Vüqar Məmməd oğlu Haqverdiyev () — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası "Elm" Nəşriyyatının direktor müavini.

Həyatı

Vüqar Məmməd oğlu Haqverdiyev 25 yanvar 1967-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub.

1973–1981-ci illərdə Ağdam şəhər 5 nömrəli orta məktəbdə, 1981–1983-cü illərdə isə Bakı şəhərindəki 5 nömrəli Kimya-biologiya təmayüllü Respublika Liseyində orta təhsil alıb.

1988-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin (indiki Oles Honçar adına Dnepr Milli Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda mühəndis kimi başlamışdır. 1989–1994-cü illərdə həmin institutda aparıcı mühəndis vəzifəsində çalışıb.

1994–1999-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elmi-Təşkilat Şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuş, 2002–2013-cü illərdə həmin şöbənin rəis müavini olmuşdur. 2013–2014-cü illərdə AMEA Rəyasət Heyəti Aparatının Elmi-Təşkilat İdarəsinin rəis müavini, 2014–2021-ci illərdə isə Elm və Təhsil İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

2021-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" Nəşriyyatının direktor müavinidir.

Vüqar Haqverdiyev həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, dəfələrlə nüfuzlu jurnalist yazı müsabiqələrində yüksək yerlərə layiq görülüb, dörd dəfə "İnformasiya cəmiyyətinin jurnalisti" diplomuna layiq görülüb. Cəmiyyətdə uşaq yazarı və dramaturqu kimi də tanınır. Ümumilikdə otuza yaxın rəngli nağıl kitabının, uşaq pyesinin, eləcə də bədii və cizgi film ssenarilərinin müəllifidir. Bir neçə uşaq kitabının rəssamı şəxsən özüdür. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində iyirmiyə yaxın xarici ölkə, o cümlədən Gürcüstan və Rusiya teatrlarında uşaq əsərləri səhnələşdirilib və tamaşaçılara təqdim olunub.

KİV-də dərc olunmuş əsərlərinin siyahısı №Əsərin adıDərc olunduğu mənbəQeydlər1Hesablama texnologiyalarının inkişaf tarixi (Əllə hesablamadan kompüterə qədər)Kitab, Bakı, "MSV Nəşr", 2017Kitabın elektron variantı Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi münasibətilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən keçirilmiş müsabiqədə "İKT üzrə ən yaxşı kitab" nominasiyası üzrə 3-cü yerə layiq görülüb.2Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri"Dirçəliş – XX əsr" jurnalı, 2008–2009, №: 130–131, s. 401–412. Bakı2011-ci ildə RİNN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində III yerə layiq görülüb.3İnformasiya və inkişaf"Azərbaycan" qəzeti, 2009, 1 oktyabr"İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində II yerə layiq görülüb, 2012-ci il.4"Abonent şəbəkə xaricindədir…"http://modern.az/articles/20534/1/ 25.01.2012."İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində III yerə layiq görülüb, 2013-cü il.5"ASAN xidmət"in asan izahıhttp://modern.az/articles/33224/1/#gsc.tab=0 14.01.2013"İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində II yerə layiq görülüb, 2014-cü il.6İşdə sığortalan: rahat işlə, rahat dolan!https://news.milli.az/economy/40240.html 09 mart 2011Yazı "Atəşgah" Sığorta Şirkətinin peşəkar jurnalistlər üçün keçirdiyi "İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti" mövzusunda yazı müsabiqəsində "Ən yaxşı məqalə" nominasiyası üzrə 1-ci yerə layiq görülüb.7Virtual məkanda təhlükəli məqamlar"Azərbaycan" qəzeti, 2010, 13 fevral2010-cu ildə RİNN-in keçirdiyi müsabiqədə "İKT üzrə ən yaxşı aktual məqalə" nominasiyası üzrə birinci yerə çıxıb.8"Həyatını sığorta et! Rahat yaşa!"http://modern.az/articles/5475/1/ 04.06.2010Yazı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və "İRƏLİ" İctimai Birliyinin "Sığortalı gələcək" layihəsi çərçivəsində birgə keçirdiyi müsabiqədə "Sığorta barədə ən yaxşı məqalə" nominasiyası üzrə ikinci yerə layiq görülüb. Əlavə olaraq qeyd edək ki, həmin layihə çərçivəsində keçirilən "Sığorta barədə ən yaxşı karikatura" müsabiqəsində Vüqar Haqverdiyevin çəkdiyim karikatura 1-ci yerə layiq görülüb.9Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"Elm" qəzeti, 2009, −31 oktyabr, // 525-ci qəzet, 30.10.2009Yazı Ombudsman Aparatının keçirdiyi "Uşaq hüquqları hamı üçün" mövzusunda jurnalist yazıları müsabiqəsində III yerə layiq görülüb və müəllif Ombudsman tərəfindən xüsusi Diplom və mükafatla təltif edilib.10Atalar sözlərinə informatik yanaşma"Azərbaycan" qəzeti, 2009, 1 mart.Yazı öz orijinallığına və yeni yanaşma üslubuna görə rəsmi dövlət qəzetində "Yeni baxış bucağı" rubrikası altında verilib.11Avtomatlaşdırılmış pensiya təminatı: pensiyaçılara bəxş edəcəkmi xoşbəxt həyatı?…https://news.milli.az/economy/41416.html 18.03.2011Yazı, Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilib və həvəsləndirici mükafata layiq görülüb12İnformasiyanın cəmiyyətin inkişaf tarixində rolu"Elm" qəzeti, 2008, −29 dekabr13"Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan"Rabitə dünyası" qəzeti, 2009.-10,17, 24 aprel14Yuxuların informasiya dili"Rabitə dünyası" qəzeti, 2009, 18 dekabr.15Texnologiyaların informasiya dili"Rabitə dünyası" qəzeti, 2010, 6 fevral16Azərbaycanın qədim tarixinə və mədəniyyətinə informatik ekskursiya"Rabitə dünyası" qəzeti, 2010, 25 iyun17Ümumtəhsil məktəblərində İKT-nin rolu"Azərbaycan müəllimi" qəzeti, 2010, 12 noyabr18Elmi informasiyanın əhəmiyyəti"Rabitə dünyası" qəzeti, 2010, 17 sentyabr19"@" işarəsi internetin rəmzi simvoluna necə çevrilib?"Rabitə dünyası" qəzeti, 2010, 14 may20Adların informasiya dəyəri"Üç nöqtə" qəzeti, 2009, 19 dekabr21Hər ad bir informasiya daşıyıcısıdır"Üç nöqtə" qəzeti, 2010, 16 yanvar22Taksi sıxlığını necə aradan qaldırmalı?https://news.milli.az/society/18394.html 23.08.201023İlk informasiya genetik formada olub"Üç nöqtə" qəzeti, 2010, 20 fevral24İnternet-addiksiyanın əlamətləri"Üç nöqtə" qəzeti – 2010, 6 mart.25Virtual məkanın gizli sakinləri525-ci qəzet. 2009.- 25 oktyabr.26Uşaqlara necə ad seçək?"Üç nöqtə" qəzeti – 2010, 9 yanvar.27Sözün qüdrəti"Üç nöqtə" qəzeti – 2010, 3 aprel.28Say-hesab necə yaranıb?https://news.milli.az/economy/22859.html 08.10.201029Kompüter hərflərinin nizamsızlığı nədən xəbər verir?https://news.milli.az/society/24102.html 08.11.201030Reklam necə hazırlanmalıdır: "Qışqıran" informasiyanın sirlərihttps://news.milli.az/economy/17705.html 30.07.201031Adın tale ilə bağlılığı: hansı adlar həyatda uğur gətirir?https://news.milli.az/society/24303.html 25.11.201032Bədnəzərdən necə qorunmalı?https://news.milli.az/society/18074.html 11.09.201033Gizli ayamalar: ləqəbinizdən xəbəriniz varmı?https://news.milli.az/society/29327.html 11.01.201134Yuxular nədən xəbər verir?https://news.milli.az/society/32877.html 19.01.201135İMEİ nömrədəki rəqəmlər nədən xəbər verir?https://modern.az/az/news/22309/ 28.03.201236Elektron hökumət nədir?http://modern.az/az/news/42845#gsc.tab=0 12.08.2013

Uşaq ədəbiyyatı sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat 2011-ci ildə uşaqlar üçün yazdığı "Həyəti kim təmizləyirmiş?" hekayəsi "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən nağıl müsabiqəsində ikinci yerə layiq görülüb. Həmin nağıl uşaqlar üçün hazırlanmış "Təmiz şəhər nağılları" jurnalına daxil edilib və jurnal çoxsaylı tirajla çap edilərək Bakı şəhəri ərazisində yerləşən bütün orta məktəblərə pulsuz paylanılıb.2011-ci ildə cizgi film üçün yazdığı "Özgəyə quyu qazan, özü düşər!" ssenarisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ssenari müsabiqəsində 3-cü yerə layiq görülüb.2014-cü ildə yazdığı "İbişin nağılı" əsəri Azərbaycan Yazıçılar Birliyinin, respublikamızın bir sıra nüfuzlu xəbər saytlarının təşkilatçılığı və informasiya dəstəyi ilə keçirilən "Müasir nağıl" müsabiqəsində II yerə layiq görülüb.2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Qafqaz Nəşriyyat evinin birgə keçirdiyi "Müasir uşaq nağılları" I Respublika müsabiqəsi üçün yazdığı "Sehrli tütək" nağılı münsiflərin hamısından ən yüksək bal alaraq III yerə layiq görülüb. Qeyd edək ki, həmin müsabiqədə 1-ci və 2-ci yerlər müəyyənləşdirilməyibr.2016-cı ildə "Şir südü" adlı şəkilli nağıl kitabı nəşr olunub.2016-cı ildə "Sehrli planşet" adlı nağıl kitabı işıq üzü görüb. Nağıl "Altun Kitab" nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə və rəngli şəkillərlə çap olunub. "Sehrli planşet" nağılı əsasında hazırladığı eyniadlı cizgi filmi ssenarisi ölkə Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 1 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu il noyabr ayında keçirilmiş bədii və animasiya filmi ssenariləri müsabiqəsində qaliblər sırasında yer alıb və həmin ssenariyə animasiya filmi çəkilməsi nəzərdə tutulub.2017-ci ildə "Qarınqulu ayı balası" adlı rəngli nağıl kitabı nəşr edilib. Həmin nağıl əsasında hazırladığı eyniadlı cizgi filmi ssenarisi "Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari" nominasiyası üzrə 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının final mərhələsində iştirak edib. Bundan əlavə sözü gedən nağıl əsasında hazırladığı "Qarınqulu ayı balası" uşaq pyesi Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilib və 2022-ci il fevralın 19-da böyük anşlaqla premyerası keçirilib."Göyərçin" jurnalının 2017-ci ilin mart nömrəsində uşaqlar üçün "Barışıq" adlı qısa hekayəsi dərc olunub."Günəş" uşaq jurnalının 2017-ci ilin fevral nömrəsində "Uçan fincanlar" adlı hekayəsi dərc olunub.2017-ci ildə "Nafta-Press" nəşriyyatı tərəfindən "Müasir nağıllar" adlı kitabı nəşr olunub. Kitaba son illər yazdığı əsərlər, o cümlədən Azərbaycan uşaq ədəbiyyatının inkişafı ilə bağlı ölkədə keçirilmiş mötəbər nağıl müsabiqələrində yüksək yerlərə layiq görülmüş nağıllar daxil edilib. Kitabın rəssamı müəllif özüdür.2018-ci ildə Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, həm də xüsusi istedadlı uşaqların aşkara çıxarılması və onlara öz bacarıqlarını göstərmək imkanlarının yaradılması istiqamətində həyata keçirdiyi xüsusi layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Bacarıqlı əllər" rəsm dərnəyinin 10-a yaxın üzvü öz fantaziyalarını və bacarıqlarını göstərərək müəllifi olduğu "Qızıl balıq" nağılının süjetinə və obrazlarına uyğun rəngarəng rəsmlər çəkiblər və nağıl həmin rəsmlərlə birgə rəngli kitab şəklində nəşr olunub."Saçları səməni oğlan" adlı nağılı Ədəbiyyat qəzetində (2019, 16 mart, № 10, 26–27 səh.) dərc edilib və 2020-ci ildə həmin nağıl rəngli kitab şəklində nəşr olunub. Kitabın rəssamı müəllif özüdür. Həmin nağıl əsasında hazırladığı eyniadlı uşaq pyesi 2020-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirilib, ancaq Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təqdimatı keçirilməyib. Pandemiya ilə bağlı sərt karantin rejimi yumşaldılandan sonra "Saçları səməni oğlan" pyesi Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib və 2022-ci il martın 22–25-i tarixlərində böyük anşlaqla uşaqlara təqdim olunub.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan mədəniyyətinin, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı keçirdiyi "Muzey eksponatının hekayəsini sən danış" müsabiqəsində "Döyüşçünün zirehli hərb geyimi" adlı hekayəsi "Ən yaxşı hekayə" kateqoriyası üzrə qaliblərdən biri olub.