— yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır.
İnancları Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir.
Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür".
Tarixi 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub. p. 343 O zaman, qurumun ilk məclisində onun adı Soka Kyoiku Qakkai (, "Dəyər yaranma təhsil cəmiyyəti") idi.Levi McLaughlin, Handbook of Contemporary Japanese Religions, Brill Handbooks on Contemporary Religion, , page 282 Vaxt getdikcə, sırf təhsilnən bağlı olmayan, qurumun dini cəhətləri ilə maraqlanan insanlar da onun üzvü olub. 1940-cı ildə hərəkətin artıq 300 ibadətçisi var idi.
II Dünya Müharibə zamanı Yaponiyanın hərbi hökumətinə və onun dindən və təhsildən Asiyanı zəbt etmək məqsədi ilə işlətdiyinə müxalif çıxan Soka Kyoiku Qakkai hərəkətin başçıları və o cümlədən, Makiquçi həbs olunublar. Makiquçi həbsdə həlak olub və beləliklə onu ən yaxın tərəfdarı olan Cosei Toda əvəzləyib. 1945-ci ilin iyulun 3-də həbsdən azad olan Todanın sağlamlığı artıq korlanılıb, biznesləri isə məhv olunub. O, dərhal müharibə zamanı hökumətin repressiyalarına məruz qalıb ləğv olunan təşkilatını yenidən qurmağa başlayıb.
1946-cı ildə İkinci Dünya müharibəsi bitəndən sonra, Todanın başçılığı altında bərpa olunan qurum öz adını dəyişib, Soka Qakkai olmuş. Bu dövrdə Soka Qakkai çox tez şəkildə genişlənirdi və eyni zamanda, onun baxışları həm dövlətin, həm də dominant KİV-lərin baxışları ilə getdikcə fərqlənirdi.Fisker-Nielsen, p. 44 Toda həbsdə ikən elədiyi araşdırmalar artıq Soka Qakkai ideologiyasının tərkibi hissəsi olmuş. Bu dövrdə qurum Daibyaku Renge (大白蓮華) adlı aylıq jurnalı və Seikyo Shimbun qəzetini buraxmağa başlayıb. Bunların məqsədi aktiv gənclərin hərəkətə cəlb etmək idi. Belə cavanlardan biri Daisaku İkeda idi.
1951–1958 illərin arası bəzən "Böyük təbliğat kampaniyası" adlanılır. O zaman hərəkətin üzvlüyü ildən-ilə ikiqat və ya üçqat artırdı.White, James W. (1970). The Sōkagakkai and mass society. Stanford, Calif.: Stanford University Press. ISBN 9780804707282. p. 303 Təbliğatın əsas alətindən biri müzakirə görüşləri (座談会; dzadankai) idilər.
İkeda ilk dəfə 1947-ci ilin avqustun 14-də hərəkətin müzakirə görüşünü ziyarət edib. Bundan 10 gün sonra, avqustun 24-də o, artıq hərəkətə qoşulub, 1949-cu ilin yanvarında isə Todanın nəşriyyatında cavanlar üçün nəzərdə tutulmuş jurnalın baş redaktor roluna təyin olunub. Beləliklə, İkeda əvvəl Todanın sağ əli, sonra isə onun hələfi olmuş.
İkeda 1960-cı ildə hərəkətin yeni prezidenti olan kimi onu beynəlxalq səviyyəsinə gətirməyə uğrunda işini başlayıb. 60-cı illərdə Soka Qakkai həmçinin Yapniyanın daxilində genişlənib.
Təşkilat Soka Qakkai adı ancaq hərəkətinin Yaponiya şöbəsinə aiddir. Soka Qakkai ilə başqa ölkələrdəki şöbələr birlikdə Soka Gakkai International qurumu təşkil edir.Handbook of Contemporary Japanese Religions, p. 269
Prezidentlərin siyahısı Tsunesaburo Makiquçi – (18 noyabr 1930 – 2 may 1944) Cosei Toda – (3 may 1951 – 2 may 1960) Daisaku İkeda – (3 may 1960 – 24 aprel 1979) + (Soka Gakkai International qurumun Fəxri Prezidenti: 1979 – günümüz) Hiroşi Hoco – (24 apre 1979 – 18 iyul 1981) Einosuke Akiya – (18 iyul 1981 – 9 noyabr 2006) Minoru Harada – (9 noyabr 2006 – günümüz)
Üzvləri Soka Gakkai International 12 million üzvü olan, dünyanın ən böyük buddist təşkilatı olduğu iddia olunur.
Anne Mette Fisker-Nielsen yazır ki, Yaponiya cavanlarının təxminən 7–8%-i Soka Qakkai üzvləridir.Fisker-Nielsen, p. 1
Siyasət 1957-ci ilin sentyabrın 8-də Cosei Toda elədiyi çıxışında nüvvə silahların ləğv olunmasına çağırış edərək, hərəkətin cavan üzvlərindən bu ləğvin uğrunda iş aparmağa xahiş edib. Bu çıxış hərəkətin pasifist aktivizminin başlanğıc nöqtəsi sayılır.
Hərəkətin üzvləri 1964-cü ildə Komeito adlı mərkəz sağçı mühafizəkar siyasi partiyasını qurublar. Hərəkətdən rəsmən azad olan bu partiya seçkilər zamanı Soka Qakkai üzvlərinin dəstəyindən fayda alır. 1999–2009 illərin arasında Komeito LDP ilə birgə koalisiya şəkildə hökumətdə idi.
Mətbuat Hərəkətə aid olan Seikyo Shimbun (聖教新聞; müqəddəs təlib qəzeti) 2014-cü ildə ölkənin 3-cü ən çox satılan gündəlik qəzeti idi (5,5 million nüsxə).
İstinadlar
Kateqoriya:Soka Qakkai