Tərcümə çətinlikləri () — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir.

Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi).

Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.

Bu günə qədər film müstəqil Amerika kinosunun ideal nümunələrindən biri sayılır. 2000-ci illərin sonlarında film aparıcı tənqidçilər və film yayıncıları tərəfindən son on ilin ən yaxşılardan biri seçildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2003-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:Dil və tərcümə haqqında filmlər Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Kioto haqqında filmlər Kateqoriya:Yaponiya haqqında filmlər Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:2003-cü ilin Yaponiya filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:Hoteldə çəkilmiş filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:Orta yaş böhranı ilə əlaqədar filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:American Zoetrope filmləri Kateqoriya:Focus Features filmləri Kateqoriya:Kinematoqrafda irq mübahisələri Kateqoriya:Sezar mükafatını qazanan filmlər Kateqoriya:Yaponiyanın dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri