İzolda (İza) Konstantinovna Vısotskaya (; ) — sovet və rus teatr aktrisası, memuarçı, Rusiya Federasiyasının Xalq artisti (2005), Vladimir Vısotskinin birinci həyat yoldaşı (25 aprel 1960 - may 1965).

Həyatı İzolda Vısotskaya 22 yanvar 1937-ci ildə Qorki (hazırda Nijni Novqorod) şəhərində anadan olub.

1958-ci ildə MİAT-ın məktəb-studiyasını bitirmişdir. Kiyevdə (Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı, 1958-1959), в Rostov-na-Donuda (1963-), Permdə, Vladimirdə və Liepayada aktrisalıq etmişdir.

Ömrünün sonuna qədər Nijni Tagildə yaşamış, 1970-ci ildən D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrında çalışmışdır.

20 iyul 2018-ci ildə 82 yaşında vəfat etmişdir. Aktrisa ilə vida mərasimi 22 iyulda baş tutmuşdur. O, kremasiya olunmasını vəsiyyət etmiş, vəsiyyəti icra olunandan sonra isə aktrisanın külü olan urnanı oğlu Qleb Yekaterinburqa aparmışdır.

Ailəsi ilk həyat yoldaşı — Jukov (1954-1959). ikinci həyat yoldaşı (25 aprel 1960 — may 1965) — Vladimir Vısotski. qızı (04.08.1963 — 07.08.1963). oğlu — Qleb Vısotski (1 may 1965), atası V.Vısotski deyil və hazırda Yekaterinburqda yaşayır. nəvələri. qardaş/bacı oğlu — Kirill.

Fəxri adları RSFSR-in Əməkdar artisti (1980) Rusiya Federasiyasının Xalq artisti (2005)

Biblioqrafiya İzolda Vısotskaya Vladimir Vısotski haqqında iki xatiratlar kitabının müəllifidir.

"Bütün ömrə bəs edən qısa xoşbəxtlik" (). — М.: Молодая гвардия, 2005, 182 с. («Библиотека мемуаров. Близкое прошлое. Малая серия») ISBN 5-235-02855-4 "Sənli... sənsiz" () — Воспоминания, дневниковые записи, стихотворения, фрагменты писем. — Екатеринбург: Южно-Уральское книжное издательствo, "Mузей Bладимира Высоцкoго", 2017, 272 с., фотоил.; 1000 экз. ISBN 978-5-7688-1134-1

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər İzolda Vısotskaya "Molodaya qvardiya" nəşriyyatının saytında. Volodya haqqında xatirələrdə çoxlu yalanlar var! //Ekspress-qazeta. Эксклюзив. Первая жена Высоцкого Иза: «Таким его знала только я».

Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Rusiya Federasiyasının xalq artistləri Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:Rusiya teatr aktrisaları