl VII minillikdə yabanı bitkidən mədəni bitki halına gətirilmişdi. Sorqo, e.ə. III minillikdə Afrikanın Sahel bölgəsində əkilmişdi. Cənubi Amerikanın And dağlarında kartof, eramızdan əvvəl VIII–V minilliklər arasında əkilməyə başlamış, onunla birlikdə yabanı lobyada mədəni lobya halına gətirilmiş, koka,lama,alpaka və dəniz donuzları əhliləşdirilmişdi. Banan, eyni dövrdə Papua Yeni Qvineyada becərildi və hibrid edildi. Mesoamerika xronologiyasına görə, qarğıdalı e.ə. IV minillikdə becərilməyə başlandı. Pambıq,3600 il bundan əvvəl Peruda əkilməyə başlandı. Dəvələr gec, e.ə. III minillikdə əhliləşdirildi.
Tunc dövrü,3300 il bundan əvvəl,Mesopotamiya Şumeri,Qədim Misir, Hindistan yarımadasının Hind vadisi mədəniyyəti, qədim Çin və qədim Yunanistan kimi mədəniyyətlərdə əkinçiliyin intensivləşməsinə şahid oldu. Dəmir dövründə və antik dövrdə, həm Respublika, həm də İmperatorluğun , qədim Aralıq dənizi və Qərbi Avropada genişlənməsi mövcud əkinçilik sistemləri üzərində, orta əsr əkinçiliyinin təməl qayasına çevrilmiş manorial sistem qurulmuşdur. Orta əsrlərdə həm İslam dünyasında, həm də Avropada əkinçilik təkmilləşdirilmiş texnika ilə dəyişdirildi,şəkər,düyü,pambıq və portağal kimi meyvə ağaclarının Əl-Əndəlus yolu ilə Avropaya gətirilməsi daxil olmaqla bitki bitkilərinin yayılmasına rəvac verdi. 1492-ci ildə Xristofor Kolumbun səyahətlərindən sonra Kolumbiya mübadiləsi ilə qarğıdalı, kartof, batat və maniok kimi Yeni dünya məhsulları Avropaya, buğda, arpa, düyü və şalğam kimi Köhnə dünya bitkiləri ilə yanaşı, atlar, mal-qara, qoyun və keçi daxil olmaqla heyvandarlığı Amerikaya gətirdi.
Suvarma, əkin dövriyyəsi və gübrələr Neolit inqilabından qısa müddət sonra tətbiq olundu və İngilis aqrar inqilabından başlayaraq son 200 ildə daha da inkişaf etdi. 1900-cü ildən bəri, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında, insan əməyinin mexanizasiya ilə əvəz olunduğu və sintetik gübrələrin, pestisidlərin və süni seçmənin tətbiqinin köməkliyi ilə məhsuldarlıqda böyük artımlar göründü. Haber-Boş prosesi sənaye miqyasında ammonium nitrat gübrəsinin sintezinə imkan verərək məhsuldarlığı xeyli artırdı. Müasir kənd təsərrüfatı, əhalinin çoxluğu, səth sularının çirklənməsi, bioyanacaq, GMO (Genetik Modifikasiya olunmuş Orqanizm), gömrük rüsumu və təsərrüfat subsidiyaları da daxil olmaqla sosial, siyasi və ətraf mühit problemlərini artırdı. Buna cavab olaraq organik əkinçilik XX əsrdə sintetik pestisidlərin istifadəsinə alternativ olaraq inkişaf etmişdir.
Neolit inqilab Bəşər tarixində istehsaledici, əkinçi-maldar təsərrüfatına keçidin başa çatması ilə nəticələnən bu dönüş mərhələsi "neolit inqilabı" adı altında məlumdur. İqtisadiyyatın yeni forması olan əkinçilik və heyvandarlıq bir tərəfdən, istehsaledici təsərrüfata yiyələnmiş qəbilələrin geri qalmış qəbilələrə təsiri, digər tərəfdən isə əkinçi qəbilələrinin özlərinin yeni ərazilərə köçməsi yolu ilə yayılırdı. Arxeologiyaya görə heyvanların əhliləşdirilməsi və bitkilərin əkilməsi müxtəlif dövrlərdə 7–8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın ən erkən mərkəzi, əhliləşdirməsi ən az 10 min il əvvəl başladığı Orta Şərqdir. Dünya Sisteminin mərkəzi bölgələrində ovçuluq, yığıcılıqla məşğul olan cəmiyyətlərinin əkinçilik cəmiyyətlərinə çevrilməsi və ya dəyişdirilməsi eramızdan əvvəl X–III minilliyə qədər uzanan bir dövrdür, əksər periferik bölgələrdə istehsal iqtisadiyyatına keçid çox sonra başa çatdı.
Əkinçiliyin meydana gəlməyi ilə bağlı bir-biri ilə rəqabət aparan bir neçə nəzəriyyə mövcuddur. Ən çox yayılmışları aşağıdakılardır: Qordon Vir Çayldın "vahələr" nəzəriyyəsi. İqtisadi dəyişikliyi buz dövrünün sonunda iqlim dəyişikliyi ilə əlaqələndirir. "Təpəli yamaclar" nəzəriyyəsi. Əhliləçdirmənin Türkiyədəki Tavr dağlarının və İranın Zaqros dağlarının təpəli yamaclarından başladığı düşünülür, hansı ki, burada iqlim quru deyildi və müxtəlif çöl heyvanları və bitkiləri qorunurdu. "Fiesta" nəzəriyyəsi yerli mədəniyyət daxilində güc və güc nümayişi olduğunu qəbul edir. Karl Ortvin Sauerin təklif etdiyi "demoqrafik nəzəriyyə" əhalinin artmasının bir nəticə deyil, əkinçiliyə keçid üçün bir səbəb olduğunu irəli sürür. İnsanlar və bitkilərin qarşılıqlı uyğunlaşması nəticəsində bitkilərin əhliləşdirilməsi "məqsədli təkamül" nəzəriyyəsi hesab edilir İqtisadi tərəqqini iqlim dəyişikliyi ilə əlaqələndirmək üçün başqa bir variantı kənd təsərrüfatının meydana çıxmasının uzun müddət davamlı və proqnozlaşdırıla bilən bir iqlim dövrü başlaması sayəsində mümkün olduğunu düşünməkdir. Dini inqilab hipotezi. İnsanları oturaq həyat tərzinə sövq edən səbəbin, ölmüş əcdadları ilə əlaqə saxlamağa ehtiyac duyduğu yeni bir dini fikir olması idi.
Sivilizasiyalar
Şumer thumb|left|e.ə.2500-cü il tarixinə aid Şumer silindr möhürü üzərində ev heyvanları Şumer cütçüləri, təqribən e.ə. VIII minillikdən bəri kəndlərdə yaşamağa başlamış,arpa və buğda dənli bitkiləri yetişdirdilər. Bölgənin az yağışlı olduğunu nəzərə alaraq, əkinçilikdə Dəclə və Fərat çaylarına bel bağlayırdılar. Çaylardan çəkilən suvarma kanalları, şəhərlərə dəstək olmaq üçün kifayət qədər böyük miqdarda dənli bitkilərin böyüməsinə imkan verirdi. İlk kotanlar, e.ə. III minillikdə Uruk piktoqraflarında görünür; Toxumu şumlanmış boruya atan toxum əkinləri eramızdan əvvəl 2300-cü ildə möhürlərdə görünür. E.ə. 2300-cü ilə aid möhürlərdə, əkinçilikdə kotandan istrifadə öz əksini tapmışdır. Tərəvəz bitkilərinə qoyunnoxudu,mərcimək,əkin noxudu,paxla, soğan,sarımsaq,kahı,kəvər daxil idi. Xurma,üzüm,alma,yemiş və əncir də daxil olmaqla meyvələr yetişdirirdilər. Əkinçiliklə yanaşı,şumerlər həm də balıq tuturdular, quş və ceyran ovlayırdılar. Qoyun, keçi, inək və quş ətinin ətini əsasən elit təbəqədən olan insanlar yeyirdi. Balıq qurudularaq, duzlanaraq saxlanılırdı.
Qədim Misir Qədim Misir mədəniyyəti Nil çayı və çaydakı mövsümi daşqınlar sayəsində inkişaf edirdi. Çay daşqınlarının proqnozlaşdırılması və münbit torpaq Misirlilərə böyük əkinçilik sərvəti əsasında bir imperiya qurmağa imkan verdi. Misirlilər,Paleolit dövrünün sonundan Neolitə qədər sülalələrdən əvvəlki dövrdə, təxminən eramızdan əvvəl X–IV minilliklər arasında, əkinçiliyi geniş miqyasda tətbiq edən ilk xalqlar arasında idi. Bu, suvarma sisteminin inkişafı ilə mümkün olmuşdur. Zəyrək və papirus kimi texniki bitkilərlə yanaşı, əsas qida bitkiləri buğda və arpa kimi dənli bitkilər əkilirdi.
Azərbaycan Mezolit dövründə dünyanın müxtəlif yerlərində yeni təsərrüfat formalarının axtarışı başlanır. Açıq sahələr əvəzinə insanlar daha çox meşədə ov etməyə başlayırlar. Heyvan sürüsündə tərkibin dəyişməsi, heyvanların sayının xeyli azalması, həm də ox və yayın icad edilməsi kollektiv ovdan meşələrdə fərdi ova keçmək üçün geniş imkanlar yaradır. Ox və yayın, həm də müxtəlif düzmədişli alətlərin meydana gəlməsi mikrolitik texnikanın güclü inkişafına təkan verir.
İqtisadiyyatın müstəqil sahəsi kimi formalaşan balıqçılığın dənizdə və ya quruda aparılan ov və akvafaunadan maksimum istifadə ilə intensivləşməsi uzlaşır. Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar yaradır. Mezolit dövründə bir çox yerlərdə, o cümlədən Azərbaycanda balıqçılıqda qayıqlardan istifadə olunmağa başlanır. Qobustan qaya rəsmlərindəki çoxlu qayıq şəkilləri bunu aydın göstərir. Mezolit dövrü insan kollektivlərinin miqrasiyası dövrüdür. Bu köçmə ilə əlaqədar mədəni yeniliklər tezliklə oykumenanın müxtəlif ərazilərinə yayılır.
thumb|300px|Çalağantəpə tapıntıları: 1, 2—dəvəközüdən (obsidian) alətlər; 3, 4—sümük qaşıqlar; 5, 10—sümük pardaqlayıcılar; 6, 7—sümük bizlər; 8—sümük alət; 9—muncuqlar; 11, 12— saxsı qablar; 13—daş toppuz başlığı. Azərbaycanın əlverişli təbii şəraiti istehsal təsərrüfatına yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan verirdi. Eneolit yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə əlaqədar materiallar əldə edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin döyülməsində istifadə edilən alətlər və həm də kömürləşmiş taxıl dənləri daxildir. Əkinçilik məhsulları saxlanılan xüsusi tikililər də aşkar edilmişdir. Çalağantəpədə kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və arpa tapılmışdır. Azərbaycan sakinləri yumşaq və bərk buğda, mədəni ikicərgəli və çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. Bununla belə düzən ərazisində oturaq həyat tərzi başlanan dövrdən oranın əhalisi su arxları çəkmək və tarlaları suvarmaq üsuluna bələd idilər. Qədim əkinçilərinyerqazma, şumlama aləti toxa olmuşdur. Toxalar maral buynuzundan, iribuynuzlu heyvanların qıç və kürək sümüyündən düzəldilirdi. Şərqi Zaqafqaziyanın, xüsusən Gəncə-Qazax düzənliyinin erkən əkinçilik məskənlərindən çoxlu miqdarda toxanın tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. O vaxt xış hələ məlum deyildi. Ön Asiya ölkələrində, o cümlədən Mesopotamiyada da eramızdan əvvəl IV minilliyə qədər xışdan istifadə olunmurdu. Öyrəndiyimiz dövrün biçin alətləri yaxşı məlumdur. Onlar başlıca olaraq yığma oraqlardan ibarət idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qatran vasitəsilə bərkidilirdi. Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır. Məlum olan ən qədim biçin alətləri içərisində Muğanda Əliköməktəpə yaşayış yerində öküzün kürək sümüyündən düzəldilmiş oraqlar da vardır. Onların mişarvari düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir.
Eneolit dövrü yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə bağlı olan xeyli daş həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar.
Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da böyük rolu olmuşdur. Yaşayış yerlərində bəzən topa şəklində çoxlu heyvan sümüklərinə təsadüf edilmişdir. Əliköməktəpə yaşayış yerində bir sümük topasında öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli başqa sümükləri var idi.