Nizami rayonu — Bakıda rayon.

Rayon haqqında Azərbaycanın Dahi şairi Nizami Gəncəvinin adını daşıyan rayon 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir.

Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir.Ərazisi 10,4 km2-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyətdədir.

Rayonda Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılmış və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlikləri fəaliyyət göstərir.

İnzibati ərazi dairəsinin sahələri:

1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 km² 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 km² 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 4,4 km²

Əhalisi Rayon əhalisinin sayı 201.800 nəfər təşkil edir. ( 1yanvar 2021 )

Özünüidarəetmə Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.

Ərazi Rayon, Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur.

Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş yolötürücü kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları şəhərin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətlidir.

Rayonun "8-ci kilometr" adlanan qəsəbəsi əsas qəsəbələrdən biridir.

Sənaye Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda bir çox zavod, müəssisə, 18 bank filialı, 3 saylı Rabitə Xidmətləri Mərkəzi, rabitə şöbələri, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Azərbaycan Azərbaycan bələdiyyələrinin siyahısı Azərbaycanda bələdiyyə

Kateqoriya:Nizami Gəncəvinin şərəfinə adlandırılmış yerlər