"Könül dağı" serialı — 17 oktyabr 2020-ci ildən TRT 1 kanalında yayımlanan ailə, sevgi, komediya və dram janrında olan Türkiyə komediya serialıdır. Serial yazıçı Mustafa Çiftçinin yayımlanmamış hekayələrinin motivləri əsasında çəkilmişdir. "Köprü Film" kinoşirkətinin çəkdiyi serialın prodüserliyini Ferhat Eşsiz edir. Rejissor kürsüsündə daha əvvəl tamaşaçı kütləsinə çatan "Yaşıl dəniz" serialının rejissoru olan Yahya Samancı yer alır. Serialda baş rolları Berk Atan, Ecem Özkaya, Ferdi Sancar, Cihat Süvarioğlu və Semih Ertürk canlandırır.

Çəkilmə prosesi Serial Əskişəhərin Sivrihisar bölgəsində çəkilir. Serialdakı bütün hadisələrin cərəyan etdiyi və baş rolun yaşadığı Gedelli kəndi Niğdə ilinin Uluqışla ilçəsində yerləşir.

Məzmun Taner, Ramazan və Veysəl 3 əmioğlulardır. Onlar Gedelli qəsəbəsində yaşayırlar. Gedelli qəsəbəsində bir dağ var. Oraya "Könül dağı" deyirlər. Burada kim sevgi acısı çəkirsə həmin dağdan daş-qaya yuvarlanır və düşür.

Tanerin atası tez vəfat edib. Ramazan və Veysəlin ataları isə bir-birləri ilə bilmədikləri, unutduqları bir mövzuya görə küssələr də, eltilər gizli şəkildə bir-birləri ilə danışırlar. Əmioğlular təyyarə istehsal etmək qərarına gəlirlər. Elə bu zaman Taner təyyarə mühəndislərini çağırır. Lakin, təyyarə mühəndisləri yolda qalır. Onlar isə ilk gördükləri geologiya mühəndislərini təyyarə mühəndisi zənn edib qəsəbəyə gətirirlər. Lakin, sonra mühəndislərin həmin mühəndis olmadıqları üzə çıxır. Taner isə bu zaman uşaq vaxtlarından sevdiyi Diləyi geologiya mühəndisi olaraq tapır. Neçə ildən sonra baş verən bu hadisə ilə də başqa hadisələr cərəyan edir. Serial haqqında Serial 17 oktyabr 2020-ci ildə TRT 1-də yayınlanmışdır. Mustafa Çiftçinin işıq üzü görməmiş hekayələrinin motivləri əsasında çəkilmişdir. 27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ müharibəsində baş rolları oynayan Berk Atan və Gülsim Ali Azərbaycan Ordusuna dəstək vermişdilər.

Film heyəti Rejissor: Yahya Samancı Əsərin müəllifi: Mustafa Çiftçi Ssenari müəllifi: Ali Asaf Elmas, Mustafa Becit Prodüser:Ferhat Eşsiz Berk Atan — Taner Gülsim Ali — Dilek Ecem Özkaya — Zahidə Ferdi Sancar — Dolmuşçu Sefer Ali Düşenkalkar — Toyçu Muammər Erdal Cindoruk — Yasçı Hüseyn Gülhan Tekin - Günşıl Feyza Işık — Döndü Ege Aydan - Münir Korkmaz Eser Eyüboğlu - Selami Fersoy Cihat Süvarioğlu — Ramazan Semih Ertürk — Veysel Nazlı Pınar Kaya - Cəmilə Şebnem Dilligil - Həlimə Yavuz Sepetçi - Abdullah Nuri Gökaşan - Dişçi Musa Hüseyin Sevimli - Rüfət Turan Çiğdem Aygün — Keriman Yavru

İstinadlar

Xarici keçidlər TRT 1-də "Könül dağı" IMDB-də "Könül dağı"

Kateqoriya:Əlifba sırasına görə filmlər Kateqoriya:Əlifba sırasına görə teleseriallar Kateqoriya:Film qaralamaları Kateqoriya:2020-ci ildə başlayan Türkiyə teleserialları