Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır.

Muzeyin tarixi Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.

Muzey ekspozisiyası Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir: Təbiət bölməsi Arxeloji bölmə Antik və Orta əsrlər bölməsi Hərbi bölmə Kənd təsərrüfatı bölməsi

Həmçinin bax Cəlilabad Cəlilabad rayonu Cəlilabad bələdiyyələri Cəlilabad kadastr rayonu

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri