"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. president.az

Haqqında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.

10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.

Redaksiya şurası Sadiq Mirzəyev (baş redaktor) Şeyxülislam Allahşükür Paşazadə Anar Yepiskop Aleksandr Əflatun Amaşov Gövhər Baxşəliyeva Nizami Cəfərov Sadiq Mirzəyev (redaktor) Yusif Əsgərov Vasim Məmmədəliyev Oqtay Orucov (məsul katib) Əliheydər Zülfüqarov Gennadi Zelmanoviç

Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.

Baş redaktorları 2009-2012 — Elçin Cabbarov 2012 — Gündüz İsmayılovSəyyad Arana daha bir vəzifə verildi. Milli.Az. yanvar 2013-dekabr 2013 — Səyyad Salahlı"Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 1. yanvar 2014-dən — Sadiq Mirzəyev

Yubiley nömrələri 200 - 18.04.2013

Həmçinin bax Dövlət və Din (jurnal) İlahiyyatçı (qəzet)

İstinadlar

Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kateqoriya:7 mayda yarananlar Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan qəzetləri