Egey dənizi zəlzələsi — 30 oktyabr 2020-ci ildə Türkiyə vaxtı ilə saat 14:51-də, Yunanıstanın Samos adası və Türkiyənin İzmir vilayətinin Səfərihisar ilçəsindən 23 km məsafədə yerləşən Quşadası körfəzində 16,5 km dərinlikdə, 6.6 Mw böyüklüyündə meydana gələn zəlzələ.
Kandilli rəsədxanası zəlzələnin 6.9 Mw, AFAD 6.6 Mw, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları Qurumu isə 7.0 Mw şiddətində olduğunu bildirmişdir.
Zəlzələ Əvvəllər bölgədə 2017-ci ildə 6.6, 2014-cü ildə 6.9 bal gücündə zəlzələlər olmuşdur.
Afterşoklar Zəlzələdən sonra bölgədə ən böyüyü 5.2 Mw şiddətində olan 157 yeraltı təkan qeydə alınmışdır.
Təsirlər Mərmərə regionunun böyük bir hissəsində, xüsusilə Egey regionunun bütün şəhərlərində hiss olunan zəlzələdən sonra sunami meydana gəldi. AFAD tərəfilən verilən məlumatlara əsasən, 6 nəfər həyatını itirmiş, 257 nəfər yaralanmışdır. İzmirin Bayraqlı və Bornova ilçələrində 20-dən çox bina dağılmışdır. Yunanıstanda isə 2 nəfər həyatını itirmiş, 10 nəfər yaralanmışdır. Həmçinin Samos adasında yer alan Bakirə Məryəm kilsəsi də zərər görmüşdür.
Yardım əməliyyatları Zəlzələdən dərhal sonra Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca hadisə yerinə təxminən 40 təcili yardım avtomobili, 35 xilasetmə qrupu və iki təcili yardım vertolyotunun, Müdafiə Nazirliyindən isə bir təyyarənin ayrıldığı bildirilmişdir. Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən isə zəlzələdən zərər çəkənlərə ərzaq təmin etmək üçün altı şəhərdən komandalar göndərildi. İzmirdə gecəyə qədər 13 binada davam edən axtarış və xilasetmə işlərinə 1200-dən çox işçi cəlb edildi. Türk səlahiyyətlilər, gecə ərzində 70 nəfərin xilas edildiyini bildirmişdir. Bununla yanaşı, yerli rəhbərliyin bir gecədə təxminən 2000 insanın yerləşə biləcəyi çadırların qurulduğunu da açıqlamışdır.
Reaksiyalar
Ölkələr — ABŞ səfirliyi zəlzələdə həyatını itirənlərlə bağlı təəssüf hissi keçirdiklərini bildirdi. — Almaniyanın Ankaradakı səfirliyi Twitter hesabından: "İzmirdəki zəlzələdən sonra düşüncələrimiz qurbanların və yaxınlarının yanındadır. Keçmiş olsun, İzmir!" mesajını yayımladı. — Albaniya səfiri Kastriot Robo, "Bu çətin anlarda dostlarımızın yanındayıq." deyə bildirdi. — Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun, "İnsanları xilas etmək üçün gərgin şəkildə işləyən təcili yardım qrupuna ən yaxşı istəklərimizi çatdırırıq." deyə bildirdi. — Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq zəlzələ ilə əlaqədar üzüntü hissi keçirdiyini vurğulayıb. O, həmçinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduqlarını da bildirmişdir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı mesajını bildirdi. — Birləşmiş Krallıq səfiri Dominik Kilkot "İngiltərə, hər zaman olduğu kimi, Türkiyənin yanındadır." deyə başsağlığı mesajını bildirmişdir. — Fransa Daxili İşlər Naziri Gerald Darmanin, Egey dənizindəki zəlzələ səbəbiylə Türkiyə və Yunanıstanda təcili yardıma ehtiyac təqdirdə daim hazır olduqlarını bildirdi. — İsrail Müdafiə naziri Benni Qantz, zəlzələ bölgəsinə axtarış xilasetmə qrupu göndərməyə və sahə xəstəxanası qurmağa hazır olduqlarını bildirdi. — Qatar səfirliyi: "Türkiyənin İzmir vilayətindəki zəlzələ səbəbilə Türk hökuməti və qardaş türk xalqına başsağlığımızı bildirir, tez bir zamanda yaxşılaşmalarını ümid edirik." deyə açıqlama etmişdir. — Pakistan Xarici İşlər Nazirliyi: "Xalqımız hər zaman türk qardaşlarımızın yanındadır. Həmrəyik. Dualarımız sizinlədir." deyə bildirmişdir. — Özbəkistan Prezidenti Şavkat Mirziyayev zəlzələdə həyatını itirənlər üçün başsağlığı mesajını çatdırdı. — Ukrayna səfiri Andri Sybiha həyatını itirənlərə başsağlığını bildirmiş və yaralananların tezliklə yaxşılaşmasını arzu etmişdir. — Yunanistan Xarici İşlər Naziri Nikos Dendias, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı mesajını çatdırmışdır. — Yaponiya baş naziri Yoşihide Suqa Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı çatdırmışdır. Suqa mesajında Türkiyə və Yaponiyanın keçmiş zəlzələrdə həmişə bir-birilərini dəstəklədiklərini və Yaponiya xalqının daim Türkiyənin yanında olduğunu bildirmişdir.
Beynəlxalq təşkilatlar — Avropa Birliyi Şurası başçısı Karls Maykl "Egey dənizi sahillərində, Yunanıstan və Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar bütün irəliləyişləri yaxından izləyirik." deyə bildirdi. Avropa Birliyi Türkiyə nümayəndə heyəti lideri və səfir Nikolaus Meyer-Landrut zəlzələdə həyatını itirənlərlə bağlı dərin kədər hissi keçirdiyini bildirmiş, "Avropa Birliyi, zəlzələ qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edirəm. Avropa Birliyi Türkiyənin yanındadır." deyə ifadələr istifadə etmişdir. — NATO baş katibi Yens Stoltenberq, Türkiyə və Yunanıstana yardım üçün hazır olduqlarını bildirdi. 23px Türk Şurası — Türk Şurasının baş katibi Bağdad Amreyev, Türk Şurasının Türk xalqının yanında olduğunu ifadə edərək başsağlığı mesajı verdi.
İstinadlar
Kateqoriya:Türkiyədə zəlzələlər Kateqoriya:Yunanıstanda zəlzələlər