Anatoli Andreyeviç Banişevski () — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.
Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Həyatı
Erkən illəri Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.
Futbolçu karyerası
Klub karyerası Uşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.
Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.
Milli komanda karyerası Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ–Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz etdi. Bu onun ilk debütü oldu. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.
Məşqçi karyerası Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A. Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. 1984–1987-ci illərdə Mingəçevirin "Avtomobilçi" futbol klubunun məşqçisi olmuşdur. 1987–1988-ci illərdə isə Burkina-Fasoda məşqçi vəzifəsində çalışmışdır. Bu illər Afrika ölkəsinin siyasi həyatın burulğanlı dövrünə təsadüf edirdi. Hətta bir dəfə silahlı üsyançılar futbol matçı zamanı meydana soxulublar, onun gözünün qarşısında ölkənin ali rəhbərlərindən kimisə vəhşicəsinə qətlə yetiriblər. Həmin hadisədən sonra dəhşətli qorxu hissi keçirən Anatolidə şəkərli diabet xəstəliyi gücləndi.
Son illəri Banişevski 1978-ci ilin sonlarında karyerasını bitirdi. Banişevskinin əsas problemlərindən biri idman rejimini qorumaması idi. Zərərli vərdişlərə hədsiz meyilli olması, spirtli içkilərdən imtina edə bilməməsi, onun təkcə karyerasına yox, səhhətinə də ciddi zərbə vurdu. Artıq 33 yaşında Banişevskidə şəkər xəstəliyinin əlamətləri hiss olunmağa başladı. Bir tərəfdən xəstəlik, bir tərəfdən işsizlik Banişevski üçün ciddi fəsadlar yaratdı. 1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi. 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi. Hətta komaya da düşdüyü vaxtlar olurdu. O, iynədən dəhşətli dərəcədə qorxurdu. Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin o, evdən kənarda bunlara nəzarət etmirdi. Banişevski Afrikadan qayıdarkən artıq Bakıda da ictimai-siyasi vəziyyət xeyli pisləşmişdi və onun müalicəsinə təsir edirdi. Bakıya döndükdən sonra müalicəsi ilə ciddi məşğul olmaması, həkimlərin tələb etdiyi pəhriz qaydalarına əməl etməməsi, onun səhhətini daha da pisləşdirir. Anatoli yaddaşının pozulmasına görə bəzən evdən çıxır və hara gedəcəyini də unudurdu. Evə dönərkən çətinlik çəkəndə ətrafdakıların ona kömək etməsi üçün ünvanı yazılmış kağız parçasını həmişə cibində gəzdirirdi.
Ölümü 180px|thumb||Anatoli Banişevskinin İkinci Fəxri Xiyabandakı məzarı. Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Şəxsi həyatı 1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə boşanmışdı. Milena və Marina adlı qızları var. Boşandıqdan sonra Anatoli evini itirir və spirtli içkilərə aludə olur. Lakin onu bu çətin vəziyyətdən ömrünün son illərində ona qayğı göstərən köhnə tanışı və pərəstişkarı Səidə adlı xanım xilas etdi. Anatoli və Səidə bir müddət sonra evlənirlər.Верность и мастерство Nəvəsi Əli Babayev Banişevski də futbolçudur. Neftçi U-16 komandasında, Şuşa Qalası FK və MOİK klublarında oynayıb.
Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.
İrsi 2 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
Ədəbiyyatda 2013-cü ildə futbol yazarı Rasim Mövsümovun (Mövsümzadə) müəllifi olduğu "Bir qolun tarixçəsi" adlı araşdırma kitabı nəşr olunub. Bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.
Haqqında çəkilən filmlər 9 nömrəli oyunçu (film, 2007) Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)
SSRİ milli futbol komandasının heyətində vurduğu qollar # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 3 oktyabr 1965 Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan Yunanıstan 0–2 1–4 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi 2. 3 oktyabr 1965 Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan Yunanıstan 1–3 1–4 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi 3. 3 oktyabr 1965 Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan Yunanıstan 1–4 1–4 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi 4. 17 oktyabr 1965 Kopenhagen İdman Parkı, Kopenhagen, Danimarka Danimarka 0–2 1–3 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi 5. 27 oktyabr 1965 Ninian Park, Kardiff, Uels Uels 0–1 2–1 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi 6. 21 noyabr 1965 Marakana stadionu, Rio-de-Janeyro, Braziliya Braziliya 2–1 2–2 Yoldaşlıq oyunu 7. 1 dekabr 1965 Monumental stadionu, Buenos-Ayres, Argentina Argentina 0–1 1–1 Yoldaşlıq oyunu 8. 4 dekabr 1965 Sentenario stadionu, Montevideo, Uruqvay Uruqvay 1–2 1–3 Yoldaşlıq oyunu 9. 18 may 1966 Generali Arena, Praqa, Çexoslovakiya Çexoslovakiya 0–1 1–2 Yoldaşlıq oyunu 10. 18 may 1966 Generali Arena, Praqa, Çexoslovakiya Çexoslovakiya 1–2 1–2 Yoldaşlıq oyunu 11. 5 iyun 1966 Mərkəzi Lenin stadionu, Moskva, SSRİ Fransa 2–2 3–3 Yoldaşlıq oyunu 12. 12 iyul 1966 Eyrsom Park, Midlsbro, Birləşmiş Krallıq Şimali Koreya 2–0 3–0 1966 FİFA Dünya Kuboku 13. 16 iyul 1967 Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİ Yunanıstan 1–0 4–0 UEFA Avro 1968 seçmə mərhələsi 14. 16 iyul 1967 Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİ Yunanıstan 3–0 4–0 UEFA Avro 1968 seçmə mərhələsi 15. 6 sentyabr 1967 Kupittaan stadionu, Turku, Finlandiya Finlandiya 2-3 2–5 UEFA Avro 1968 seçmə mərhələsi 16. 31 oktyabr 1967 Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan Yunanıstan 0-1 0–1 UEFA Avro 1968 seçmə mərhələsi 17. 7 iyun 1971 Mərkəzi Lenin stadionu, Moskva, SSRİ Kipr 5-1 6–1 UEFA Avro 1972 seçmə mərhələsi 18. 19 aprel 1972 Olimpiya Milli İdman Kompleksi, Kiyev, SSRİ Peru 1-0 2–0 Yoldaşlıq oyunu 19. 13 may 1972 Mərkəzi Lenin stadionu, Moskva, SSRİ Yuqoslaviya 2-0 3–0 UEFA Avro 1972 seçmə mərhələ 1/4 final
Təltif və mükafatları "Qriqori Fedotov klubu"nun üzvü 1966 — Futbol üzrə SSRİ çempionatının bürünc medalçısı: 1966 1972 — UEFA Avropa Kuboku 1972 gümüş medalçısı 1996 — "Şöhrət" ordeni 2004 — UEFA versiyasına görə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu 2004 — Apasport.az saytının variantına görə "Azərbaycanın 100 illik futbol tarixi ərzində ən yaxşı futbolçusu"
İstinadlar
Xarici keçidlər
"Həmişə deyərdi ki, kaş 20 il sonra doğulaydım"- FOTOLAR 20px|link=YouTube İlkin Fikrətoğlu hazırladı: Azərbaycan futbolunun etalonu 20px|link=YouTube Ölməz “9 nömrə” – ANATOLİ BANİŞEVSKİ | SƏNƏDLİ FİLM | ƏFSANƏLƏR
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Qriqori Fedetov FK futbolçuları Kateqoriya:UEFA Avro 1968 futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Futbol hücumçuları