Aqustin Pio Barrios Manqore (; ) ― Paraqvay klassik gitaraçı və bəstəkarı.

Barrios Avropa məkanında məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır. Mütəxəssislər onu Andres Seqoviy və Nikkolo Paqanini ilə müqayisə edirlər. 1913―1929-cu illərdə o bir sıra ifa yazıları etmişdir. Barriosun irsi gitara üçün üç yüzdən çox əsəri təşkil edir, onların bir çoxu indiyə qədər nəşr edilməmişdir. Müasir gitaraçıların repertuarlarına onun «kafedral məbəd» süitası(), valsları, prelyudiları, variasiyaları və digər əsərləri daxildir.

İstinadlar

Xarici keçidlər Barriosun Classical Connect saytında əsərləri Classical Connect saytında ödənişsiz klassik musiqi kitabxanası Barriosun tərcümeyi-halı və əsərlərinin notları Barrios adına müsabiqənin saytı Barrios musiqisinin paraqvay axivi

Kateqoriya:Paraqvay bəstəkarları Kateqoriya:Paraqvay gitaraçıları Kateqoriya:Romantik bəstəkarlar