Luiza Rasulova () – özbək aktrisası və teleaparıcı. Rasulova Özbəkistanda 2012-ci ildə "O Məryəm, Məryəm" özbək dramında oynadığı roldan sonra geniş tanıdı. O vaxtdan bəri, bir çox Özbəkistan komediya filmində rol aldı. Rəsulova bir neçə mahnı da yazdırdı.
Həyatı Luiza Rəsulova 24 aprel 1995-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. Hələ evlənmədiyi üçün anası və qardaşları ilə yaşayır. Luiza Rəsulova peşəkar karyerasına 2010-cu ildə başlayıb. Aktrisa 2011-ci ildə çəkilən "Yondiradi Kuydiradi" filmində rol aldı, 2012-ci ildə Bəhrom Yakubovun rejissoru olduğu Özbəkistanın "O Məryəm, Məryəm" filmində müğənni Şahzoda və Ulugbek Kadırovla rol aldı. Bundan sonra aktrisa kimi tanındı. 2017-ci ildə Zoʻr TV-də "Indigo" şousunun aparıcısı kimi işə başladı.
Təhsil Aktrisanın ali təhsili var. 2002–2011-ci illərdə orta məktəbi, 2011–2013-cü illərdə 10–11-ci sinifləri bitirib. 2013-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin 2017-ci ildə məzun olduğu Kinematoqrafiya Dram və Aktyorluq fakültəsinə daxil oldu. Aktrisa özbək, rus, ingilis və ukraynaca danışır.
Filmoqrafiya Aşağıda Luiza Rəsulova tərəfindən çəkilən filmlərin xronoloji siyahısı verilmişdir. Mötərizədə Azərbaycan adı göstərilir. +İlFilmRoluİstinadlar2011Yondiradi KuydiradiMadina2011XazinaDildora2012O Maryam, MaryamМарьям2015Yuragim SenikiGuli2015QanotMalika2016Vijdon AzobiSaodat2017Qaysarginam 2Leyla2017OnaGuli2018Muhabbat va NafratIroda2019Keksa Bo’ydoqHusnora2019Zaharli TomchilarDildora2019BegunohGuli2019VasiyatKamola
Mahnılar +İlMahnıİstinadlar2020Men boʻlmasam2020Yetar bas2020Nola2020Vatan2020Osmondagi oy
İstinadlar
Xarici keçidlər
Rəsmi Facebook səhifəsi Rəsmi Youtube kanalı Rəsmi Rizanova səhifəsi Rəsmi Instagram kanalı