Səlim Teymur oğlu İsmayılov () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri iştirakçısı, İctimai–siyasi xadim, Azərbaycan ordusunun polkovniki, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən uğrunda medalı kovaleri, Naxçıvan Ali Məclisinin III çağırışı və IV çağırışı deputatı.

Həyatı Səlim İsmayılov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini doğma Naxçıvanda aldıqdan sonra Sovet Ordusu sıralarına daxil olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıtmış və Hava Hücümundan Müdafə Qüvvələrinin zabiti kimi Milli Orduda xidmətə davam etmişdir. Atəşkəsdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Hava Hücumundan Müdafiə kafedrasının yaradılmasında, bu ixtisas üzrə ilk milli kadrların formalaşdırılmasında xidmətlər göstərmişdir. İkinci Qarabağ müharibəsində iştirak etmiş, xidmətləri Vətən uğrunda medalı ilə qiymətləndirilmişdir.

Siyasi fəaliyyəti O, Naxçıvan Ali Məclisinin III çağırışı və Naxçıvan Ali Məclisinin IV çağırışı deputatı kimi qanunvericilik fəaliyyəti ilə məşğul olmuşdur.

Təltif və mükafatları 50px (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2005) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 90 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2010) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 15 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 95 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2015) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 20 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib; 50px (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib. 50px (15.12.2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları