Microsoft Teams — işgüzar söhbətlər, iclaslar, qeydlər və əlavələrinizi birləşdirən platforma. Microsoft tərəfindən "Slack"a rəqib olaraq hazırlanıb və 2016-cı ilin noyabrında rəsmi olaraq buraxılıb. Microsoft 365 paketinə daxildir.
Microsoft Teams komandalar, siniflər və ya qruplar üçün faylları bölüşmək, danışmaq və əməkdaşlıq etmək üçün bir platformadır. Mətn söhbəti ilə yanaşı, video zəng və ekran paylaşımı da etmək münkündür.
2023-cü ilin yanvar ayına olan məlumata görə, onun aylıq təxminən 280 milyon istifadəçisi var.
Xüsusiyyətləri Microsoft Teams Office 365-də komanda söhbətləri, zənglər, iclaslar və xüsusi mesajlar üçün söhbət platformasıdır. Microsoft Teams genişlədilə bilən və özəlləşdirilə bilən olmağının yanında həm də, qurumunuzun ən həssas iş birliklərini gizli qalmağını təşkil etməyə istiqamətlənmiş təhlükəsizlik xüsusiyyətlərini və standartları qarşılayır. Microsoft Teams-ə fiziki məhdudiyyətili adamlar üçün, xüsusi olaraq və ya komandalarda söhbət etməyi asanlaşdıran xüsusiyyətlər daxildir. Bir komanda içində çoxlu söhbət qrupları və ya kanalları yaradıla bilər. İstifadəçilərin üz-üzə görüşməya ehtiyac duymaları vəziyyətində tək bir tıxlama ilə digər kanal üzvlərinə birbaşa Skype səsli və ya görüntülü zəng etmək mümkündür.
İstifadəsi Microsoft Teamsda bir komanda içində paylaşılan sənədlər, elektronik cədvəllər, təqdimatlar və bənzərləri, Microsoftun OneDrive bulud anbarında və yerli bir SharePoint mühitində saxlanılan bir kopyayla sinxron edilir və beləliklə hər komanda üzvünun hər zaman ən yeni versiyaya girişi olur. Bu paylaşılan sənədlərin birlikdə işləməsidə də mümkündür.
Microsoft Teams proqramının sol gəzinmə çubuğunda Fəaliyyət, Söhbət, Komandalar, Mesajlar və Sənədlər üçün bölmələr olur. Slack kimi adının birbaşa göstərilməsi vəziyyətində diqqətini çəkən mesajın yanında istifadəçi qırmızı bir bayraq və ya nida işarəsi alır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Microsoft proqram təminatı Kateqoriya:Microsoft Office Kateqoriya:Tətbiqi proqram təminatı Kateqoriya:Android proqramları Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:Birgə əməkdaşlıq üzrə proqram təminatı Kateqoriya:Ani mesajlaşma proqramları