Ben 10 — ABŞ-də yaradılmış və Ben 10 cizgi serialına əsaslanan eyniadlı cizgi serialı. Serialın premyerası 1 oktyabr 2016-cı ildə Avstraliya, Yeni Zelandiya və Asiya-Sakit Okeanda, ABŞ-də 10 aprel 2017-ci ildə göstərilmişdir.
Cizgi serialın eyniadlı filmi olan Ben 10 Versus the Universe: The Movie 19 fevral 2020-ci il təqdim olundu, lakin 10 oktyabr 2020-ci ildə efirə çıxdı.
Məzmun Ben, Quen və Meks baba bir yerdə yay tətilini keçirirlər. Birdən Bey göyə baxarkən yerə düşən bir meteoru müşahidə edir. O qorxaraq ona yaxınlaşmağa çalışır. Birdən-birə yad bir cihaz, yəni "Omnitriks" onun biləyinə atılır və Ben ondan xilas olmağa çalışır. Ancaq, sonra o, onun "Omnitriks" olduğunu və ona bu yer kürəsini qorumaq üçün biləyinə atıldığını öyrənir. Bundan sonra o, Vilqaks, Zombozo, Böcək adam, Əbədi cəngavər və Doktor Animo kimi bir çox yadplanetlilərlə mübarizə aparır.
İstinadlar
Kateqoriya:2017-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:Cartoon Network orijinal proqramları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uşaq teleserialları