thumb|Electronic Arts loqosu right|thumb|220x220px|Redvud-Siti, Kaliforniyada yerləşən Electronic Arts baş qərargahı Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır.

Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.

2015-ci ilin fevral ayından etibarən Electronic Arts tərəfindən alınan ən böyük şirkət, 775 milyon ABŞ dolları dəyərində BioWare və Pandemic Studios videooyun istehsalçılarının keçmiş sahibi olan VG Holding olmuşdur. EA tərəfindən alınan 39 şirkətdən 20-si ABŞ-də, 5-i İngiltərədə, 6-sı Mərkəzi Avropada və 8-i isə digər ölkələrdə qurulmuşdur. Bununla yanaşı, alınan şirkətlərin əksəriyyətinin studiyaları artıq sıradan çıxmışdır. Ümumilikdə ABŞ-də 2, digər ölkələrdə isə qurulan 3 şirkət fəaliyyətini dayandırmışdır. 2004-cü ildə Electronic Arts, Fransa mərkəzli Ubisoft şirkətinin səhmlərinin 19,9%-ni alsa da, 2010-cu ildə satmaq məcburiyyətində qalmışdır.

Siyahıda göstərilən bütün alışlar, qarşısında qeyd edilmədiyi təqdirdə, şirkətin bütün qolları üzrə nəzərdə tutulmuşdur. Siyahıda yer alan tarixlər, Electronic Arts və həmin şirkət arasında müqavilənin imzalanma tarixini əks etdirir. Electronic Arts şirkəti ABŞ mərkəzli olduğu üçün bütün alışların qiyməti ABŞ dolları ilə göstərilmişdir. Qiyməti göstərilməyən alışlar isə Electronic Arts tərəfindən açıqlanmamışdır. Şirkət 1992-ci ildən bəri ən böyük 10 alışı üçün təxminən 2.9 milyard ABŞ dolları xərcləmişdir.

__TOC__

Leqenda +Ümumi†Fəaliyyətini dayandırmış*EA tərəfindən səhmləri satılmış

Şirkətlər TarixŞirkətSahəÖlkəQiymət (USD)Alındıqdan sonra adıİstinadlarBatteries Included†Kompüter avadanlığı istehsalçısı Kanada——1 iyul 1991Distinctive Software Inc.Videooyun istehsalçısı Kanada—EA Vancouver10 sentyabr 1992Origin Systems†Videooyun istehsalçısı ABŞ35 000 000$—14 noyabr 1994DROsoftProqram təminatı istehsalçısı İspaniya——6 yanvar 1995Bullfrog Productions†Videooyun istehsalçısı Birləşmiş Krallıq——8 mart 1995Kingsoft GmbH†Proqram təminatı istehsalçısı Almaniya——29 yanvar 1996Manley & AssociatesVideooyun istehsalçısı ABŞ—EA Seattle4 iyun 1997Maxis†Videooyun istehsalçısı və yayımçısı ABŞ125 000 000$MaxisMaxisin Emervill studiyası bağlansa da, digər studiyaları EA-nın digər mövcud studiyaları ilə birləşdirilmişdir.2 aprel 1998Tiburon EntertainmentVideooyun istehsalçısı ABŞ—EA Tiburon8 aprel 1998Vision SoftwareProqram təminatı istehsalçısı CAR—Vision Software28 iyul 1998ABC SoftwareProqram təminatı istehsalçısı Çili—ABC Software17 avqust 1998Westwood Studios; Virgin Interactive†Videooyun istehsalçısı ABŞ122 500 000$EA Pacific†Şirkətdə qalmaq istəyən işçilər EA Los Angelesə köçdülər.8 sentyabr 1999PlayNationÇoxnəfərli oyun istehsalçısı ABŞ—PlayNation22 noyabr 1999Kesmai†Videooyun istehsalçısı və yayımçısı ABŞ—Kesmai24 fevral 2000DreamWorks InteractiveVideooyun istehsalçısı ABŞ—Danger Close Games†28 fevral 2000Pogo.comOyun saytı ABŞ—Pogo.com11 iyun 2002Black Box Games†Videooyun istehsalçısı Kanada—Quicklime Games†16 oktyabr 2003Studio 33Videooyun istehsalçısı Birləşmiş Krallıq—EA Northwest13 fevral 2004NuFXVideooyun istehsalçısı ABŞ—EA Chicago†28 iyul 2004Criterion SoftwareVideooyun istehsalçısı Birləşmiş Krallıq—Criterion Software27 iyul 2005HypnotixVideooyun istehsalçısı ABŞ——8 dekabr 2005JAMDAT MobileMobil oyun istehsalçısı ABŞ680 000 000$EA Mobile20 iyul 2006Mythic EntertainmentVideooyun istehsalçısı ABŞ—EA Mythic†23 avqust 2006Phenomic Game DevelopmentVideooyun istehsalçısı Almaniya—EA Phenomic†2 oktyabr 2006Digital Illusions CE (DICE)Videooyun istehsalçısı İsveç—EA DICE30 noyabr 2006Headgate StudiosVideooyun istehsalçısı ABŞ—EA Salt Lake†12 fevral 2007SingShot MediaSosial şəbəkə ABŞ—Sims on Stage5 oktyabr 2007Super Computer InternationalKompüter avadanlığı istehsalçısı ABŞ——11 oktyabr 2007VG Holding Corp.Holdinq ABŞ775 000 000$BioWarePandemic Studios†21 may 2008Hands-On MobileMobil oyun istehsalçısı Cənubi Koreya—EA Mobile Korea3 iyun 2008ThreeSFSosial şəbəkə ABŞ——2 dekabr 2008J2MSoftVideooyun istehsalçısı və yayımçısı Cənubi Koreya——2010J2PlaySosial şəbəkə Kanada——9 noyabr 2009Playfish†Mobil oyun istehsalçısı Birləşmiş Krallıq400 000 000$—20 oktyabr 2010ChillingoMobil oyun istehsalçısı Birləşmiş Krallıq200 000 000$—3 may 2011Mobile Post ProductionMobil oyun istehsalçısı və yayımçısı ABŞ——4 may 2011FiremintMobil oyun istehsalçısı və yayımçısı Avstraliya——12 iyul 2011PopCap GamesMobil oyun istehsalçısı və yayımçısı ABŞ750 000 000$650 milyon dollar nağd pul və 100 milyon dollarlıq EA səhmlərinin PopCap Games-in müəyyən səhmdarlarına verilməsi daxildir. Dekabr 2013-cü il tarixinədək faiz və vergilər mərhələlərindən əvvəlki qazanclar əsasında əldə edilən əlavə nağd pul daxil deyil.San-Fransisko və SietlDublin və Vankuver†1 iyun 2012ESNVideooyun istehsalçısı İsveç——1 dekabr 2017Respawn EntertainmentVideooyun istehsalçısı ABŞ455 000 000$151 milyon dollar nağd və 164 milyon dollarlıq səhm daxildir.—1 may 2018GameFlyOyun striminqi ABŞ—9 iyul 2018Industrial ToysMobil oyun istehsalçısı ABŞ—

Səhmlər TarixŞirkətSahəÖlkəQiymətİstinadlar25 yanvar 1995Visual Concepts EntertainmentEA tərəfindən kiçik bir hissəsi alınmış, daha sonra Take 2 Interactive şirkətinə satılmışdır.Videooyun istehsalçısı ABŞ—9 may 1995NovaLogic†EA tərəfindən kiçik bir hissəsi alınmış, daha sonra 2016-cı ildə THQ Nordic şirkətinə satılmışdır.Videooyun istehsalçısı və yayımçısı ABŞ—11 mart 1997Accolade†EA tərəfindən kiçik bir hissəsi alınmış, daha sonra Infogrames şirkətinə satılmışdır.Videooyun istehsalçısı və yayımçısı ABŞ—3 aprel 1997Mpath Interactive†EA tərəfindən kiçik bir hissəsi alınmışdır. 18 iyun 2001-ci ildə GameSpy tərəfindən satın alınaraq və MPlayer.com GameSpy Arcade ilə birləşdirilmişdir.Videooyun istehsalçısı və yayımçısı ABŞ—4 avqust 1998Kodiak Interactive Software Studios, Inc.†EA tərəfindən kiçik bir hissəsi alınmış, lakin bir müddət sorna Acclaim Entertainment şirkəti ilə birləşdirilmişdir.Videooyun istehsalçısı ABŞ—24 dekabr 2004Ubisoft*EA səhmlərin 19.9%-ni 68.9 milyon avroya almış, lakin daha sonra 122 milyon dollar (94 milyon avroya) satmışdır.Video game developer and publisher Fransa68.9 milyon avro

Qeydlər

İstinadlar

Xarici keçidlər Electronic Arts rəsmi veb-sayt

Kateqoriya:Electronic Arts