thumb|322x322px "Hava quldurları" () kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər."DCI Testimony Before the Joint Inquiry into Terrorist Attacks Against the United States" , June 18, 2002. Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun () dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar.
Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər. Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi. Qalan "əzələli hava quldurları" 2001-ci ilin əvvəllərində və ya ortalarında ABŞ-yə çatmış idilər.
Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi "Əl-Qaidə" lideri Üsamə bin Ladenin gözündə təcrübəli və hörmətli cihadçılar idilər. Hücumlarda iştirak etməli olacaq pilotlardan üçü Hamburq hücrəsi adlı radikal islamçılar qrupunun ən birinci üzvlərindən idilər (Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah). Əfqanıstanda yerləşən "Əl-Qaidə" təlim düşərgələrində iştirak etdikdən sonra onlar əməliyyatın müvəffəqiyyətlə keçməsi şansını artıran Qərb mədəniyyəti sahələsində geniş məlumatlar və dil biliklərinə sahib olduqlarına görə bin Laden və "Əl-Qaidə"nin hərbi qanadı tərəfindən seçildilər. Ehtimal olunan dördüncü pilot və Hamburq hücrəsinin üzvü Rəmzi bin əl-Şibh də terror hücumlarında iştirak etmək üçün seçilmiş, lakin ABŞ-yə daxil olmaq üçün viza ala bilməmişdir. Sonradan onu Səudiyyə Ərəbistanı vətəndaşı Həni Hanjur əvəz etdi.
Həmçinin, Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi də potensial quldur pilotları idilər, lakin San Dieqodakı ilk idarə etmə dərslərində müvəffəq olmadılar. Nəticədə onlar "əzələli hava quldurları" düşərgəsinə köçürüldülər. Onlardan başqa 2000-ci ilin sonu və ya 2001-ci ilin əvvəlində bu rol üçün daha 13 nəfər seçilmişdir. BƏƏ vətəndaşı olan Fəyaz Bənihəmməd istisna olmaqla, onların hər biri Səudiyyə Ərəbistanından idi.
Teraktların baş verdiyi gündə FTB PENTTBOM (Pentagon / Twin Towers Bombing Investigation ingilis akronimi — "Pentaqon və Əkiz Qüllələr hücumunun təhqiqatı") əməliyyatını başlatdı, hansının ki keçirilməsinə 7.000 (fəaliyyətdə olan 11.000-dən) cəsus və yardımçı heyətinin bir neçə min siması cəlb olunmuşdur. Sonradan FTB ona "tarixindəki ən mürəkkəb və geniş əməliyyat" tərifini vermişdir. 14 sentyabr 2001-ci il tarixində 19 şübhəli müəyyən edildi, bu iş təyyarələr bortunda yer almış sərnişin siyahıları, qaçırma zamanı telefon danışıqları, bilet ödəmə əməliyyatları və digər sənəd növləri barədə məlumatlar əsasında görülmüşdür. Şəxsi məlumatların dəqiqləşdirilməsi ilə adlar 27 sentyabr 2001-ci ildə təsdiqləndi.
Digər 3 qrupdan fərqli olaraq qrupların biri 4 nəfərdən ibarət olması iddia olunan "iyirminci hava qulduru" nəzəriyyəsini ortaya çıxardı, hansı ki hər-hansısa səbəbə üzündən terror aktının həyata keçirilməsində iştirak edə bilməmişdir. Hücumlarda iştirak etməyən, lakin hücumların hazırlanmasında dərindən iştirak edən bir şəxsin mövcudluğu geniş müzakirə olunur. Çox sayda ad çəkilir. onlar arasında ABŞ-yə viza ala bilməyənlər şəxslər yer alır, hansılar ya əməliyyatların hazırlanmasında kifayət qədər etibarlı olmamışdılar, ya da iştirak etmək istədiklərini ifadə edən "Əl-Qaidə" üzvləri idilər.
Siyahı Siyahıda 11 sentyabr 2001-ci il tarixli terror aktlarının 19 icraçısı təqdim olunub. Siyahıda onların ərəb dilində (hər biri üçün doğma idi) adları, fotoşəkilləri, teraktların baş verdiyi gündə yaşları (terrorçuların hamısı həmin gün öldü) və doğum tarixi, vətəndaşlıq, hücumlarda iştirak etmək üçün ABŞ-yə gəlmə tarixi, gəlişdən sonrakı dövrdə və terror hücumlarına qatılmadan əvvəl ABŞ-də əsas qaldıqları yerlər qeyd olunub. Qeydlər təqdim olunan məlumatları təsdiqləyən mənbələrə istinadları ehtiva edir.
Siyahıdakı terrorçular ələ keçirtdikləri aviareyslərə görə qruplaşdırılıb. Qrupda ilk öncə pilotlar qeyd olunub, sonra isə "əzələli hava quldurları". Qruplar qəcb etdikləri təyyarələrin məhv olma xronoloji qaydasında sıralanıb. + Legenda طيار Pilot +AdŞəkilYaş (doğum tarixi)VətəndaşlıqABŞ-yə gəlişABŞ-də qalma yeriQeydlərAmerika Hava Yolları reys 11طيارMəhəmməd Atta120px33(1 sentyabr 1968)3 iyun 2000Cənubi FloridaƏbdüləziz əl-Öməri 22(28 may 1979)29 iyun 2001Nyu-CersiVail əl-Şəhri120px28(31 iyul 1973)8 iyun 2001Cənubi FloridaValid əl-Şəhri120px22(20 dekabr 1978)23 aprel 2001Cənubi FloridaSətəm əs-Suqami120px25(28 iyun 1976)23 aprel 2001Cənubi FloridaYunayted Hava Yolları reys 175طيارMərvan əl-Şəhhi120px23(1 sentyabr 1968)27 may 2000Cənubi FloridaFəyaz Bənihəmməd120px24(19 mart 1977)27 iyun 2001Cənubi FloridaMohand əl-Şəhri120px22(7 may 1979)28 may 2001Cənubi FloridaHəmzə əl-Qəmdi 20(18 noyabr 1980)28 may 2001Cənubi FloridaƏhməd əl-Ghamdi 22(2 iyul 1979)2 may 2001Cənubi FloridaAmerika Hava Yolları reys 77طيارHəni Hanjur 29(30 avqust 1972)8 dekabr 2000San-DieqoXalid əl-Mihdar120px26(16 may 1975)15 yanvar 2000San-DieqoMəjed Moqed 24(18 iyun 1977)2 may 2001Totova (Nyu-Cersi) — ?Nəvaf əl-Həzmi120px25(9 avqust 1976)15 yanvar 2000San-DieqoSəlim əl-Həzmi 20(2 fevral 1981)29 iyun 2001Paterson (Nyu-Cersi)Yunayted Hava Yolları reys 93طيار Ziyad Cərrah120px26(11 may 1975)27 iyun 2000Cənubi FloridaƏhməd əl-Həznəvi120px20(11 oktyabr 1980)8 iyun 2001Cənubi FloridaƏhməd əl-Nami120px24(17 avqust 1977)28 may 2001Cənubi FloridaSəid əl-Həmdi120px21(21 noyabr 1979)27 iyun 2001Cənubi Floridaİyirminci hava qulduru
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Əl-Qaidə üzvləri