Misirdə iyul inqilabı (, həmçinin 1952-ci il çevrilişi ( kimi də tanınır) — 23 iyul 1952-ci ildə Məhəmməd Nəcib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi.

Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu). İnqilabçı hökumət əsasən ərəb millətçiliyi və beynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu.

İnqilabın ilk müvəffəqiyyətləri, Avropa imperiyalarına qarşı müstəmləkəçi üsyanların olduğu Əlcəzair kimi digər ərəb və Afrika ölkələrindəki çoxsaylı digər millətçi hərəkatları təşviq etdi. Həm də bölgədəki və qitədəki mövcud qərbyönümlü monarxiyaların və hökumətlərin devrilməsinə ilham verdi.

İnqilab hər il iyulun 23-də Misirdə bayram günü kimi anılır.

İnqilabdan əvvəl Tarixi 1882-ci ildə İngilis-Misir müharibəsi zamanı ingilis hərbi qüvvələri Misirə müdaxilə etdi. 1888-ci ildə Konstantinopol Konvensiyasında İngiltərə Süveyş kanalını hərbi güclə qorumaq hüququnu qazandı. Bu konvensiya İngiltərəyə Misiri tabe etmək üçün bir baza rolu oynadı. Misir hələ bir Osmanlı vassalı olsa da, tədricən İngiltərə protektoratına çevrildi. Birinci Dünya müharibəsindən sonra İngiltərə Məhəmməd Əlinin sülaləsindən etibar etdiyi namizədi taxta oturtdu və Misiri öz Protektoratı elan etdi. İkinci Dünya müharibəsi zamanı Misir Şimali Afrika kampaniyası zamanı müttəfiqlərin əsas hərbi bazası idi. Müharibədən sonra İngiltərə siyasəti imperiya ticarəti üçün həyati əhəmiyyət daşıyan Süveyş kanalının nəzarətinə yönəlməyə davam etdi.

Lakin, İkinci Dünya müharibəsi zamanı silahlı qüvvələrin içərisində olan Misir millətçiləri nüfuz qazanmağa başladı. 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyət ingilislərin dəstəklədiyi Kral Farukun nüfuzunu aşağı saldı. Millətçilər bu məğlubiyyətin səbəbkarı kimi onu görürdülər. Məhz bu müharibədə məğlubiyyətdən sonra millətçilər Misir xalqı arasında nüfuz qazanmağa başladılar.

Azad Zabitlər Hərəkatı (ya da bəzən Gənc Zabitlər Hərəkatı olaraq da adlandırılır) Sovet İttifaqı və ABŞ-nin dəstəklədiyi bir qrup islahat düşüncəli zabit tərəfindən quruldu. 1940-cı illər ərzində başlayan və genişlənən hərəkət Camal Əbdül Nasirin rəhbərliyə keçməsi ilə nəticələndi.Gelvin, James L. The Modern Middle East: A History. New York: Oxford University Press, 2008. Hərəkatın daha da genişlənməsi üçün orduda böyük nüfuzu olan general Məhəmməd Naqib onun rəhbəri təyin olundu.

İnqilabın səbəbləri 200px|thumb|left|Misir polisi Qahirədə İngiltərə əleyhinə nümayişlər zamanı ingilis bankının girişini bağlayan qadınları həbs etməyə çalışır. Misirdə inqilabın baş verməsi səbəbləri müxtəlif idi. 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyət isə sadəcə olaraq onu sürətləndirmişdi. İnqlabın əsas baş vermə səbəbləri aşağıdakılar idi: Əhalinin həddən artıq yoxsulluğu; Kral hökumətinin kəskin İngiltərə yönümlü siyasəti; Ordu, polis və digər hüquq-mühafizə orqanlarında korrupsiya; 1948-1949-cu illərdə İsrailə qarşı müharibədə məğlubiyyət. İnqlabı sürətləndirən 1952-ci ilin yanvar və fevral aylarında Qahirədə ingilislər əleyhinə olan bir sıra kütləvi nümayişlər oldu. Bu çıxışlar Misir polisi və mülki şəxslər arasında ölənlər və yaralananların olması ilə sona çatdı. 1952-ci il yanvarın 26-sı (Qara Şənbə), bir çox misirlinin yadaşında "ikinci inqilab" (ilk 1919 Misir inqilabı) kimi qaldı.Hilton Proctor Goss and Charles Marion Thomas. American Foreign Policy in Growth and Action, 3rd ed. Documentary Research Division, Research Studies Institute, Air University, 1959. p. 273. Məhz bu hadisələrdən sonra ordu nəhayət müxalifətin nəzarətinə keçdi. Ölkədə vəziyyəti yenidən nəzarət altına almaq ümidi ilə üç dəfə kral yeni baş nazirlər təyin etdi. Əli Maher (27 yanvar - 1 mart), Əhməd Naqib El-Hilali (2 mart - 29 iyun və 22-23 iyul)Goldschmidt, Arthur Jr. (2000). Biographical dictionary of modern Egypt. Lynne Rienner Publishers, və Hüseyn Sirri (2-20 iyul) növbə ilə hökumət qurmağa cəhd etdilər. Lakin onların səyləri uğursuz oldu.

Əvvəlcə Azad Zabitlər təşkilatının icra komitəsinin sədri polkovnik-leytenant Camal Əbdül Nasir rəhbərlik etdiyi radikal hərbçilərlə çevriliş etməyi avqustun 5-nə planlaşdırırdı. Lakin sui-qəsd qrupunun tərkibi hökumətə sadiq təhlükəsizlik xidməti tərəfindən deşifrə olduqdan sonra Nasir həbslərdən qorxaraq bu tarixi iyulun 23-nə çəkməyi qərara aldı.

İnqilabi hadisələrin xronikası 1952-ci ildə kapitan Əhməd Həmruş ilk Ərəb-İsrail müharibəsində Misirin məğlubiyyəti ətrafında ehtirasların hələ də səngimədiyi Misir qoşunları arasında təbliğatla məşğul olduğu İskəndəriyyədə xidmət edirdi. Həmruş Nasir, Xalid Mohi əd-Din, Salah Salem, Hamdi Ubeid, Əhməd Fuad və Əbdül Rəhman Annan ilə birlikdə broşuralar yazaraq payladığı Azad Zabitlər təşkilatına qatılan ilk şəxslərdən biri idi.Хамруш А. Революция 23 июля 1952 года в Египте/М.1984 — С.8.. 21 iyul 1952-ci il tarixində "Azad Zabitlər" hərəkatının üsyanı ərəfəsində Naserin qardaşları Şavki və Ezz əl-Ərab Əbdül Nasirlər Həmruşun yanına gəldilər və onun İsgəndəriyyə qarnizonunun nümayəndəsi olaraq təcili olaraq təlimat üçün Nasirlə Qahirəyə çağrıldığını bildirdilər. 22 iyul axşamı təqribən 17.30 radələrində Nasir Kamal əl-Din Hüseyn və daha iki zabitin müşayiəti ilə qara "Ostində" küçədə gözləyən Həmruşa yaxınlaşdı. O gecə ordunun çevriliş edəcəyini və Kral Faruka qarşı tələblər irəli sürəcəklərini açıqladı. Həmruş üçün bu xəbər tamamilə sürpriz oldu, xüsusən də HADETU arasında hərbi çevriliş fikri yox, xalq inqilabı nəzəriyyəsi daha populyar idi. 250px|thumb|right|Çevrilişdən sonra Azad Zabitlər, 1953. Saat əqrəbinin tərs istiqaqmətində: Zəkəriyə Moheddin, Əbdül Lətif Bağdadi, Kamal Əl-Din Hüseyn (ayaq üstə),Camal Əbdül Nasir (oturan), Əbdül Hakim Amer, Məhəmməd Naqib, Yusuf Sedek və Ahmad Şavki Nasir Kral Faruk və hökumətin tətildə olduğu ölkənin “yay paytaxtı”nda "Azad Zabitlər"ə sadiq ordu birləşmələrinin səfərbər olunmasına başlamaq, qoşun yerlərini dəyişdirmədən əraziyə nəzarəti təmin etmək və İsgəndəriyyə ilə Qahirə qarnizonları arasında qarşıdurmaların qarşısını almaq vəzifəsini qoydu. Bununla belə, kapitan Əhməd Həmruş qarnizonuna dönmədən əvvəl kommunist Əhməd Fuada, İnqilab Komandanlığı Şurasının gələcək üzvləri mayor Xalid Mohi ed-Dinə və polkovnik-leytenant Yusef Seddikə, habelə HADETU Baş katibi Seyid Süleyman Rifaiyə (Badrai) yaxınlaşan hərbi çevriliş barədə məlumat verdi. Marksistlərin çevrilişi dəstəkləməsinə qərar verildi. Artıq gecə yarısı Həmruş İsgəndəriyyəyə gəldi və dərhal 2-ci işıq alayına getdi, sonra bölgə qərargahından bölük komandirlərinə yerlərinə gəlmələri üçün işarə verdi.

İskəndəriyyədə, Qahirədən fərqli olaraq, həbslərə əl atmadılar, ancaq səhərə qədər vəziyyət qeyri-müəyyən qaldı, çünki krala sadiq zabitlər, birliklərində sərbəst olaraq nə edəcəklərini bilmirdilər.

22 iyul 1952-ci ildə Misir İnqilabının qəti qərarı verilən mayor Xalid Mohi ed-Dinin mənzilində son görüş keçirildi. İnqilab Komandanlığı Şurasının üzvü mayor Xalid Mohi ed-Din, ordu kazarmalarının yerləşdiyi strateji Abbasiya - Heliopolis bölgəsinin ələ keçirilməsindən məsul idi.Агарышев А. А. Гамаль Абдель Насер / М. 1975 — C.64..

Zirehli bölmələrə daxil olan Ordunun Süvari Qrupunda xidmət edən mayor Xalid Mohi ed-Dindən əlavə, əl-Maza hava limanı bölgəsindəki və Abbasiya bölgəsindəki zirehli birləşmələrin hərəkətlərinə polkovnik-leytenantlar Hüseyn Şafei və Sarvat Okraşa cavabdeh idilər. Xalid Mohi ed-Dinin zirehli taburu, "Roksi kinoteatrının yaxınlığında Heliopolisin girişində mövqe tutmalı idi. Alexander, 2005, p. 41.

1952-ci il iyulun 22-dən 23-nə keçən gecə qoşunlar Qahirəyə daxil olaraq bütün dövlət idarələrini tutdular. Səhər 6:00-da Azad Zabitlərə daxil Hava Qüvvələri bölmələri Qahirə səmasında dövrə vurmağa başladı.Alexander, p. 42. Artıq iyulun 23-də səhər saat 7:30-da, general-mayor Məhəmməd Naqibin "korrupsiyalaşmış" hökumətin devrildiyini bildirən səs yazısı səsləndi. Nasir və Mohi ed-Din birlikdə xalqa ilk müraciətin mətnini düzəltdilər. Müraciəti polkovnik-leytenant Ənvər Sadat oxudu.Ibrahim, Sammar. 'Profile: Anwar Al-Sadat' , Egypt State Information Service, Retrieved on 2008-07-20.

Çevriliş yüzdən az zabit tərəfindən həyata keçirildi - demək olar ki, hamısı kiçik rütbəlilər idi. Çevrilişçilərə isə Misir İnqilab Komandanlığı Şurası rəhbərlik edirdi (Camal Əbdül Nasir, Əbdül Hakim Amer, Ənvər Sadat da daxil olmaqla 9 zabit, polkovnik-leytenant və mayorlar). Çevrilişdən dərhal sonra xalq küçələrə axışdı. Böyük izdiham yaşandı.Egypt on the Brink by Tarek Osman, Yale University Press, 2010, p. 40

23 iyul axşamı - Cənubi Hərbi Dairənin komandiri və Azad Zabitlər təşkilatının üzvü, 51 yaşlı general Məhəmməd Naqib, Kraldan Ordu Baş Komandanı vəzifəsini aldı. Kral Fərux hələ də ABŞ-nin hərbi köməyinə ümid edirdi, lakin tezliklə tutuldu, taxtdan əl çəkməyə məcbur edildi və ölkədən qovuldu. Kral taxtı körpə oğluna keçdi. 26 iyul 1952-ci il tarixində general Məhəmməd Naqibin rəhbərlik etdiyi Azad Zabitlər, İskəndəriyyədə sürgündə olan Kral Fəruxu yolasalma mərasimində iştirak etdilər. Mohi ed-Din, xatırlayırdı ki, kral inqilabın liderlərini onun özünün dəyişiklikləri həyata keçirmək niyyətində olduğuna inandırmağa çalışırdı.Aburish, Said K. Nasser, the Last Arab /2004, St. Martin’s Press,New York City, ISBN 978-0-312-28683-5 — p.52..

İnqilabçı Misir zabitlərinin sonrakı hərəkətləri 250px|thumb|left|Azad Zabitlərin üzvləri 1953-cü ilin yanvarında Qahirədə izdiham tərəfindən qarşılanması. Avtomobildə olanlar, soldan sağa: Yusif Seddik, Salah Salem, Camal Əbdül Nasir və Əbdül Latif Bağdadi

12 avqust 1952-ci il tarixində - İnsanlar arasında təcili islahatlar gözləntiləri, Kafr-Davarda fəhlələrin çıxışına səbəb oldu və nəticədə yeni hakimiyyət çıxışları amansızcasına yatıraraq, hətta iki ölüm hökmü də çıxardı. 15 avqust 1952-ci il tarixində - Misir İnqilab Komandanlığı Şurasına Quru qoşunları general-mayoru Məhəmməd Naqib rəhbər seçildi. Camal Əbdül Nasir onun müavini təyin edildi.

“Azad Zabitlər” iqtidara gəldikdən sonra, MİKŞ-nın ilk iclaslarından birində, siyasi və iqtisadi islahatlar planlarını hazırlamaq üçün mütəxəssislərin cəlb edilməsi təklifi verildi. Nasser fikri dəstəklədi və mütəxəssis siyahısının hazırlanmasını Marksist baxışlara sadiq qalan iqtisadçı Əhməd Fuada tapşırdı.Агарышев А. А. Гамаль Абдель Насер / М. 1975 — C.89. Marksistlər Rəşid əl-Barravi və Əbdül Razik əs-Sannur da aqrar layihə daxil olmaqla islahat layihələrinin hazırlanmasına cəlb edildilər.

7 sentyabr 1952-ci ildə general Məhəmməd Naqib yeni bir hökumət qurdu, bu da artıq dövlət hakimiyyətinin iyulun 23-də devrilən kral tərəfindən təyin olunmuş Baş nazir Əli Mahirdən Azad Zabitlərin əlinə keçməsini nəzərdə tutdu. 9 sentyabr 1952-ci ildə Aqrar İslahat Qanunu qəbul edildi. Latifundiyalar 126 hektarla məhdudlaşdırıldı. Torpağın qalan hissəsi müsadirə edildi. Torpaqsız və az torpaqlı kəndlilər arasında paylandı. Kral evinin torpaqları kompensasiya edilmədən müsadirə edildi. Həmçinin torpaq kirayəsi də məhdudlaşdırıldı. Misir 1952-ci il iyul inqilabından sonra Sudan xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıdı.

1953-cü il