Aysbayn — donuzun ayaqının bir hissəsidir və eləcə də onunla hazırlanan yeməyi adlandırmaq üçün istifadə edilir. Donuzun topuğu ilə dizi və ya dirsəyi ilə oynağı arasında qalan hissəsi belə adlanır.

Piyli ət çox yumşaq olur və özünəməxsus qoxuya sahibdir, lakin o, ət sümükdən ayrılana kimi yaxşıca bişirilməlidir.

Hazırlanması Regiondan və ənənələrdən asılı olaraq aysbayn müxtəlif yollarla hazırlana bilər. Adətən o, öncədən duza qoyulur və daha sonra bişirilir. Tam bişirildikdən sonra ət rahatlıqla sümkündən ayrılır. Çox ləzziz olan bu ət yeməyi kələm turşusu, kartof və ya noxud püresi, eləcə də sirkəyə qoyulmuş tərəvəz, çörək, xardal ilə servis edilir.

İstinadlar

Kateqoriya:Donuz əti