Mutay Ulbaşov ( ; 1 yanvar 1923-cü il Şaurdat, Çerek rayonu, KBMSSR - 9 dekabr 2005, Nalçik, Kabarda-Balkariya ) — rəqqas, baletmeyster, xoreoqraf. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR xalq artisti, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, "Kabardinka və "Assa" rəqs ansambllarının rəhbəri.

Həyatı Ulbaşov Mutay İsmayıl oğlu 1 yanvar 1923-cü ildə Şaurdat kəndində anadan olub. Milliyyətcə balkardır. 1933-cü ildə orta məktəbi bitirdikdən sonra Nalçikdə yerləşən Kabardino-Balkariya ansamblında rəqqas kimi fəaliyyətə başlayır. 1942-ci ilin iyul ayında 1943-cü ilin iyul ayına qədər Sovet ordusundan xidmət edib. Xidmətdən geri döndükdən sonra ansamblda fəaliyyətini bərpa edir. 1944-cü ilin mart ayında Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek (o dövrdə Frunze) şəhərinə sürgün edilib. Bura gəldikdən sonra Qırğız filarmoniyasının rəqqas solisti olur. 1948-ci ilin iyul ayında filarmoniyadan uzaqlaşdırılaraq Bişkekdə yerləşən ayaqqabı fabrikində işə başlayır. Əvvəlcə işə şəyird kimi başlasa da 1953-cü ildən etibarən burada istehsalat təliminin təlimçisi kimi davam edir. 1957-ci ildə balkarların bəraət qazanıb geri qaytarılmalarından sonra Kabardino-Balkariya Dövlət musiqi və rəqs ansamblında solist kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə ansamblın baletmeysteri, 1965-ci ildə isə "Kabardinka" ansamblının quruluşçu baletmeysteri təyin edilir. 1968-ci ildən etibarən isə KBMSSR-nın Mədəniyyət Nazirliyi tərəfindən "Kabardinka" ansamblının baş baletmeysteri və bədii rəhbəri təyin edilir. 1988-ci ildə yaradılmış Balkariya etno folklor ansamblının bədii rəhbəri olur və ömrünün sonuna qədər də burada fəaliyyət göstərir.

Mükafatları Kabarda-Balkariya Respublikasının dövlət mükafatı laureatı. Kabarda-Balkariya Respublikasının Ali Rəyasət Heyətinin Fəxri fərmanını alıb. RSFSR xalq artisti. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artist.

Ailəsi Emiliya (Zara) Yefimova (1923 - ?) - həyat yoldaşı, milliyətcə osetindir.

Vadim (1944) - oğlu

Mədinə - qızı

İqor (1950) - oğlu

İstinadlar

Kateqoriya:SSRİ-də repressiya qurbanları