İslam Vahid oğlu Rzayev () — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir.

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.

Ailəlidir, 3 övladı var. Qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.

Siyasi fəaliyyəti 18 may 2011-ci ildə Balakən rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir.

30 oktyabr 2025-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb və həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

31 oktyabr 2025-ci ildə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

YAP-ın üzvüdür.

İstinadlar

Kateqoriya:Balakən Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ramiz Mehdiyev işi